DP-28
Degtyaryov pulemyotu (abr DP, ru: Ручной пулемёт Дегтярёвa Пехотный / Ruchnoy Pulemyot Degtyaryova Pekhotny), 1928-ci ildə SSRİ-də Vasily Degtyaryov tərəfindən hazırlanmış yüngül pulemyotdur.
1928-ci ildən 1960-cı ilə qədər istifadə edilmişdir. 7.62x54mm çapında güllələrdən istifadə edirdi. İstifadəsi çox asan və istehsalı da çox ucuz idi. Ən vacib xüsusiyyəti AK-47 kimi çirkə və palçığa qarşı müqaviməti olduqca güclü olub, hər cür iqlimdə istifadəsinin mümkünlüyü idi. Aparılmış testlər zamanı lüləsinin yanmasına baxmayaraq 500 mərmi ata bilməsi müəyyənləşdirilmişdir.
Qaleriya
- DPM
- ÇXR istehsalı olan Type 53
- DP-28 pulemyotunun maqazininin görünüşü
- RP-46
- RP-46
- Koreya müharibəsi zamanı tək qalmış 32-ci alay səviyyəsindəki döyüş komandasının və ya 7-ci piyada diviziyasının əsgəri M1 yaxud M2 Carbine silahı və DP yüngül pulemyotu ilə
- Polşa Silahlı Qüvvələrinin arsenalındakı DP yüngül pulemyotu
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.