DALL-E

DALL·E, DALL·E 2, və DALL·E 3təbii dil açıqlamalarından (promptlar) rəqəmsal şəkillər yaratmaq üçün dərin öyrənmə metodologiyalarından istifadə edərək OpenAI tərəfindən hazırlanmış mətndən-şəklə çevirici modellər. Orijinal DALL·E OpenAI tərəfindən 5 yanvar 2021-ci ildə bloq yazısında elan edilib və şəkillər yaratmaq üçün modifikasiya olunmuş GPT-3[2] versiyasından istifadə edir. 6 aprel 2022-ci ildə OpenAI "konseptləri, atributları və üslubları birləşdirə bilən", daha yüksək çözümlülükdə daha real təsvirlər yaratmaq üçün nəzərdə tutulmuş yeni versiyanı - DALL·E 2-ni elan etdi.[3] 2023-cü ilin sentyabrında OpenAI, əvvəlki iterasiyalarla müqayisədə "əhəmiyyətli dərəcədə daha çox nüans və təfərrüatı" başa düşməyə qadir olan DALL·E 3-ü elan etdi.[4]

DALL-E
Loqonun şəkli
OpenAI-nin Laboratoriyalarında yaradılan DALL·E şəkillərində bu loqo mövcuddur
DALL-E tərəfindən yaradılmış şəkil: Böyük apokalipsisdən sonra yer üzündəki son insan
DALL-E tərəfindən yaradılmış şəkil: Böyük apokalipsisdən sonra yer üzündəki son insan
Müəllif OpenAI
Tərtibatçı OpenAI[1]
İnterfeysin dili ingilis dili
Yayımlanma tarixi 5 yanvar 2021
Sayt labs.openai.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

20 iyul 2022-ci ildə DALL·E 2, gözləmə siyahısında olan 1 milyon şəxsə göndərilən dəvətlərlə beta mərhələsinə keçdi;[5] istifadəçilər hər ay pulsuz olaraq müəyyən sayda şəkil yarada və daha çoxunu satın ala bilirdilər.[6] Etika və təhlükəsizliklə bağlı narahatlıqlara görə əvvəllər araşdırmaya baxış üçün giriş sadəcə öncədən seçilmiş istifadəçilərə verilmişdi.[7][8] 28 sentyabr 2022-ci ildə DALL·E 2 ictimai olaraq açıldı və gözləmə siyahısı tələbi silindi.[9]

2022-ci ilin noyabr ayının əvvəlində OpenAI DALL·E 2-ni API olaraq buraxdı və tərtibatçılara modeli öz tətbiqlərinə inteqrasiya etməyə imkan verdi. Microsoft, BingMicrosoft Edge-ə daxil edilmiş Designer proqramında və Image Creator alətində DALL·E 2 tətbiqini təqdim etdi.[10] API təsvirə görə qiymət əsasında işləyir, qiymətlər təsvirin keyfiyyətindən asılı olaraq dəyişir. OpenAI ilə işləyən şirkətlər üçün endirimlər mövcuddur.[11]

DALL·E 3 2023-cü ilin oktyabrında ChatGPT Plus və ChatGPT Enterprise müştəriləri üçün ChatGPT-də yayımlandı. OpenAI-nin API və "Labs" platforması ilə birlikdə ilin sonunda buraxılması gözlənilir.[12] Microsoft modeli Bing-in Image Creator alətində tətbiq edib və onu öz Designer proqramında tətbiq etməyi planlaşdırır.[13]

Layihənin adı animasiya robotu Pixar personajı WALL-E və ispan sürrealist rəssam Salvador Dalinin adından yaradılmış mürəkkəb sözdür.[14][2]

Həmçinin bax

İstinadlar

  1. https://www.openai.com/blog/dall-e/.
  2. Johnson, Khari. "OpenAI debuts DALL-E for generating images from text". VentureBeat. 5 January 2021. 5 January 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 January 2021.
  3. "DALL·E 2". OpenAI (ingilis). 2022-04-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-06.
  4. "DALL·E 3". OpenAI (ingilis). 2023-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-21.
  5. "DALL·E Now Available in Beta". OpenAI (ingilis). 2022-07-20. 2022-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-20.
  6. Allyn, Bobby. "Surreal or too real? Breathtaking AI tool DALL·E takes its images to a bigger stage". NPR (ingilis). 2022-07-20. 2022-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-20.
  7. "DALL·E Waitlist". labs.openai.com (ingilis). 2022-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-06.
  8. "From Trump Nevermind babies to deep fakes: DALL·E and the ethics of AI art". the Guardian (ingilis). 2022-06-18. 2022-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-06.
  9. "DALL·E Now Available Without Waitlist". OpenAI (ingilis). 2022-09-28. 2022-10-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-05.
  10. "DALL·E API Now Available in Public Beta". OpenAI (ingilis). 2022-11-03. 2022-11-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-19.
  11. Wiggers, Kyle. "Now anyone can build apps that use DALL·E 2 to generate images". TechCrunch. 2022-11-03. 2022-11-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-19.
  12. David, Emilia. "OpenAI releases third version of DALL·E". The Verge (ingilis). 2023-09-20. 2023-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-21.
  13. Mehdi, Yusuf. "Announcing Microsoft Copilot, your everyday AI companion". The Official Microsoft Blog (ingilis). 2023-09-21. 2023-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-21.
  14. Coldewey, Devin. "OpenAI's DALL-E creates plausible images of literally anything you ask it to". 5 January 2021. 6 January 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 January 2021.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.