Dərman sürvəsi

Dərman sürvəsi, dərman adaçayı (lat. Salvia officinalis) və ya Qazan qarasıDalamaz fəsiləsinin Adaçayı cinsinə aid hündürlüyü 75 sm-ə qədər olan yarımkol ot bitkisi növü.

Dərman sürvəsi
Elmi təsnifat
Aləm:
Klad:
Streptophyta
Klad:
Embryophytes
Klad:
Polysporangiophytes
Klad:
Tracheophytes
Klad:
Eudicots
Klad:
Core eudicots
Klad:
Superasterids
Klad:
Lamiids
Yarımfəsilə:
Triba:
???:
Dərman sürvəsi
Beynəlxalq elmi adı
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  32729
NCBI  38868
EOL  578478

Bioloji xüsusiyyəti

Birinci il dərman sürvəsi payıza qədər möhkəm kola malik olur. İkinci ildən başlayaraq çiçəkləməyə başlayır. İyunda çiçəkləyir. Meyvələri avqust-sentyabrda yetişir. Toxum 3 ilə qədər qala bilir.

Yarımkol olub, hündürlüyü 50 sm, budaqlanan, gövdəsi dördtilli, qarşı-qarşıya, uzunsaplaqlı və uzunsov yarpaqlıdır. Yarpaqlarının əsası dairəvi və ya ürəkşəkilli, hətta ikipərli olmaqla, kiçik çəpərlidir. Yarpaqlarının uzunluğu 10 sm, eni isə 2,5sm-dir. Çiçəkləri böyük, göy-bənövşəyi rəngli, ikidodaqlı, köbəli olub, sünbül çiçək qrupunda toplanmışdır.   Dilimli yarpaqları — 1–35mm, dairəvi yarpaqları isə müxtəlif forma və ölçülərdə rast gəlinir. Yuxarı yarpaqları bir bərabərdə, bürüşüklü və ya kiçik deşikli, sıx torabənzər, kiçik damarlara malik olub, yuxarı hissəsi çökük, aşağı hissəsi isə qabarıqdır. Çiçəkləri yaşıl və ya gümüşü-ağ, xüsusən aşağı hissəsi uzun tükcüklüdür. Aromat iyli, acı (ədviyyəli) dadlı olub, azacıq büzücüdür. Xoş rayihəlidir.

İstisevən və quraqlığa davamlı bitkidir. Becərilmə zamanı torpaq münbit, məhsuldar, bərəklətli olmalı və işıqlanma şəraiti təmin olunmalıdır. Yarımkolu və yarpaqları keyfiyyətli dərman xammalı kimi yayda toplanılır. Quruducu şkafda 35–40°С temperaturda qurudulmalıdır. Bağlı yeşiklərdə, anbarlarda isə parçadan olan kisə və taylarda efiryağlı xammala edilən düzgün quluğu gözləməklə saxlamaq lazımdır. Bir il ərzində efiryağlı tərkib yoxlanılmalıdır. Saxlanılma müddəti 1,5 ildir.[2]

Tərkibi və təsiri

Yarpaqlarının tərkibində efiryağlı maddələr (0,5–2,5%), sineol (15%), pinen, tuyon, salven, borneol, kamfora və digər terpenoidlər vardır. Bundan başqa flavonoidlər, aşı maddələr, triterpen turşuları – ursol, olein, diterpenoidlər, fenol, acı maddələr və fitonsidlər vardır. Sürvənin yarpaqlarında efir yağı, alkoloidlər – salven, tuyon, sineol, acı, aşı maddələr, qatran, turşu (ursol və olein), fitonsidlər, Kox çöplərinə (vərəm) qarşı aktiv olan maddələr və fitonsidlər vardır.[mənbə göstərin]

İstinadlar

  1. Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 23.
  2. S. C. İbadullayeva, M. C. Qəhrəmanova Bitkilərin Sirli Dünyası (Ot Bitkiləri) Bakı 2016 s.333
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.