Dağıstan vilayəti (Səfəvilər)
Dağıstan vilayəti (fars. ولایت داغستان Velāyat-e Dâghestân ) — indiki Dağıstan Respublikasının (Şimali Qafqaz, Rusiya) ərazisində mərkəzləşmiş Səfəvi dövlətinin vilayəti.[1] Çox sayda yüksək rütbəli Səfəvi xadimləri ya bu vilayətdən gəlmə idilər ya da kökləri bura gəlib çıxırdı.
Dağıstan vilayəti Velāyat-e Dâghestân fars. ولایت داغستان {{{orijinal adı}}} | ||||
| ||||
Mərkəzi: | Dərbənd | |||
---|---|---|---|---|
Etnik tərkibi | türk, avar, ləzgi, dargin, tabasaranlı, qumuq, lak, tat | |||
Statusu | vilayət | |||
Tabedir | Səfəvilər | |||
Ona tabedir | Dərbənd, Qara Qaytaq, Qumuq şamxallığı, Tarki şamxallığı | |||
Tarix | ||||
- Yaranma tarixi | 1501 | |||
- Ləğv olma tarixi | 1736 | |||
Səfəvilər dövlətinin bayrağı və gerbi |
Tarixi
Dağıstandakı Səfəvi idarəsi təxminən iki əraziyə bölünə bilər: Aralarında Dərbəndin də olduğu və birbaşa Səfəvi cərgəsindən gələn hakimlər tərəfindən idarə olunan Dağıstanın cənubundakı bölgələr və əsasən, Səfəvilərə tabe olan yerli sülalələr tərəfindən idarə olunan, müxtəlif Dağıstan bölgələrini və feodal ərazilərini özündə birləşdirən şimal və qərb bölgələr.[2] Bunlar ən əhəmiyyətliləri Terek çayının ətrafında yerləşən Qumuq Şamxalı və Xəzər dənizi sahillərində yerləşən, Usmi titulu ilə idarə olunan Qara Qaytaq idi.[3][lower-alpha 1] Terekin cənubunda yerləşən kiçik Endirey krallığı Terekdən bir qədər şimala doğru "tampon bölgə" yaradırdı.[5] Müasir mənbələrdə onun əhalisi ümumi olaraq "Ləzgi" adlanırdı.[5]
Səfəvi şahları şamxalı özü təyin etsə də, namizəd həmişə yerli şahzadələrdən olmalı idi.[6] Engelbert Kempferə görə şamxal da hakim adına sahib idi, ancaq bu simvolik bir titul kimi qəbul edilirdi.[7] Qumuq şamxal ailəsinin üzvü Fətəli xan Dağıstani Sultan Hüseynin hakimiyyəti dövründə Səfəvi dövlətinin ən güclü şəxslərindən biri sayılan baş vəzir vəzifəsinə yüksələ bilmişdi.[8][2]
Şamxal və Usmi Səfəvi, Osmanlı və Rusiya İmperiyasını çox vaxt qarşı-qarşıya gətirsə də, uzun illər ərzində Səfəvilərə tabe hökumdarlar tərəfindən idarə olunurdu[5] Usmilər 1606-cı ildən 1719-cu ilə qədər, şamxallar isə 1636-cı ildən 1719-cu ilə qədər Səfəvi başçılarına xərac vermişdi.[5]
1651-1653-cü illər Səfəvi-Rusiya müharibəsi zamanı uğurlu Səfəvi hücumu Terekin Azərbaycan tərəfindəki rus qalasının dağıdılması və qarnizonunun qovulması ilə nəticələndi.[9][10] Ruslarla problem həll olunduqdan sonra o dövrün Səfəvi hökmdarı II Şah Abbas (1642-1666) "ov ustası" (mir şikar-başı) Allahverdi xana qızılbaş döyüşçülərin məskunlaşması və təhlükəsizliyi üçün Dağıstanda yeni qalalar inşa etməyi əmr etdi.[9] Lakin bu, Dağıstan qəbilələri arasında böyük narazıçılığa səbəb oldu.[9] II Abbas daha sonra Dağıstan vassalı hökmdarlarını Şirvanın Səfəvi valisi Hacı Mənüçöhür xanın tabeçiliyinə verməyə çalışdı.[9] Bu səylər nəticəsiz qaldıqda Səfəvilər Dağıstan qəbilə qüvvələrini məğlub edən 30.000-lik, güclü bir ordu göndərdi.[9] Buna baxmayaraq, nəticə olaraq vəziyyət əvvəlki kimi qaldı.[9] Səfəvi hökmdarları öz subyektləri olan Şamxala yerli hökmdar vəzifəsinə qayıtmağa icazə verdilər, ancaq Şamxal bir oğlunu Səfəvilərin paytaxtı İsfahana girov olaraq göndərdi.[9]
1659-cu ildə topçu başı Əliqulu bəyin başçılıq etdiyi 2000 tüfəngçi, topçu və topxanalardan ibarət olan Səfəvi ordusu Dağıstan əyalətinə göndərildi.[11] 1668-ci ildə vilayət kazak Stepan Razin və onun quldurları tərəfindən hücuma məruz qaldı.[12]
