Dağüstü qəbiristanlığı
Dağüstü qəbiristanlığı və ya Pirvənzərə qəbiristanlığı — Azərbaycanın Bakı şəhərində 1930-cu illərin əvvəllərinə qədər mövcud olan müxtəlif məzhəbli qəbiristanlıq .[1] Qəbiristanlıq Bakı təpəsinin üstündə, Çəmbərəkənd kəndinin cənub-şərqində, Pirvənzərə kimi tanınan yerdə yerləşirdi.
Qəbiristanlıq | |
Dağüstü qəbiristanlığı | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Bakı |
Əsası qoyulub | 1883 |
Ləğv olunub | 1930-cu illərin əvvəlləri |
40°21′26″ şm. e. 49°49′45″ ş. u. | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Şəhər mühəndisi polkovnik Nikolay fon der Nonne tərəfindən tərtib olunmuş 1899-cu il Bakı şəhərinin planında qəbiristanlıq bir neçə ərazilərə bölünürdü: müsəlman, erməni həvari, pravoslav, katolik, lüteran, yəhudi və molokan. Qəbiristanlıq ərazisində bir neçə kilsə də vardı.
1930-cu illərin ilk yarısında qəbiristanlıq söküldü və onun yerində Sergey Kirov adına park salındı. 1990-cı ildə qəbiristanlığın köhnə müsəlman hissəsində, Qara Yanvar faciəsi qurbanlarının cəsədləri və sonra Qarabağ münaqişəsi zamanı həlak olanlar dəfn edilmişdir. Bu gün bu sahə Şəhidlər Xiyabanı olaraq tanınır.
Tarixi
Dağüstü qəbiristanlığın yaranması
1882-ci il tarixli Bakının "Kaspi" qəzetinin avqust sayında qeyd olunurdu ki, yaşayış binalarının yaxınlığında qəbiristanlığın yerləşməsi əhaliyə zərərlidir.[2]. Qəzet xüsusilə qeyd etdi ki, qəbiristanlıq, xüsusən də rus qəbiristanlığı, xarici şəhər evlərinin damlarından başlayır və qəbiristanlığa girmək üçün ilk evin əsas pilləsindən sonuncu pilləsinə kimi gedib, məzarları adlamaq üçün kifayətdir və ya, bu evlərin hər birinin damından kiçik bir addım attıb, qəbiristanlığa girmək olar.[3]
Bir çox sakinlər qəzetin müxbirlərinə məlumat vermişdilər ki, qızmar havada cəsədlərin parçalanmasından güclü qoxu gəlirdi.[4] Qəzetdə qeyd olunurdu ki, qəbiristanlıqda epidemiya xəstəliklərindən ölənlər üçün xüsusi bir şöbə yox idi. Qəzetin jurnalistləri təklif edirdi ki, qəbiristanlıq üçün eyni dağın arxasında yeni bir yer verilsin, hansının ki, yamacında Çəmbərəkənd qəbiristanlığında yerləşir.[4]
27 sentyabr 1882-ci ildə Bakı Şəhər Dumasının ikinci müntəzəm iclası Çəmbərəkənd qəbiristanlığının yeni bir yerə köçürülməsi məsələsi müzakirə olunurdu. Yeni yer qəbiristanlığın arxasında idi.[5]
"Kaspiy" qəzetinin 1883-cü il tarixli sayında Bakı Şəhəri Hökuməti Sanitar Şuranın qərarı və Bakı Şəhəri Dumasının hökmü ilə Bakının şəhərində yerləşən Çəmbərəkənd qəbiristanlığının yanında olan bütün müsəlman və xristian qəbiristanlıqları əbədi olaraq iyulun 1-dən bağlanıldığını elan olunmuşdu. Yeni dəfnlər Çəmbərəkəndin yuxarısındakı yeni seçilmiş Pirkən-Zarı (Pirvənzərə) dağlıq ərazisində yerlərdə olmalı idi. Köhnə qəbiristanlıqlarda ölülərin dəfni ciddi qadağan olunmuşdu.[6]
Daha sonrakı tarixi
8 avqust 1883-cü ildə qəbiristanlıqda cəsədləri anatomizə etmək üçün kiçik kilsə açılmışdı, hara ki, anatomizə olunan bütün mərhumları göndərirdilər. cəsədləri daha əvvəl anatomizə edildiyi Mixailovskiy xəstəxanasının binası bağlı idi.[1]
