DEVGRU
Amerika Birləşmiş Ştatları Hərbi Dəniz Qüvvələrinin Xüsusi Müharibə İnkişaf Qrupu (ing. United States Naval Special Warfare Development Group) ümumi adı ilə DEVGRU — Amerika Donanmasının Terrorla Mübarizə və Xüsusi Missiya bölməsidir.[2] Rəsmi olaraq SEAL Team 6-ya bağlandıqdan sonra qurulmuşdur. Qeyri-rəsmi mənbələrə görə DEVGRU sadəcə yenidən qurulmuş “SEAL Team 6”-dır. Delta Force ilə birlikdə JSOC adlı təşkilata tabedirlər və ABŞ Xüsusi Əməliyyatlar Birliyinin ən elit 2 birliyindən biridir. Tier 1 (1-ci səviyyə) sayılır. Dünyadakı terror hücrələrini və əlaqələrini aşkar etmək, məhv etmək və ya tutmaq onların əsas vəzifələridir. Bundan başqa, Dənizdə Terrorla Mübarizə sahəsində dünyanın ən yaxşılarından biridir.[3]
Amerika Birləşmiş Ştatları Hərbi Dəniz Qüvvələrinin Xüsusi Müharibə İnkişaf Qrupu | |
---|---|
Naval Special Warfare Development Group (DEVGRU) | |
Növü | xüsusi təyinatlılar, Hərbi dəniz qüvvələri |
Yaranma tarixi | noyabr 1980 - aktiv şəkildə fəaliyyət göstərir. |
Ölkə | ABŞ |
Tabedir | ABŞ Hərbi Donanması |
Daxildir | ABŞ Xüsusi Əməliyyatlar Komandanlığı, Müştərək Xüsusi Əməliyyatlar Komandanlığı |
Vəzifəsi |
Birbaşa müdaxilə |
Sayı |
1787 Aktiv heyət:[1]
|
Hissə |
ABŞ Xüsusi Əməliyyatlar Komandanlığı ABŞ Dəniz Xüsusi Hərbi Komandanlığı |
Qərargah | Dam Neck Annex, Oceana Donanma Hava Stansiyası, Virciniya |
Ləqəbi | DEVGRU, SEAL Team 6 |
Müharibələr |
Əfqanıstan müharibəsi İraq müharibəsi |
Komandanlıq | |
Məşhur komandirləri |
Eric Olson, Bill McRaven |
Vikianbarda əlaqəli mediafayllar |
Bundan əlavə, SEAL Team Sixin qurucusu olan Riçard Marsinko, təlimlərdə DEVGRU əsgərlərinin həftədə 2500-3.000 atəş açdığını söyləmişdir.
DEVGRU-nun bəzi əsgərlərinin TASK Force 121-də iştirak etdiyi güman edilir.
İstinadlar
- "SEAL Team 6 by the Numbers – Foreign Policy". 28 iyul 2015. Archived from the original on 28 iyul 2015. İstifadə tarixi: 10 iyun 2017.
- "Arxivlənmiş surət". 2020-05-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-18.
- "Arxivlənmiş surət". 2020-06-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-18.