1710-cu illərin sonlarına yaxın Səfəvi İmperiyası ağır tənəzzülə uğramış, sərhəd bölgələrində çox ciddi problemlər yaranmışdı.[13] Bunların arasında Tarku şamxallığına aid bir məsələ də var idi.[13] İllərdir Səfəvilər ənənəvi subsidiyalarını ödəmirdilər.[13] Bu vəziyyətdə Tarku şamxalı Səfəvi şahından rus təcavüzünə qarşı hökumət qoşunlarını istədikdə, Səfəvi hökmdarı ona "1000 tümənlik bir məbləğ" vəd etdi.[13] Bu laqeydlik nəticəsində şamxallıq 1717-ci ildə Rusiya hakimiyyətinə təslim oldu və bu da bir neçə il sonra Rusiyanın Səfəvilərə hücumunu asanlaşdırdı.[13] 1719-cu ildə Qara Qaytaq Usmisi və Şamxal Səfəvi hökmranlığına qarşı üsyan etdilər.[5] Elə həmin il ləzgilər artıq şimal-qərb bölgələri üçün təhlükə hesab olunurdular.[13] Bundan sonra Səfəvi şahı Səfəvilərin baş komandanı (sipahi) Hüseyinqulu xanı (VI Vaxtanq) məsələni həll etmək üçün Dağıstana göndərmək qərarına gəldi.[13] Kaxeti və Şirvan hakimlərinin də köməkliyi ilə səfəvi sərkərdə ləzgi üsyanına son qoymaqda mühüm irəliləyişlər əldə etdi.[13] Lakin, ilk uğurlu əks-kampaniya 1721-ci ildə kritik bir anda saray tərəfindən tərk edildi.[13] Baş vəzir Fətəli xan Dağıstaninin ölümündən sonra gələn əmr Səfəvilərin bu üsyanda uğurlu olmalarının onlara faydadan çox ziyan verəcəyini düşünən digər vəzirlərin təşəbbüsü ilə verilmişdi. Onların fikrincə, bu Hüseyinqulu xanın İranı fəth etməsi üçün Rusiya ilə ittifaq yaratmasına imkan verərdi.[13] Belənin bir təhdidin ardından diqqətdən kənar qalan Şirvan əyalətinin paytaxtı Şamaxı şamxal Surxay xanın köməyi ilə 15.000 ləzgi tərəfindən hücuma məruz qaldı. Şəhərin şiə əhalisi qətlə yetirildi və şəhər qarət edildi.
1722-ci ildə Rusiya İmperiyası xaos və qeyri-sabitliyin yaranmasını maliyyələşdirdi və Dərbənd də daxil olmaqla, vilayətin dəniz ətrafı ərazilərini Səfəvilərdən ilhaq etdi.[14]
Səfəvilər 1729-cu ildə Nadirqulu bəy (sonradan Nadir Şah kimi tanınacaq) tərəfindən canlandıqdan sonra Nadir həmçinin Səfəvilərin bölgədəki keçmiş hakimiyyətini bərpa etdi.[15] O, 1735-ci ildə ruslarla Gəncə müqaviləsini bağladı və bununla da ruslar 1722-1723-cü illərdə Böyük Pyotr tərəfindən işğall Dağıstandakı əraziləri geri vermək məcburiyyətində qaldı.[16] Nadir Dağıstan tayfalarını yenidən tabe etmək üçün burada böyük hərbi siyasət yürütdü və Səfəvi hegemonluğuna qarşı üsyan qaldıran şamxal Surxay xanı məğlub etdi.[15] Başqa bir Dağıstan hakimi Əhməd xan təslim jesti olaraq Nadirə iki qızı və bir oğlunu göndərdi.[15]
Bəylərbəyilər
- Fərrux sultan (?-1632)
- Siyavuş bəy (1632-1635)
- Şahverdi Sultan Ustaclu (1635-?)
Qeydlər
- "Qara Qaytaq" adı bəzən sadələşdirilərək sadəcə "Qaytaq" olaraq da adlandılır.[4]
İstinadlar
- Floor, 2001. səh. 81-85
- Floor, 2001. səh. 87-88
- Floor, 2001. səh. 87
- Gammer, 2005. səh. 441
- Floor, 2001. səh. 88
- Matthee, 2012. səh. 147
- Floor, 2001. səh. 84
- Matthee, 2012. səh. 206
- Matthee, 2012. səh. 122
- Matthee, 1999. səh. 169
- Floor, 2001. səh. 198
- Floor, 2001. səh. 200
- Matthee, 2012. səh. 225
- Savory, 1980. səh. 126, 250
- Axworthy, 2009. səh. 154-155
- Tucker, 2010. səh. 731
Mənbə
- Axworthy, Michael. The Sword of Persia: Nader Shah, from Tribal Warrior to Conquering Tyrant. I.B.Tauris. 2009. ISBN 978-1845119829.
- Floor, Willem. Safavid Government Institutions. Costa Mesa, California: Mazda Publishers. 2001. ISBN 978-1568591353.
- Gammer, Moshe. Muslim Resistance to the Tsar: Shamil and the Conquest of Chechnia and Daghestan. Frank Cass. 2005. ISBN 978-1135308988.
- Matthee, Rudolph P. The Politics of Trade in Safavid Iran: Silk for Silver, 1600-1730. Cambridge: Cambridge University Press. 1999. ISBN 978-0521641319.
- Matthee, Rudi. Persia in Crisis: Safavid Decline and the Fall of Isfahan. I.B.Tauris. 2012. ISBN 978-1845117450.
- Matthee, Rudi. Facing a Rude and Barbarous Neighbor: Iranian Perceptions of Russia and the Russians from the Safavids to the Qajars // Amanat, Abbas; Vejdani, Farzin (redaktorlar ). Iran Facing Others: Identity Boundaries in a Historical Perspective. Palgrave Macmillan. 2012. səh. 104. ISBN 978-1137013408.
- Roger Savory. Iran under the Safavids. Cambridge: Cambridge University Press, 1980, X+277 p. ISBN 0521224837
- Tucker, Spencer C., redaktor Overview of 1700-1750: Chronology // A Global Chronology of Conflict: From the Ancient World to the Modern Middle East. ABC-CLIO. 2010. ISBN 978-1851096725.