Dərvaq
Dərvaq – Rusiya Federasiyasının Dağıstan Respublikasının Tabasaran rayonunda yerləşən kənd. Dərvaq kəndi «„Dərvaq kənd“» vahidliyinə daxildir.
Dərvaq | |
---|---|
42°01′00″ şm. e. 48°04′15″ ş. u. | |
Ölkə | Rusiya |
Rayon | Tabasaran rayonu |
Əhalisi | |
Əhalisi | 2875 (2019) nəfər |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +7 87249 |
Poçt indeksi | 368667 |
| |
Vikianbarda əlaqəli mediafayllar |
Əhali
Əhalisi 2875 nəfərdir (2019). Əhalisinin mütləq əksəriyyətini azərbaycanlılar təşkil edir[1]. Dini baxımdan islam dininin sünnə məzhəbində etiqad edirlər.
Tarix
Bir çox məlumstlara görə kənd V—VII əsrlərdə «Dağ-Barı»[2] istehkamının ətrafında salınmışdır.
Dəndin adı Dərbəndnamədə belə keçərlidir. Oda qeyd edilir ki, Əbu Cəfər əl-Mənsur xəlifə olarkın Qafqaza Yezid ibn Əsədi göndərərək Dərbənddə sədd tikintisinə gösyəriş verir. Altı ay ərzində Yezid ibn Əsəd bir necə qalanın tikintisini başa çatdırır. Onlar arasında Dəvraqında adı keçir. O, bölgəyə Yaxın Şərqdən əhali köçürür[3].
İqtisadiyyat
Kənddə «Qırmızı Oktyabr» şirkəti fəaliyyət göstərir. Əvvəllər kənd daş kəsmə ilə məşhurluq tapmışdı (ХVI—ХVII əsr), üstəlik xalçaçılıq geniş yayılmışdı (ХIХ əsr).
Görməli yerləri
- Minarəli məscid (ХV əsr)
- Dağ-Barı qalasının müdafiə qülləsi.
- XIX əsrin sonu — XX əsrin əvvəllərinə aid «Bəylər evi» (bəyə məxsus ev).
- Bulaqlar: «Göz bulaq», «İsitmə bulaq», «Qumqum bulaq»
İstinadlar
- "Cənubi Dağıstan". 2017-09-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-06-18.
- "Dəvraq kəndi". 2012-11-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-06-18.
- "Dərbəndnamə". 2020-02-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-18.