Dağ-tundra iqlimi

iqlim tipləri

Planetimizin 11 əsas iqlim tipindən 8 - nə respublikamızda rast gəlinir. İqlim şəraitinin bu cür müxtəlifliyi və zənginliyi Azərbaycanın kənd təsərrüfatının ayrı-ayrı sahələrinin inkişafına əlverişli şərait yaradır.[1]

Dağ tundra iqlimi

Dağ tundra iqlimi. Dəniz səviyyəsindən 2700 m-dən yuxarıda yüksək dağlıq zona üçün səciyyəvidir və Böyük və Kiçik Qafqaz vilayətlərində, qismən Naxçıvan MR-da (3200 m-dən yuxarıda) rast gəlinir; əsasən ifrat rütubətlənmə (Ə=150-200% və daha çox) ilə fərqlənir. Qış və yay sərin olur. 10º-dən yuxarı temperatur cəmi 0-4000, Naxçıvanda isə 0-800º arasında dəyişir.[2]

Həmçinin bax

İqlim tipləri

İstinadlar

  1. Azərbaycan Respublikasının coğrafiyası. Fiziki coğrafiya. Bakı, 2014, səh.173
  2. Azərbaycan Respublikasının coğrafiyası. Fiziki coğrafiya. Bakı, 2014, səh.175
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.