Dəstəgül

Dəstəgül, DostagirAzərbaycan Respublikasının Tərtər rayonunun Çaylı kənd inzibati ərazi dairəsində kənd.

Dəstəgül
40°19′17″ şm. e. 46°41′20″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Rəsmi dili
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ5900
Nəqliyyat kodu 59
Dəstəgül xəritədə
Dəstəgül
Dəstəgül

Tarixi

Dostagir kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam rayonu, Tərtər rayonuKəlbəcər rayonu arasında bölüşdürüldü. Dostagir kəndi də Tərtər rayonuna birləşdirilən kəndlərdən biridir. 1993-cü ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Dəstəgül kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 2023-cü il sentyabrın 19–20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatı nəticəsində Dəstəgül kəndi Azərbaycanın nəzarətinə qayıtmışdır.

Haqqında

Dəstəgül kəndi Qarabağ silsiləsinin ətəyindədir. Keçmiş adı Dəstahir kimi rəsmiləşdirilmişdi. Yerli əhali kəndin adını Tahir adlı şəxslə bağlayır. Tədqiqatçıların bir qismi toponimi XIX əsrdə qeydə alınmış qaraçorlu tayfa birliyinə daxil olan dəstagir tirəsinin adı ilə, digər qismi isə alban hökmdarı Vaçaqanın (V əsr) qızı Dəstəgülün adı ilə əlaqələndirir və guya kəndin vaxtilə bu şahzadənin yay iqamətgahı olduğunu söyləyirlər. Əslində, oykonim dəstə (su arxı) və hır (axar) komponentlərindən ibarət olub, "axar su kənarında kənd" mənasını daşıyır. Kəndin Kürəkçayın qollarından birinin kənarında yerləşməsi və Çaylı adlanan inzibati ərazi vahidliyinin tərkibində olması da bu fikri təsdiqləyir.[1]

İstinadlar

  1. Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. İki cilddə. II cild. Bakı, 2007.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.