Dərisitikanlılar
Dərisitikanlılar (lat. Echinodermata) — heyvanlar aləminə aid heyvan tipi. 7000-ə qədər növü məlumdur.
Dərisitikanlılar | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Amorphea Ranqsız: Obazoa Ranqsız: Opisthokonta Ranqsız: Holozoa Ranqsız: Aləm: Yarımaləm: Klad: ParaHoxozoa Klad: Nephrozoa Tipüstü: Klad: Tip: Dərisitikanlılar |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Dərisitikanlılar dənizlərin dibində yaşayan və bədənləri beşşüalı simmetriyalı quruluşa malik olan heyvanlardır. Yetkin formaları şüalı, sürfələri isə ikiyan simmetriyaya malikdir. Bu, onu göstərir ki, onların əcdadı ikitərəfli simmetriyalı heyvanlar olmuşdur. ikinci bədən boşluğu (selom) yaxşı inkişaf etmişdir. Əsasən hərəkət funksiyası daşıyan su-damar və ya ambulakral sistemə malikdir. Bu sistem həmçinin tənəffüs, qismən ifrazat və başqa funksiyalar da yerinə yetirir. Daxili orqanlar bədən boşluğunda yerləşir.
Dərisitikanlılar tipi 5 sinfə bölünür: dəniz ulduzları, dəniz lalələri, ofiurlar, dəniz kirpiləri və holoturilər. Xəzər dənizində və Azərbaycanın digər sularında yaşamır. Dərisitikanlılar sırf dəniz heyvanlarıdır. Bu tipə aid olan heyvanlar bədən formasının quruluşuna və müxtəlifliyinə görə lap qədim vaxtlardan diqqəti cəlb etmişdir. Bu heyvanlara dərisitikanlıların adının verilməsi və öyrənilmə tarixi qədim yunanlarla bağlıdır. Bir çox zooloqlar onları qurdlara, bir qismi isə bağırsaqboşluqlulara aid edirdilər. 1847 –ci ildə Frey və Leykart dərisitikanlıların şüalı heyvanlardan, xüsusilə bağırsaqboşluqlulardan fərqini izah edərək, müstəqil bir tipə ayırdılar. Dərisitikanlılar ikinciağızlı heyvanlardır. Bu xüsusiyyətinə görə onlar əvvəl təsvir olunan ilkağızlılardan fərqlənir və xordalılara yaxınlaşırlar. Onlar heyvanat aləmi içərisində yüksək quruluşlu formalar hesab olunur. Bununla belə dərisitikanlılar yetkin mərhələdə şüalı simmetriyaya malikdir. Lakin şüalı simmetriyaya malik olan sadə quruluşlu heyvanlarda şüalı simmetriya ilkin olduğu halda, dərisitikanlılarda bu xüsusiyyət sonradan qazanılmışdır. Dərisitikanlıların dəri örtüyü iki qatdan: ektodermal mənşəldən epidermis və onun altında yerləşən mezodermal mənşəli kutis qatından ibarətdir. Dərisitikanlılar üçün səciyyəvi xüsusiyyətlərdən biri onlardan əhəngli lövhələrdən ibarət bütöv zireh əmələ gətirir. Bu örtükdə xaricə çıxa bilən çoxlu miqdarda əhəngli iynələr var. Bu xüsusiyyətlərinə görə də tipə dərisitikanlılar adı verilmişdir.
Şəkillər
- Plectaster decanus dəniz ulduzu
- Linckia sp. dəniz ulduzu
- Strongylocentrotus franciscanus dəniz kirpisi
- Mellita longifissa yastı dəniz kirpisi
- Ophionereis reticulata ilanquyruğu
- Голотурия Isostichopus badionotus
- Ptilometra australis dəniz laləsi
Təsnifatı
Dərisitikanlılar tipi Echinodermata
- Pelmatozoa yarımtipi
- † Carpoidea sinfi
- † Yuvarlaqlar (Cystoidea) sinfi
- † Blastoidea sinfi
- Dəniz lalələri (Crinoidea)
- † Edrioasteroidea sinfi
- Eleutherozoa yarımtipi
- † Ophiocistia sinfi
- Dəniz ulduzları (Asteroidea) sinfi
- İlanquyruqlar (Ophiuroidea) sinfi
- Dəniz kirpiləri (Echinoidea) sinfi
- Holoturilər (Holothurioidea) sinfi
İstinadlar
- Integrated Taxonomic Information System (ing.). 2004.
- Ruggiero M. A., Gordon D. P., Orrell T. M., Bailly N., Bourgoin T., Brusca R. C., Cavalier-Smith T., Guiry M. D., Kirk P. M. A Higher Level Classification of All Living Organisms (ing.). // PLOS ONE / PLOS ONE Editors PLoS, 2015. Vol. 10, Iss. 4. P. e0119248. ISSN 1932-6203 doi:10.1371/JOURNAL.PONE.0119248 PMID:25923521