Dərəkənd (Qobustan)
Dərəkənd — Azərbaycan Respublikasının Qobustan rayonunun Dərəkənd kənd inzibati ərazi dairəsində kənd.[1]
Dərəkənd | |
---|---|
40°30′10″ şm. e. 48°56′24″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
|
Toponimikası
Kənd dağətəyi ərazidədir. Keçmiş adı Mərəzəli Dərəkənd olmuşdur. Yaşayış məntəqəsi keçmiş Mərəzə (indiki Nəriman kəndi) kəndindən köçmüş ailələrin Zəngidərə çayının (Pirsaat çayının qolu) dərəsində məskunlaşması nəticəsində yaranmışdır. Oykonim dərə (çökək) və kənd (yaşayış məntəqəsi) komponentlərindən düzəlib, "dərədə yerləşən kənd" deməkdir.[2]
Tarixi
Kəndin XIX əsrdə salınması haqqında məlumat var.
Əhalisi
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 426 nəfər əhali yaşayır.[3]
İstinadlar
- "Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi. Azərbaycan Respublikasının Dövlət Standartı. İnzibati ərazi bölgüsü təsnifatı — 2019. Bakı: 2020, səh. 70" (PDF). 2022-01-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-05-02.
- Dərəkənd (Qobustan) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
- Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Həmçinin bax
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.