Qondarma Dağlıq Qarabağ Müdafiə Ordusu

Dağlıq Qarabağ Müdafiə Ordusu (erm. Արցախի Հանրապետության պաշտպանության բանակ) — Dağlıq Qarabağ Respublikasının silahlı qüvvələri. Dağlıq Qarabağdakı erməniləri qorumaq üçün yaradılmış olan qeyri-nizami müdafiə dəstələri idi.[2]

Dağlıq Qarabağ Respublikası Silahlı Qüvvələri
Artsax Müdafiə Ordusu çiyin nişanəsi
Qurulub 9 may 1992
Dağılıb 20 sentyabr 2023
Qərargah Xankəndi
Veb-sayt nkrmil.am
Canlı qüvvə
Hərbi yaş 18
Əsgərlik müddəti 2 il
Aktiv kadr 20.000[1]
Əlaqədar məqalələr
Tarix

Qarabağ müharibəsi (1988–1994)

Dağlıq Qarabağ Müdafiə Ordusu təxminən 15–20 min əsgərdən ibarət olduğu güman edilir. Şəxsi heyətinin çoxu QarabağAzərbaycanın müxtəlif yerlərindən gəlmiş ermənilərdən ibarətdir. Arsenallarında olan silahların böyük əksəriyyəti Sovet ordusundan qalmış olan Kalaşnikov avtomatları, müxtəlif SSRİ istehsalı olan tanklar, ağır toplardan ibarətdir. Əsas silah və sursat dəstəkçisi Ermənistan Respublikasıdır.

Bu ordunun yaradılmasında Robert Koçaryanın (Ermənistan Respublikasının keçmiş prezidenti və Dağlıq Qarabağ Müdafiə Ordusunun ilk baş komandanı), Serj Sarkisyanın (Ermənistan Respublikası nın keçmiş prezidenti), Vazgen Sarkisyanın (1992–1993-cü illərdə Ermənistan Respublikasının Müdafiə naziri, 1993–1995-ci illərdə müdafiəyə cavabdeh olan nazir, 1998–1999-cu illərdə baş nazir), Monte Melkonyanın (Martuni bölgəsinə cavabdeh olan şəxs), Samvel Babayanın (1994–2000-ci illərdə Dağlıq Qarabağ Respublikasının Müdafiə naziri) mühüm xidmətləri olmuşdur.

Bu ordu çox böyük və ağır silahlar ilə təchiz edilmişdir: 316 ədəd tank, 323 ədəd zirehli maşın, 322 ədəd 122 mm-lik top, 44 ədəd reaktiv yaylım atəş sistemi və yeni bir ədəd hava hücumlarından müdafiə sistemi. Bu ordu Ermənistan Silahlı Qüvvələrinə dərindən bağlıdır. Ümumiyyətlə, bu ölkənin dünyanın heç bir ölkəsi və beynəlxalq təşkilatı tərəfindən tanınmaması səbəbinə görə bu dövlət həyatda qala bilmək üçün Ermənistandan asılıdır. Ermənistan hakimiyyəti isə bu ölkəyə qarşı edilmiş hər hansı bir hücumu özünə qarşı edilmiş bir hücum kimi qiymətləndirir.

Dağlıq Qarabağ Respublikası hökuməti Avropada Adi Silahların Məhdudlaşdırılması Müqaviləsinə qoşulmadığına görə onun silahlı qüvvələri müqaviləyə üzv olan ölkələr kimi məhdudlaşdırılmır.

İstinadlar

  1. Baranec, Tomáš; Juraj, Beskid. "Nagorno-Karabakh and the military balance". The Central Asia-Caucasus Institute (ingilis). 10 may 2016. 26 January 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 oktyabr 2020.
  2. "Qarabağda qanunsuz məskunlaşdırma: Ermənistan istəyir ki, Dağlıq Qarabağda yeni böhran başlasın - TƏHLİL". aztv.az (az.). 2022-01-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 oktyabr 2020.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.