Dərya Örs

Derya Örs (d.22 aprel 1966, Konya) — Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun sədri, Mevlana Araşdırmaları Dərnəyinin rəhbər müavini, professor, doktor, AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun fəxri doktoru.

Derya Örs
Doğum tarixi
Doğum yeri Konya
Vətəndaşlığı Türkiyə Türkiyə
Elmi adı Professor

Fəaliyyəti

  • 1966-cı ildə Konyada anadan olmuşdur.
  • 1999-cu ildə doktor elmi adını, 2002-ci ildə əvvəlcə köməkçi dosent, daha sonra dosent elmi vəzifəsinə yüksəlmişdir.
  • 2010-cu ildə Ankara Universitetinin Fars dili və Ədəbiyyatı bölməsi üzrə professor elmi vəzifəsinə yiyələnmişdir.
  • “Nüsha Şarkiyat Araştırmaları” jurnalının təssisçi və redaktorlarından biri, həmçinin də Ankarada olan Mevlana Araşdırmaları Dərnəyinin rəhbər müavinidir.
  • Yıldırım Beyazit Universitetinin İnsan və Cəmiyyət elmləri fakültəsində baş müəllim və dekan kimi fəaliyyət göstərmişdir.
  • 2012-ci ildən Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun sədridir.
  • 2016-cı il 11 noyabr tarixində Azərbaycan-Türkiyə elmi əlaqələrinin inkişafındakı böyük xidmətlərinə görə AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun fəxri doktoru adına layiq görülüb.[1]

Həmçinin bax

Xarici keçidlər

İstinadlar

  1. "Prof. Dr. Derya Örs". 2019-11-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-03.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.