Dəniz samuru
Dəniz samuru (lat. Enhydra lutris) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin dələlər fəsiləsinin enhydra cinsinə aid heyvan növü.
Dəniz samuru | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Amorphea Ranqsız: Obazoa Ranqsız: Opisthokonta Ranqsız: Holozoa Ranqsız: Aləm: Yarımaləm: Klad: ParaHoxozoa Klad: Nephrozoa Tipüstü: Tip: Klad: Olfactores Yarımtip: İnfratip: Klad: Eugnathostomata Klad: Teleostomi Klad: Euteleostomi Klad: Klad: Rhipidistia Klad: Tetrapodomorpha Klad: Eotetrapodiformes Klad: Elpistostegalia Klad: Stegocephalia Sinifüstü: Klad: Reptiliomorpha Klad: Amniota Sinif: Klad: Theriimorpha Klad: Theriiformes Klad: Trechnotheria Klad: Cladotheria Klad: Prototribosphenida Klad: Zatheria Klad: Tribosphenida Yarımsinif: Klad: İnfrasinif: Maqndəstə: Boreoeutheria Dəstəüstü: Klad: Scrotifera Qranddəstə: Ferungulata Mirdəstə: Klad: Pan-Carnivora Klad: Carnivoramorpha Klad: Dəstə: Yarımdəstə: İnfradəstə: Arctoidea Fəsiləüstü: Musteloidea Fəsilə: Yarımfəsilə: Cins: Enhydra Növ: Dəniz samuru |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Dəniz samurları dəniz mühitinə uyğunlaşan, üstəlik silahdan istifadə etməyi bacaran, primat olmayan nadir və unikal canlılardan biridir.[3] Dəniz samurları Sakit okeanın Rusiya, Yaponiya, ABŞ və Kanada kimi ölkələrin sahil ərazilərində yayılmışlar. XVIII–XIX əsrlərdə dəniz samurları qiymətli xəzlərinə görə kütləvi ovlanmaya məruz qalmışdır. Nəticədə sayları olduqca azalmış və nəsli kəsilmək həddinə çatmışdır. Dəniz samurları SSRİ qırmızı kitabına daxil edilmişdir. Eynilə bu canlıların yayıldığı digər ölkələrdə də onlar qırmızı kitaba əlavə edilib. 2009-cu il məlumatına görə dünyanın hər yerində bu canlıların ovuna qadağa qoyulmuşdur. Onların ovlanmasına bircə Alyaskanın köklü əhalisi olan aleutlara icazə verilir. Buna səbəb isə bir istisna olaraq xalq sənayesi və qida rasionunun qorunmasıdır.[4]
Tarixi araşdırılması
Dəniz samurları haqqında ilk məlumat 1751-ci ildə Qeorq Vilhem Steller tərəfindən verilmiş və dəniz canlısı təsvir edilmişdir. O, Vitus Berinqin rəhbərlik etdiyi İkinci Kamçatka ekspedisiyasında iştirak etmişdir. Ekspedisiya Komandor adaları yaxınlığından keçərkən qəzaya uğrayır. Bu səbəbdən ekspedisiya üzləri 1741–1742-ci ilin qışını bu arxipelaqa daxil olan Berinq adası adasında qışlamalı olur. Dəniz canlıları ilə qidalanma sayəsində ekspedisiya üzvlərinin bir qismi sağ qalmışdır (ekpedisiyada 78 nəfər iştirak etmiş və yalnız onlardan 47 nəfər sağ qalmışdır. Ekpedisiyanın rəhbəri olan Vitus Berinqdə burada canını tapşırmışdır). Steller ekspedisiyanın naturalisti olmuş və daima qeydlər etmişdir. Onun ölümündən 10 il sonra İmperator Elmlər Akademiyası onun əməyini De Bestiis Marinis adı ilə çap etdirir. Burada adalarda yaşayan canlıların xüsusi ilə dəniz samurunun aydın təsviri verilir.[5] XVIII əsrə aid mənbələr XX əsrin 30-cu illərində qədər əsas olaraq qalırdı. Səbəb isə 200 il müddətində bu canlıların araşdırılması ilə heç kəsin məşğul olmaması idi.[6]
