Dağlıq Borçalı

Dağ Borçalı — qədim Borçalı mahalının yüksək dağlıq zonası. Borçalı mahalının əsasən Ermənistan SSR-in tərkibində qalan hissəsini ehtiva edir.

Tarix

1918-ci ilin dekabrında baş vermiş erməni-gürcü müharibəsindən sonra Borçalı mahalı 2 yerə parçalanmış, Dağ Borçalı Ermənistan SSR-ə verilmiş Aran Borçalı isə Gürcüstanda qalmışdır.[1]. 30-cu illərdə Kalinino , Cəlaloğlu (Stepanavan), NoyemberyanAllahverdi (hazırkı Alaverdi ) rayonlarına parçalanmışdır. Dağ Borçalı hazırda Ermənistanda Lori ( Loru-Pəmbək )Tavuş adlı əyalətlərin tərkibinə qatılmışdır.

Coğrafiyası

Ermənistanın şimal-şərqində yerləşən Dağ Borçalı Qaraxaç silsiləsi (indiki Cavaxet silsiləsi) və Ağlağan dağları (indiki Bazum silsiləsi), eləcə də Ermənistanın GürcüstanAzərbaycan Respublikaları ilə sərhəd xətti ilə hüdudlanır.[2]

Mənbə

  1. "Gürcüstan Demokratik Respublikası (1918-1921), David Marşall Lang". 2019-10-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-05-19.
  2. [http://www.borchali.net Arxivləşdirilib 2021-02-27 at the Wayback Machine Borçalı haqqında internet saytı
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.