Dəymədərə
Dəymədərə — Azərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi vahidində kənd.
Dəymədərə | |
---|---|
40°56′50″ şm. e. 47°33′01″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 405 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
|
Toponimikası
Oronim dəymə (mal-qaranın saxlandığı yer) və dərə (mənfi relyef forması) komponentlərindən düzəlib, "mal-qara saxlanan dərə" mənasındadır.[1]
Çoğrafiyası və iqlimi
Çay Dəymədərəçayın (Qalaçayın qolu) sahilində, Alazan-Əyriçay çökəkliyində, rayon mərkəzindən 20 km cənub-şərqdə, Padar kəndinin 4 km şərqində, Oğuz-Qəbələ şose yolunun solunda yerləşir.
Əhalisi
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 538 nəfər yaşayır.[2]
İqtisadiyyatı
Kənd əhalisinin əsas məşğuliyyətini heyvandarlıq, əkinçilik, bağçılıq və tərəvəzçilik təşkil edir.
Mədəniyyəti
Kənddə klub, kitabxana və 50 nömrəlik ATS mövcuddur.
Təhsil
Kənddə orta məktəb fəaliyyət göstərir.
Səhiyyə
Kənddə tibb məntəqəsi var.
Şəxsləri
- Abid Məmmədov — Vətən müharibəsi şəhidi
İstinadlar
- Dəymədərə // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
- Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Həmçinin bax
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.