Dərviş Xosrov Qəzvini

Dərviş Xosrov Qəzvini - Qəzvin (Nöqtəvilik) nöqtəvilərinin rəhbəri

Dərviş Xosrov Qəzvini
Doğum yeri Qəzvin, İran
Fəaliyyəti şair

Şahin Fərzəliyev bu hadisənin tarixdə gerçək olduğunu bildirdi: «M.Fətəlinin təsvir etdiyi Yusif Sərrac, əslində Ustad Yusifi Tərkeşduzdur. Münşi yazır ki, o, dinsiz kimi məşhur olan Dərviş Xosrov Qəzvininin ən fəal müridlərindən biri olub və ulduzların toqquşmasından şah sarayına gələcək bəlanın qarşısını almaq üçün təmtəraqla 3 günlük şah elan olunub. Təhlükə sovuşduqdan sonra Şah Abbas təzədən taxta sahiblənib, həm Yusif, həm də ustadı—Dərviş Xosrov Qəzvini öldürülüb. Qətl zamanı Qəzvini deyib: «Gedirik ki, başqa vaxt gələk».[1]

Təhmasibin səltənətinin sonlarına doğru Xosrov Qəzvini adında bir dərviş Qəzvin nöqtəvilərinin rəhbəri idi. Dərviş Xosrov İkinci İsmayıl və Sultan Məhəmməd Xudabəndə zamanında da fəaliyyətlərini sürdürdü. Birinci Şah Abbas şəxsən bu dərvişlə tanış oldu. Nöqtəvilərin görüşləri ilə tanış olduqdan sonra Şah Abbas onların qətlinə fərman verdi.[2]

Xarici keçidlər

  1. "Arxivlənmiş surət". 2022-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-02.
  2. "Arxivlənmiş surət". 2018-01-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-06-02.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.