Dərələyəz nahiyəsi
Dərələyəz nahiyəsİ —XVI əsrdə Səfəvilər dövlətinin Azərbaycan bəylərbəyliyinin tərkibinə daxil olduğu dövrdə Naxçıvan ölkəsinin tərkibinə daxil olan nahiyələrdən biri.
Qədim nahiyə | |
Dərələyəz nahiyəsi | |
---|---|
| |
Ölkə | Azərbaycan |
Vilayət | Naxçıvan ölkəsi (Səfəvi) |
Salınma tarixi | XVI əsr |
Banisi | Səfəvi İmperiyası |
Milli tərkibi | Azərbaycan türkləri |
Naxçıvanın tərkibində inzibati ərazi vahidi kimi bu dövrdən başlayaraq adı tez-tez mənbələrdə çəkilən Dərələyəz nahiyəsi şimalda Basarkeçər yaylası, şərqdə Zəngəzur silsiləsi, cənubda Ələyəz dağları, qərbdə isə Səlim aşırımı yerləşən hündür dağlarla əhatə olunmuşdu. Bu sərhədlər daxilində hesablanan zaman məlum olur ki, bəhs etdiyimiz dövrdə Naxçıvan ölkəsinin Dərələyəz nahiyəsinin ərazisi, təqribən, 1607 kvadratkilometr olmuşdur.[1]
Toponimin mənası
Bu dövrdən sonra mənbələrdə adı tez-tez çəkilən “Dərələyəz” və ya “Dərə-alagöz” toponimin mənası ilə bağlı məsələni aydınlaşdırmaqda fikrimizcə fayda vardır. K.N.Smirnov topladığı müxtəlif yerli materiallar və tarixi əsərlərə əsaslanmaqla toponimin mənasını izah edərkən onun “dərə” və “ələyəz” sözlərinin birləşməsindən yarandığını qeyd etmiş və mənasının “ələyəz adlanan bitkinin bitdiyi dərə” mənasında olduğunu yazmışdır [2]
Lakin ərazinin adını sadəcə bir bitkidən alması o qədər də inandırıcı fakt deyildir.[3] AMEA-nın müxbir üzvü A.Bağırov sözün sadəcə iki komponentdən ibarət olduğunu qeyd etmiş, lakin “ələyəz” və yaxud “alagöz” kimi qeyd olunan ikinci komponent barədə məlumat verməmişdir.[4] Professor H.Mirzəyev “Ələyəz” sözünün oğuzlarla bağlı etnonim olduğunu qeyd etmişdir [5]. Tədqiqatçı İ.Bayramov da bu sözün alagöz türk tayfası ilə bağlı etnonim olduğu qənaətinə gəlmişdir. [6] Alagöz tayfasının türkmənşəli tayfalardan biri olması barədə qeydlər türk tədqiqatçısı Necdet Sevinçin əsərlərində də qeyd edilmişdir.[7] Tarix üzrə fəlsəfə doktoru Elnur Kəlbizadənin fikrincə də Dərələyəz sözünün tarixən bu ərazidə məskunlaşmış türk tayfalarından biri olan alagözlərlə bağlı olması ehtimalı daha güclüdür.[8]
XVIII əsrin əvvəlində Osmanlı dövlətinin idarəsialtında olmuş Naxçıvan sancağının 14 nahiyəsindən biri dəDərələyəz idi. Bu dövrdə Dərələyəz nahiyəsi 102 kəndi əhatəedirdi[9]
Mənbə
- Kəlbizadə E. Naxçıvanın tarixi coğrafiyası (XII-XVIII əsrin I yarısı). Naxçıvan:Əcəmi, 2016, 200 s., s. 85 Arxivləşdirilib 2017-07-31 at the Wayback Machine
İstinadlar
- Kəlbizadə E. Naxçıvanın tarixi coğrafiyası (XII-XVIII əsrin I yarısı). Naxçıvan:Əcəmi, 2016, 200 s., s. 85
- Смирнов К. Материалы по истории и этнографии Нахичеванского края. Баку:Озан, 1999, 156 c., s. 114.
- Kəlbizadə E. Naxçıvanın tarixi coğrafiyası (XII-XVIII əsrin I yarısı). Naxçıvan:Əcəmi, 2016, 200 s., s. 85
- Bağırov A. Naxçıvanın oykonimləri (1590-2007-ci illərin məlumatları əsasında). Bakı:Nurlan,2008, 336 s., s. 127
- Mirzəyev H. Qərbi Azərbaycanın Dərələyəz mahalı. Bakı:Elm,2004, 856 s., s.191
- Bayramov İ. Qərbi Azərbaycanın toponimlər sistemi. Bakı:Elm,2005, 432 s., s. 155
- Sevinç N. Gaziantep'te yer adları ve türk boylan, aşiretleri, türk oymakları // Türk dünyası araştırmaları, 1983, № 26,180 s., s. 120
- Kəlbizadə E. Naxçıvanın tarixi coğrafiyası (XII-XVIII əsrin I yarısı). Naxçıvan:Əcəmi, 2016, 200 s., s. 86
- "Arxivlənmiş surət". 2020-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-22.