1751-ci ildə Stellerin təsviri və Avropaya gətirilən dəniz samurlarının xəzləri, sümükləri əsasında onların təsnifatını verməyə çalışırdılar. Dəniz samurlarının unikal morfoloji xüsusiyyətləri səbəbindən onların təsnifatı dəfələrlə dəyişdirilmişdir. Stellerin özü və onun izini təqib edən İohann Xristian Erksleben (lat. Lutra)[5][7] onları susamuru cinsinə daxil etmişdir. Karl Linney dəniz samurlarını lat. Mustela[8] cinsinə daxil edir. Peter Simon Pallas isə bu canlıları suiti cinsinə Phoca[9] daxil etmişdir. Nəhayət XIX əsrin ortaları dəniz samurları müstəqil bir cinsə daxil edilir lat. Enhydra (cinsin adı şotland naturalisti Con Fleminq tərəfindən 1822-ci ildə[10] verilir). Ancaq elmi cəmiyyət məqsədyönlü şəkildə cinsi susamurlarına aid bir alt fəsiləyə daxil etmişdir (lat. Lutrinae) və bu XX əsrin ortalarına qədər davam etmişdir. Günümüzdə bu cins Enhydra susamurları yarımfəsiləsinə daxildir. Təsnifatla bağlı son fikir susamurlarının miosen və pliosen dövrlərində yaşamış lat. Potamotherium dubia, lat. Aonyx hessica və lat. Enhydra reevei növlərinə aid qalıqlarının araşdırılması ilə əldə edilmişdir. Belə ki, susamurları yarımfəsiləsinə daxil canlılarla dəniz samurlarının ümumi quruluşa malik olması bu fikrin təsdiqlənməsinə imkan vermişdir.[11][12]
Dəniz samurlarının unikallığı, paleontoloji məlumatların azlığı, uzun sürən araşdırma və təsnifatı ilə bağlı debatların nəticəsi olaraq çoxlu sayda latın adlarının yaranmasına səbəb olur:
Dəniz samurunun latınca adları
Latın adları | Mənası | Araşdıırmaçının adı, il |
---|---|---|
Lutra marina | "Dəniz samuru" | Qeorq Vilhem Steller, 1751[5]; Erxleben, 1777[7] |
Mustela lutris | "Kunis samuru" | Linnaeus, 1758[8] |
Lutra gracilis | "Şux samur" | Bechstein, 1800 |
Phoca lutris | "Samur suitisi" | Pallas, 1811–1831[9] |
Pusa orientalis | "Şərq nerpası" | Oken, 1816[13] |
Enhydra Stelleri | Fleming, 1822[10] | |
Latax lutris | Gloger, 1827[14]; Stejneger, 1898[15] | |
Lutra Stelleri | "Steller samuru" | Lesson, 1827[16] |
Enhydris lutris | Lichtenstein, 1827[17] | |
Engydris marina | Brandt, 1880 | |
Enhydra lutris | Hazırda qəbul olunmuş ad |
Müasir təsnifat
Dəniz samurları dələkimilər fəsiləsinin ən iri nümayəndələridirlər.[18][19] Yarımsu həyatı sürən canlıdır. Bu canlılar unikal morfoloji xüsusiyyətlərə malikdir. Onlar duzlu dəniz suyuna uyğunlaşmışlar. lat. Enhydra cinsinə daxil olan yeganə növdür. Bu canlılar suitilər, morjlar, dəniz şirləri və s. kimi dəniz məməliləri arasında ən kiçiyidir. Ancaq ölçülər baxımından onlardan Delfinlərə aid olan Kommerson delfini və Cənubi Amerikada yayılmış, olduqca az öyrənilən və nadir sayılan pişik susamuru (lat. Lontra felina) geri qalır.
