Dəstəfur

DəstəfurAzərbaycan Respublikasının Daşkəsən rayonunun Dəstəfur kənd inzibati ərazi dairəsində kənd.[2]

Dəstəfur
40°26′35″ şm. e. 46°09′57″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 505 nəf. (2009)[1]
Dəstəfur xəritədə
Dəstəfur
Dəstəfur

Toponimikası

Adını sahilində yerləşdiyi Dəstəfur çayından almışdır.[3]

Tarixi

XIX əsrdə kəndin ayrımlar tərəfindən salınması haqqında məlumat verilir. Daşkəsən rayonu da 1956-cı ilədək Dəstəfur adlanmışdır. Kəndin Digər yerli adı Qızıltaxçadır.

Tarixi abidələri

Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.

Coğrafiyası və iqlimi

Kənd Dəstəfurçayın sahilində, Başkənd-Dəstəfur çökəkliyində yerləşir.

Əhalisi

İl Daimi əhali Kişilər Qadınlar
1999[4] 646 304 342
2009[5] ↘505 ↘246 ↘259

İqtisadiyyatı

Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıqheyvandarlıq təşkil edir.

Mədəniyyəti

Kənddə 1 №-li və 2 №-li Dəstəfur kənd kitabxana filialları, Dəstəfur kənd Mədəniyyət Evi fəaliyyət göstərir.[6]

Təhsil

Kənddə Daşkəsən rayon Dəstəfur kənd tam orta məktəbi fəaliyyət göstərir.[7]

Din

Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.

Səhiyyə

Kənddə Dəstəfur kənd sahə xəstəxanası yerləşir.[8]

İstinadlar

Xarici keçidlər


Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.