Dərə (Basarkeçər)
Dərə — Ermənistan Respublikasının Geğarkunik vilayətinin Vardenis bələdiyyəsində kənd. Vaxtilə İrəvan quberniyasının Yeni Bəyazid qəzasına, sonralar isə Basarkeçər rayonuna daxil olmuşdur. Dəniz səviyyəsindən təqribən 1980 m hündürlükdə yerləşir.
Dərə | |
---|---|
40°22′ şm. e. 45°34′ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.976 ± 1 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
|
Etimologiyası
Kəndin ərazisi vaxtilə Səmədağaya mənsub olmuş və burada salınan kənd "Səmədağa dərəsi" adlandırılmışdır. Sovet hakimiyyəti dövründə kəndin adındakı birinci komponent "Səmədağa" ixtisar edilmiş və kənd Dərə kəndi kimi rəsmi sənədlərdə sabitləşmişdir.
Toponim Azərbaycan dilində "iki dağ arasında, eləcə də düzənlikdə uzun dərin çuxur" mənasında işlənən "dərə" sözü əsasında yaranmışdır. Kənd dərədə yerləşdiyi üçün Dərə kəndi adlandırılmışdır. Orotoponimdir. Quruluşca sadə toponimdir.
Ermənistan prezidentinin 3 aprel 1991-ci il fərmanı ilə kəndin adı dəyişdirilərək "Daranak" adlandırılmışdır.
Əhalisi
1918–1920-ci illər hadisəsi ilə bağlı Yeni Bayazid qəzasına daxil olan Kəvər bölgəsindəki Ağzıbir, Hacı Muxan, Ağqala, Əyrivəng kəndlərinin sakinləri olan azərbaycanlılar ermənilər tərəfindən qırğınlarla qovulmuşlar. Qaçqın azərbaycanlılar Göyçə gölünü keçərək Basarkeçər rayonundakı Dərə kəndinə sığınmışlar. 1988-ci ildə Ermənistan dövləti tərəfindən azərbaycanlılar qovulmuşdur. İndi ermənilər yaşayır.
Tanınmış sakinləri
- Əli Əhmədov
- Xaliq İsgəndərov