Dələkimilər fəsiləsində susamuru ilə birlikdə alt fəsiləyə daxil edilirlər Lutrinae. Buna səbəb kimi isə onların adi susamuru və Asiya dırnaqsız susamuru ilə eyni kökə malik olmasıdır. Belə ki, onlarda daxil olduqları alt fəsilədə dəniz samurları kimi müstəqil cinsə aid edilirlər. Dəniz samurlarının Avrasiyada yayılmış əcdadı nəsli kəsilmiş növ olan Potamotherium valletoni olması düşünülürdü. Onların miosen dövründə yaşaması ehtimal edilirdi.[6][12] Ancaq son araşdırmalar göstərki Potamotherium valletoni növü sadəcə bir keçid növ olmuşdur. Bu canlı lat. Lutrinae alt fəsiləsinə daxil canlıların ümumi əcdadı sayılır və erkən miosen dönəmində yaşaması ehtimal edilir.[20] Belə düşünülür ki, Lutrinae dəniz samurlarının əcdadları Avrasiyadan dünyanın digər ərazilərinə orta pleystosen dönəmində köç etmişlər.
Dəniz samurlarının diploid dəstinə görə 38 xromosona sahibdirlər.[21]
Yarımnövləri
Hazırda dəniz samurlarının ümumi qəbul edilmiş üç yarımnövü vardır:
Yarımnövlər | Qeydə almış alimlər | Adı | Yayılma arealı | Sinonimləri |
---|---|---|---|---|
E. l. lutris | Linnaeus, 1758 | Dəniz samuru[22] Asiya dəniz samuru[22] |
Əsasən Kuril adaları, Komandor adaları və Kamçatka yarımadasının şərq sahillərində yayılmışlar[22] | gracilis (Bechstein, 1800) kamtschatica (Dybowski, 1922) |
E. l. nereis
|
Merriam, 1904[23] | Cənub dəniz samuru[22] |
Kaliforniyanın mərkəzi sahillərində yayılmışdır. | |
E. l. kenyoni[25][26]
|
Wilson, 1991 | Şimal dəniz samuru |
Alyaska, Sakit okeanın şimal-şərq və şimal sahilləri, Aleut adalarından Britaniya Kolumbiyası, Vaşlnqton, Oreqonun şimal-qərbi | |
Keçmişdə bəzi araşdırmaçılar adi dəniz samurları ilə Komandor adaları sahillərində yayılmış susamurları "kamçatka dəniz samurlarına" ayırmağı təklif edirdilər. İkinci yarımnövün nümayəndələri Kuril adaları və Kamçatka yarımadası sahillərində yayılmışdır. Hətta Kamçatka dəniz samurları üçün iki latın adı düşünülürdü: lat. Enhydra lutris gracilis (Bechstein 1799) və lat. Enhydra lutris kamtschatica (Dybowski, 1922). Üstəlik bu yarımnövün digər yarımnövlərdən fərqləri belə müəyyənləşdirilmişdi.[6][27] Bununla belə yarımnövün müəyyənləşdirilməsi ilə bağlı bu qədər işlərin görülməsinə baxmayaraq yalnız üç yarımnöv qəbul edilmişdir.[28] Dəniz samurları ilə bağlı bağlı yaranan yanlış fikirlər onunla izah edilir ki, uzun illər ərzində SSRİ alimləri tərəfindən dəniz samurları hazırda Rusiyanın ucqar şərq hissəsində yayılmış arealı, qərb alimləri isə Kanada, Kaliforniya, Alyaska və Aleut adaları ərazisində yayılmış dəniz samurlarının tətqiqatı ilə məşğul olmuşlar. Ancaq hazırda bu işlə dünyanın bir çox ölkələrinin alimləri müştərək şəkildə fəaliyyət göstərdiyindən xüsusən adi dəniz samurları ilə şimal dəniz samurları arasında olan təbii sərhədin müəyyənləşməsi asanlaşmışdır. Bu sərhəd ABŞ və Rusiya arasında olan dövlət sərhədi ilə eynilik təşkil edir. Belə düşünülür ki, Komandor adalarında aparılacaq araşdırmalar bu məsələyə işıq salacaqdır.
