Dəstəvari qulançar
Dəstəvari qulançar (lat. Asparagus verticillatus) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin qulançar cinsinə aid bitki növü.
Dəstəvari qulançar | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Streptophyta Klad: Embryophytes Klad: Polysporangiophytes Klad: Tracheophytes Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Asparagoideae Cins: Növ: Dəstəvari qulançar |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Təbii yayılması
Balkan yarımadası, Kiçik Asiya, İran, Qafqaz və Orta Asiyada yayılmışdır; Şərgi Avropa düzənliyin ancaq cənub hissəsində enliyarpaqlı meşələrdə və çöllərdə, kolluqlarda, daşlıq yerlərdə bitir.
Botaniki təsviri
Hündürlüyü 2 m-ə çatan çoxillik bitkidir. Gövdəsi sarmaşan, budaqlıdır. Uc budaqları parlaq, kanarları dişli sürünən, üçkünc-budaqlı, bünövrəsində oduncaqlaşmışdır. Kladodiləri parlaq, xırda dişli olmaqla, dəstədə 20 ədəddir. İkievli bitkidir, diametri 0,4 sm-dir. Çiçəkləri budaqların ucunda yerləşir. Çıçəkyanlığı yarımşəkilli, uzunluğu təxminən 4 mm-dir, qısa ayaqda yerləşir, mərkəzdən bölünmüşdür. İyunda çiçəkləyir. Kladodiləri (hamar qoltuq zoğları) əsas gövdədə dəstələrdə yerləşir, çoxsaylıdır (20-qədər), budaqlarda 1-3 ədəddir. Meyvəsi giləmeyvədir, diametri 5 mm-ə çatır. İyulda meyvələri tamyetişir, Toxumlarla və qələmlərlə çoxaldılır.
Ekologiyası
Rütübətsevən bitkidir. Münbit torpaqlarda yaxşı inkişaf edir. Sərt günəş şüalarından və küləkdən qorunmalıdır.
Azərbaycan yayılması
Böyük Qafqazda, Qubada, Hirkan florasında rast gəlinir. Mərdəkan dendrarisində 1998-ci ildə introduksiya olunmuşdur.
İstifadəsi
Dekorativ görünüşünə görə park və bağlarda, rütübətli arazilərdə müxtəlif kompozisiyaların qurulmasında istifadəsi məqsədyönlüdür.