Dəyirmanlar

Dəyirmanlar (əvvəlki adı: Mixaylovka) — Azərbaycan Respublikasının Goranboy rayonunun Dəyirmanlar kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Goranboy rayonunun Mixaylovka kəndi Baxçakürd kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Mixaylovka kənd Soveti yaradılmışdır.[2] Azərbaycan Respublikası Milli Məclisinin 3 iyul 1998-ci il tarixli, 518-IQ saylı Qərarı ilə Goranboy rayonunun Mixaylovka kəndi Dəyirmanlar kəndi, Mixaylovka kənd inzibati ərazi vahidi Dəyirmanlar kənd inzibati ərazi vahidi adlandırılmışdır.[3]

Dəyirmanlar
40°30′ şm. e. 46°22′ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 432 nəf. (2009)
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ2254[1]
Dəyirmanlar xəritədə
Dəyirmanlar
Dəyirmanlar

Toponimikası

Kəndin əvvəlki adı Dəyirmanlar olmuşdur. Yaşayış məntəqəsini 1949-cu ildə Xanlar rayonundakı Mixaylovka kəndindən ayrılmış molokan ailələri saldığına görə əvvəlcə Novomixaylovka, sonralar isə Mixaylovka adlandırılmışdır. Kənddə 1950-ci illərdə Ermənistandan qanunsuz olaraq zorla köçürülmüş xeyli azərbaycanlı ailə də məskunlaşmışdır.[4]

Coğrafiyası və iqlimi

Kənd Gəncə-Qazax düzənliyində yerləşir.

Əhalisi

2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 432 nəfər əhali yaşayır.[5]

İstinadlar

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.