Dəniz samurlarına qoyulan adlar
Bəzi mənbələrdə dəniz samurları "kalan" olaraq adlandırılır. Bu söz koryak mənşəli olub (kolaxa) "yırtıcı" mənasını verir. Bu rus sözü əsasən keçmişdə və müəyyən dövr ərzində beynəlilən söz olmuşdur. Buna qədər isə "kamçatka samuru" və ya "dəniz samuru" olaraq keçərli idi. Hətta şimal rayonlarında onlar yaş kateqoriyalarına görə müxtəlif cür adlandırılırdı. Belə ki, yeni doğulmuş balalardan 6 aylarına qədər dəniz samurları "medvedka", bir illiklər isə "koşlak" adlandırılırdı. Dəniz samurlarının yayıldığı ərazilərdə yaşayan xalqların hər birinin dilində müxtəlif adlarla adlandırılırlar: Aleut adalarında "çnatox", itelmen dilində "keykoç" və "kakku", Kuril adalarında "kayku", Aynu dili "traçka" və yapon dili "rakko" (yap. 猟虎).[6]
Rus-Amerika şirkəti dəniz samurlarının ovlanması təsərrüfatını XVIII—XIX əsrlərdə Kamçatkada yerləşən rus köçünləri hesabına həyata keçirirdi. Rus dilində işlənən "kalan" sözü bu minvalla ingilis dilinə (ing. kalan) keçmişdir. Ancaq bu termin XIX əsrin[29][30] sonlarına qədər işlədilir. Hazırda ingilis dilli və Avropa mənbələrində bu canlıların adı "dəniz samuru" (ing. sea otter) olaraq keçərlidir.
Təsviri
Ölçüləri, ömür müddəti
Dəniz samurları nisbətən iri canlılardır: onun uzunluğu 1,5 metr, çəkisi 45 kq olur. Erkəklər bir qayda olaraq dişilərdən iridir. Erkəklər dişilərdən çəki baxımından 35 %, uzunluq baxımından isə 10 % üstün olur. Yetkin erkəklər 22–45 kq arası çəkiyə, 120–150 sm arası uzunluğa malikdirlər. Kaliforniya dəniz samurunun yetkin dişisi 14–36 kq çəkiyə və 100–140 sm[31][32] uzunluğa malik olur. Susamurları yarım fəsiləsinıə daxil olan ən böyük növlərdən biridir. Açıq dənizlərdə yaşayan dəniz samurları uzunluq baxımından nəhəng su samurlarına çata bilməsə də çəki baxımından oları ötür.
Yeni doğulan babaların çəkisi 1,5 kq, uzunluğu isə 50 sm (quyruğu ilə birlikdə) olur. Yarım illik canlı artıq ("koşlak") 110–115 sm uzunluğa və 11 kq[31] çəkiyə sahiblənir. Yetkin dəniz samurlarının ölçülərinə artıq üç yaşında malik olurlar. Dəniz samurları ortalama 9–11 il, nadir hallarda isə 23 il yaşaya bilirlər. Zoopark şəraitində bir çox hallarda 20 il yaşaya bilirlər.[32]
Bədən quruluşu
Baş və bədən quruluşuna görə adi susamuruna bənzəyirlər. Ancaq dəniz samurları daha uzun və iri bədən quruluşu ilə silindrik formaya malik olur. Boğazı olduqca qısa olub kökdür. Başı yumrudur. Kiçik qulaqlara və zun bığcıqlara sahibdirlər. Xəzi sanki geyinilmiş kisəni xatırladır.
