Dəyəqarabulaq
Dəyəqarabulaq — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd.
Dəyəqarabulaq | |
---|---|
40°30′40″ şm. e. 45°48′26″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.529 m |
Saat qurşağı | |
|
Toponimikası
Dəyəqarabulaq oyk. Gədəbəy r-nunun eyniadlı i.ə.v.-də kənd. Şahdağ silsiləsinin (Kiçik Qafqaz) ətəyindədir. Yerli əhalinin məlumatına görə, kəndi XVIII əsrin axırlarında yaxınlıqdakı keçmiş Qarabulaq (indiki Rüstəm Əliyev) kəndindən ayrılmış ailələr yurd yerində saldığına görə belə adlandırılmışdır. Dəyə sözü "koma, daxma, yaylaq və ya qışlaqda müvəqqəti yaşayış evi" mənasında olub, kəndi r-nun ərazisindəki Qarabulaq adlı başqa bir kənddən fərqləndirməyə xidmət edir.[1]
Əhalisi
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1167 nəfər əhali yaşayır.[2]
İqtisadiyyatı
Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Həmçinin bax
Xarici keçidlər
İstinadlar
- Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
- Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.