1910-cu illərin əvvəllərində, qəbiristanlığın müsəlman hissəsində, müsəlman din məktəbi "Səadət" üçün bir bina tikmək qərarı alındı. Memar Zivər bəy Əhmədbəyov layihəni hazırladı və cümə gününün birində qəbiristanlıqda insanlar toplaşdı. Axund dua oxuduqdan sonra, mərhumların yaxınları və yoldaşları qalıqları Dağüstü qəbiristanlığına köçürdülər, boş qəbirlər yerlə bərabərləşdirildi və 1912-ci il dekabrın 23-də məktəb binasının təməli qoyuldu.[7][8]
1918-ci ildə mart hadisələrinin qurbanları qəbiristanlığın müsəlman hissəsində dəfn olunmuşdu. Eyni ilin sentyabr ayında Bakı döyüşündə həlak olan Osmanlı İmperiyasının türk əsgərlərinin cənazələri qəbiristanlıqda dəfn olunmuşdu (1999-cu ildə bu yerdə xatirə obeliski tikildi); qəbiristanlığın katolik bölməsində eyni döyüşdə həlak olan Britaniya hərbi qulluqçuların cəsədləri dəfn olunmuşdu (bu gün bu yerdə Flame Towers yerləşir).
Qəbiristanlığın sökülməsi
XX əsrin 30-cu illərin ilk yarısında Çəmbərəkənd və Dağüstü qəbiristanlığları tam söküldü və onların yerində Sergey Kirov adına park salındı. 1931-ci ildə parkın layihəsi memar Lev İlyinə tapşırılmışdı. İlyinin sözlərinə görə, Bakıya ikinci səfərinin ilk günündə Bakı təpəsinin başı tərk edilmiş bir yer idi, harada ki, "yan-yana qoyulmuş və unudulmuş məzar daşları" var idi. Həmin illərdə bu köhnə qəbiristanlıqlar uzun müddət mövcud olduqları üçün öz mövcud olmuş bütün müddətlərini keçmişdilər və şəhərə haqlı olmayan yer tuturdu. Daha sonra yeni parkın ərazisində Sergey Kirovun abidəsi qoyulmuşdur və "Xalqların dostluğu" restoranı tikilmişdir.
Bir çoxunun qəbirləri şəhərin digər qəbiristanlıqlarında yenidən dəfn olunmuşdu: məsələn, burada dəfn olunan Ağa Musa Nağıyevin məzarın Biləcəri kəndinin qəbiristanlığında dəfn olunmuşdu. Hüseyn Ərəblinski, Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev kimi məşhur şəxsiyyətlərin qalıqları Fəxri Xiyabanda yenidən dəfn olunmuşdu. Ancaq Səməd bəy Mehmandarov, Zivər bəy Əhmədbəyov, Əlirza Rasizadə kimi şəxslərin məzarları itmişdi.[9]
1990-cı ildə qəbiristanlığın köhnə müsəlman hissəsində, Qara Yanvar faciəsi qurbanlarının cəsədləri və sonra Qarabağ münaqişəsi zamanı həlak olanlar dəfn edilmişdir. Bu gün bu sahə Şəhidlər Xiyabanı olaraq tanınır.
İstinadlar
- Сведения Бакинской городской управы // Каспий : газета. — 1883. — 10 августа (№ 90).
- Нечто о «граде мёртвых» // Каспий : газета. — 1882. — 27 августа (№ 91)
- Ильин Л. А. Элементы архитектуры // Наши достижения : журнал. — 1935. — № 4. — С. 147.
- Нечто о «граде мёртвых» // Каспий : газета. — 1882. — 29 августа (№ 92).
- Статья о перенесении кладбища // Каспий : газета. — 1882. — 29 сентября (№ 105).
- Объявление Бакинской городской управы о закрытии кладбища // Каспий : газета. — 1883. — 22 июня (№ 69).
- Закладка здания «Саадет» // Каспий : газета. — 1912. — 23 декабря.
- Сулейманов М. Дни минувшие. — Б.: Азернешр, 1990. — С. 159. — 344 с.
- Назирли Ш. Судьба генерала // Kaspiy.az. — 2015. — 6 декабря.