Dərətumb
Dərətumb — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonu ərazisində kənd.[2][3]
Kənd | |
Dərətumb | |
---|---|
39°53′29″ şm. e. 45°15′03″ ş. u. | |
Ölkə | Ermənistan |
Region | Dərələyəz mahalı |
Rayon | Keşişkənd rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.640 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
|
Tarixi
Kəndin ərazisində X əsrdən əvvələ aid tarixi abidələr vardır[4].
Toponimi
1727-ci ilə aid mənbədə "Tərətum" kimidir[5]. Mənbədə qeyd olunur ki, bu kənddə adam yaşamır (yenə orada). XIX əsrin ortalarından sonra kəndin adı çəkilmir. Türk dillərində tara-"çayın ağzında şaxələnmə", "delta" və tumb-"təpə" sözlərindən ibarətdir. Erməni tədqiqatçıları tumb sözünü mənşəcə ermənicə sayırlar, halbuki Altay dillərinin hamısında bu söz vardır.[6] Toponim Azərbaycan dilində "iki dağ və ya təpə arasında eləcə də düzənlikdə dərin çuxur", "çay yatağı, çayın axdığı yer" mənasında işlənən dərə sözü ilə[7][8][9] türk dilində "təpə, dağ, zirvə" mənasında işlənən tumb sözünün[10] birləşməsindən əmələ gəlmişdir. Tumb sözü həm də domba, tomba, tump formasında işlənir[11][12]. Azərbaycan dilinin Zəngilan şivəsində domba sözü coğrafi termin kimi "dağ üzərində günbəzvan xırda təpəcik" mənasında işlənir[13]. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
İstinadlar
- Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
- PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
- Шопен И. Исторический памятник состояния Армянской области в эпоху ее присоединения к Российской империи. Спб.,. 1852.
- Yeğiazaryan O. Əzizbəyov rayonunun mədəniyyət abidələri, (erməni dilində). İrəvan, "Haypetrat", 1955. s.72
- Naxçıvan sancağının müfəssəl dəftəri (27 avqust 1727). Giriş və tərcümənin müəllifləri Ziya Bünyadov və Hüsaməddin Məmmədov (Qaramanlı). . Bakı. 1997.
- Будагов, Б. Ә.; Гејбуллајев, Г. Ә. Дәрәтумб // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти. Бакы: Оғуз ели. 1998. 452 с.
- Бушуева Е.Н. Словарь русской транскрипции географических терминов и других слов, встречающихся в топонимии Азербайджанской ССР, М., 1971. s.62–63
- Azərbaycan dilinin izahlı lüğəti, II c., Bakı, "Elm", 1980. s.74
- Мурзаев Э.М. Словарь народных географических терминов, М., "Мысль", 1984. s.171
- Мурзаев Э.М. Словарь народных географических терминов, М., "Мысль", 1984. s. 186–187
- Бушуева Е.Н. Словарь русской транскрипции географических терминов и других слов, встречающихся в топонимии Азербайджанской ССР, М., 1971. s.67
- Мурзаев Э.М. Словарь народных географических терминов, М., "Мысль", 1984. s.186
- Yüzbaşov R. Azərbaycan coğrafiya terminləri (tədqiqlər), Bakı, "Elm", 1966. s.124