Dərin mavi dəniz (film, 1999)

82 milyon dollarlıq büdcəsi ilə Dərin mavi dəniz filmi, 1993 -cü ildə çəkilmiş Climber (Alpinist) filmindən sonra kommersiya baxımından uğurlu bir film çəkməmiş olan Renni Harlin üçün bir sınaq işi olmuşdur. Film əsasən Meksikanın Rosarito şəhərindəki Fox Baja Studiyalarında çəkilmişdir; Burada çəkiliş qrupu James Cameronun 1997 -ci ildə çəkdiyi “Titanikfilmi üçün tikilmiş böyük su çənlərinin üstündə setlər yaratmışdır. Filmin bəzi səhnələrində əsl köpək balıqlarından istifadə olunsa da, əksər köpək balığı səhnələri ya animatronik, ya da kompüter qrafikası ilə yaradılmışdır. Filmin musiqisini Trevor Rabin bəstələyib; LL Cool J “Deepest Bluest (Shark's Fin)” və “Say What” adlı iki mahnı ilə filmə öz töhfəsini vermişdir.

Dərin mavi dəniz
ing. Deep Blue Sea
Janr qorxu filmi[1], elmi-fantastika filmi[2][3], döyüş filmi, triller filmi
Əsas mövzu köpəkbalığı
Rejissor Renni Harlin
Prodüserlər
  • Akiva Qoldsman[d]
Ssenari müəllifi Dunkan Kennedi
Baş rollarda Semüel L. Cekson (baş rol), Saffron Berrouz (baş rol), Maykl Rapaport, Tomas Ceyn, Stellan Skarsqard, LL Kul Cey, Qlinis Cons
Operator
  • Stephen F. Vindon[d]
İstehsalçı Village Roadshow Pictures[d]
Distribütor Warner Bros.
İlk baxış tarixi 1999, 28 oktyabr 1999[4]
Müddət 105 dəq.
Büdcə 60.000.000 $[5]
Gəlir 164.648.142 $[5]
Ölkələr
Dil ingilis dili
Rəng rəngli
Çəkiliş yeri Meksika, San-Dieqo
IMDb ID0149261

Film sənayesinin yay mövsümündə kinoteatrlarda nümayiş etdirilən Dərin mavi dəniz filmi, ABŞKanadada 73 milyon ABŞ dolları və dünya miqyasında 164 milyon ABŞ dolları gəliri ilə orta miqyasda ticarət uğuru əldə etmişdir.

Süjet xətti

Süzen Makalister “Akvatika” adlı sualtı elmi laboratoriyaya başçılıq edir. Orada mako-köpəkbalığının beynindən hasil edilən maddə əsasında Altsheymer xəstəliyinə qarşı preparat hazırlanır. Həkim Makalister təbiət qaydalarını pozaraq, cövhərin həcmini artırmaq üçün gen mühəndisliyinə əl atır. Eksperiment nəticəsində köpəkbalıqları əsl ağıllı və hiyləgər qatillərə çevrilirlər. Dəniz yırtıcılarından birinin azadlığa çıxması ilə qanlı faciə baş verir. Ac və qəzəbli köpəkbalığı insanları daşıyan katamarana hücum edir. Tədqiqatçılar çətinliklə “bədheybəti” laboratoriyaya geri qaytara bilsə də, insidenti yerində öyrənmək üçün “Akvatikaya” şəxsən eksperimentləri maliyyələşdirən əczaçılıq şirkətinin rəhbəri təşrif buyurur və bütün hadisələr məhz bundan sonra baş verir...

İstinadlar

  1. http://www.metacritic.com/movie/deep-blue-sea.
  2. http://www.imdb.com/title/tt0149261/.
  3. http://www.allocine.fr/film/fichefilm_gen_cfilm=22143.html.
  4. IMDb (ing.). 1990.
  5. https://web.archive.org/web/20160322203652/http://www.boxofficemojo.com/movies/?page=main&id=deepbluesea.htm.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.