Dərələyəz mahalı

Dərələyəz mahalı — Şərur-Dərələyəz tarixi vilayətinin dağlıq hissəsini təşkil edir.

Tarixi

Mahal şimalda Basarkeçər yaylası, şərqdə Zəngəzur silsiləsi, cənubda Ələyəz dağları, qərbdə isə Səlim aşırımı yerləşən hündür dağlarla əhatə olunmuşdur. Ümumi sahəsi 2304 kv.km-dir. Ən qədim dövrlərdən azərbaycanlıların məskunlaşdığı Dərələyəz-Ələyəz dərəsi toponimi orta əsrlərdə inzibati-ərazi bölgüsü mənasında işlənməklə, geniş ərazini əhatə emişdir. XVIII əsrin əvvəlində Osmanlı dövlətinin idarəsi altında olmuş Naxçıvan sancağının 14 nahiyəsindən biri də Dərələyəz idi. Bu dövrdə Dərələyəz nahiyəsi 102 kəndi əhatə edirdi. Xalq bölgüsünə görə, 3 hissəyə ayrılırdı: Şərqi Dərələyəz, Qərbi Dərələyəz və Şərurun dağlıq hissəsi.

Türkmənçay müqaviləsindən (1828) sonra Rusiyanın tərkibinə daxil edilən Dərələyəz bölgəsi İran və Türkiyədən buraya köçürülən ermənilərin hesabına etnodemoqrafik dəyşikliklərə məruz qalmışdır. Köçürmələrə qədər bölgədəki ailələrin 94,1%-ni azərbaycanlılar, 5,8%-ni ermənilər təşkil edirdisə, köçürmələrdən sonra erməni ailələri 25,8%-ə çatmışdır. 1870-ci ildə Dərələyəz İrəvan quberniyasının tərkibndə yaradılan Şərur-Dərələyəz qəzasına daxil edilmişdir. 1897-ci il məlumatına görə, Dərələyəzin sahəsi 2972,3 km², əhalisi 76551 nəfər idi. Əhalinin 70,5%-i azərbaycanlı, 27,5%-i erməni olmuşdur. 1918–1920-ci illərdə Dərələyəzin azərbaycanlı əhalisi dəhşətli soyqırıma məruz qalmış, sağ qalanlar isə öz doğma yerlərini tərk etməyə məcbur edilmişlər. Sovet hakimiyyəti illərində Dərələyəz bölgəsi heç bir əsas olmadan, Azərbaycandan qoparılıb Ermənistana verilmişdir. Bütün 20 əsr boyu azərbaycanlılara qarşı aparılan soyqırım siyasəti nəticəsində onlar Qərbi Azərbaycandan (indki Ermənistan), o cümlədən Dərələyəzdən zorla deportasiya olunmuşlar.

Ermənistan SSR rayonlaşdırılan zaman Dərələyəz mahalı KeşişkəndSoylan rayonlarına bölünmüşdür. Dərələyəz (dəyişdirilmiş adı Ayotsdzor) dağ silsiləsi Arpaçay ilə Naxçıvançay arasındadır. Şərqdə Zəngəzur zirvəsinə qovuşur. Uzunluğu 70 km, ən hündür zirvəsi Kükü dağıdır (h.3120 m).

Şərur-Dərələyəz mahalının yaşayış məntəqələri


Görkəmli şəxsiyyətləri

  • Vüqar Namazov — 4 qat dünya 7 qat Avropa cempionu və Dünya rekortçusudu.
  • Vüqar Əsgərov — Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Xatirə Kitabı Redaksiyasının böyük redaktoru, Qızıl Qələm mükafatı laureatı.(Əsərləri: Azərbaycanın Milli Qəhrəmanları(2005, yenidən işlənmiş variantda 2010, Bir Ovuc Torpaqdır Yarama Məlhəm 2011, Sinəmdə Yurd Dağı Var 2012)

Mənbə

  • NDU-nun Elmi Əsərləri,1999
  • Əziz Ələkbərli, "Qədim türk-oğuz yurdu "Ermənistan"", Bakı, "Sabah", 1994.
  • PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 696 səh. ISBN 5-8066-1452-2
  • Həbib Rəhimoğlu. "Silinməz adlar, sağalmaz yaralar", Bakı, "Azərnəşr", 1997.
  • B. Ə. Budaqov, Q. Ə. Qeybullayev. "Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti". Bakı, "Oğuz eli", 1998.
  • Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası, Bakı, "Gənclik", 1995.

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.