Dağ velosipedi 2015 Avropa Oyunlarında
Dağ velosipedi 2015 Avropa Oyunlarında — Kişilər və qadınlar arasında keçirilən idman növü. Dağ velosipedi 2015 Avropa Oyunlarında 13 iyun tarixində keçirildi. Yarışlar Bakı şəhərinin Binəqədi rayonunda yerləşən MTB Veloparkda baş tutmuşdur.
2015 Avropa Oyunları | ||||
---|---|---|---|---|
Dağ velosipedi | ||||
Fərdi | Kişilər | Qadınlar |
Dağ velosipedində Kişilərin yarışında 43 idmançı, Qadınların yarışında isə 26 idmançı qüvvəsini sınadı.
Kişilərin yarışında qızıl, gümüş və bürünc medalı İsveçrə idmançıları qazandı. 2012 Yay Olimpiya Oyunlarının gümüş medalçısı Nino Şurter Avropa Oyunlarının Çempionu adını qazandı. Qadınların yarışında isə qızıl və gümüş medalı İsveçrə, bürünc medalı isə Polşa idmançıları qazandılar. 22 yaşlı Yolanda Neff Avropa Oyunlarının Çempionu adını qazandı.
Medal sıralanması
Sıra | Yarış | Qızıl |
Gümüş |
Bürünc |
Cəmi |
1 | İsveçrə | 2 | 2 | 1 | 5 |
2 | Polşa | 0 | 0 | 1 | 1 |
- | Cəmi | 2 | 2 | 2 | 6 |
Nəticə
Həmçinin bax
- Velosiped idmanı
- Velosiped sürmə 2015 Avropa Oyunlarında
- Triatlon 2015 Avropa Oyunlarında
- BMX velosipedi 2015 Avropa Oyunlarında
İstinadlar
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.