Baş
Dəniz samurlarının başı yumru olub iri buruna sahibdirlər. Yuxarı dodağı olduqca inkişaf etmişdir. Böyüdükcə başlarının rəngində dəyişiklik baş verir. Belə ki, yetkin fərdlərin başının rəngi boz və ya demək olar ki tam ağ rəngə çalır. Bığcıqları bu canlılar üçün olduqca əhəmiyyətli orqanlar hesab edilir. Bığcıqlar əsasən dodağın üzərində və gözün alt nahiyələrində rast gəlinir. Əsasən ağ rəngdə olurlar. Üst dodaq üzərində olan bığcıqlar 50–70 mm, göz altında olanlar isə 30 mm[31] olur. Göz qapaqları hər zaman tünd-boz rəngdə olur. Çənələri olduqca güclüdür. Güclü əzələyə sahib olduğundan bərk qidanın dişlənməsi və gəmirilməsi baxımından çətinlik çəkmir. Baş beyin yaxşı inkişaf etmişdir. Serebral boşluğun inkişaf indeksi 5,80-dir (susamurunda isə 4,63).[33]
Burun | Qulaq | |
Göz | Ağız və dişlər | |
- Burun tükdən azad və qara rəngdə olur. Suyun dibinə enərkən burun dəlikləri qapanır və su buruna daxil ola bilmir.[6]
- Qulaq seyvanı görünüş baxımından qulaqlı suitiləri (lat. Otariidae) xatırladır. Suyun dibinə daxil olan canlının qulaq seyvanı qapanır bununla da su qulağa daxil olmur.[6]
- Gözləri elə də böyük olmur. Bir qayda olaraq cavan fərdlərin gözləri parlaq-boz, yetkinlərin isə qara-qəhvəyi rəngdə olur. Yarım su həyatı keçirən məməlilər arasında buna ən yaxşı vərdiş etmiş canlılardır. Bu canlılar emmetopik görmə qabiliyyətinə malikdir. Belə ki, onlar həm su altında həm də su üzərində eyni səviyyədə görə bilirlər. Bununla belə onlar diqqət mərkəzindən aşağı hissədə yerləşən predmentləri daha yaxşı görürlər. Bu isə onların daha çox quruda yaşayan dələkimilərlərə[31] bənzədir.
- Diş quruluşları baxımından onları dələkimilər və yırtıcı məməlilərə bənzətmək mümkün deyildir. Dəniz samurlarında cəmi iki cüt aşağı kəsici diş[28] (diş formulu: ) olur. Bu baxımdan onlar pərayaqlılara bənzəyir .[6] Dəniz samurları dişləri ilə birlikdə doğulur. Yeni doğulan balaların 26 dişi olur: . Yetkin dəniz samurlarının tam diş formulu: .[31] Bununla belə bəzən dişlərin sayı otuz dördə çatır.[5]
Ətraflar və quyruq
Ön ətraflar olduqca qısadır. Ön ətrafların sonucu it pəncəsini xatırladır. Əllərində barmaqlar və yastıqcıqlar yoxdur. Əllər bütöv bir uzun lövhəni xatırladır və qara rəngdə olur. Ön ətrafların dırnaqları 10 mm çatır. Yetkin fərdlərdə dırnaqlar küt, cavan fərdlərdə iti və aşağı əyilmiş formaya malikdir. Ön ətrafların pəncələrində olan döşəkçiklər bu canlılar üçün vacib orqandır.
Arxa ətraflar güclü şəkildə arxaya əyilir. Barmaqlar ona əl falanqası ilə birləşir. Bu isə arxa ətraflara pər xüsusiyyəti verir. Ayaqlarında yerləşən arxa barmaqlar ən uzun olanlardır. İçəri doğru isə digər barmaqlar qısalır. Barmaqların bu cür uzunluğu digər məməlilərdən fərqlənir. Belə ki, bu canlılarda çöcələ barmaq digər barmaqlardan böyük olur. Arxa ətraflarda olan dırnaqlar 12 mm çatır. Yaşlı fərdlərdə dırnaqlar güclü şəkildə yeyilmiş olur.[6]
Dəniz samurunun ön ətrafı (solda) arxa ətrafı (sağda). |
Dəniz samurlarında quyruq olduqca kiçik, şişman və əzələlidir. Onun uzunluğu 30–36 sm, eni 6–7 sm, qalınlığı 4–5 sm təşkil edir. Onlar quyruqlarını sükan kimi istifadə edirlər.
Skelet
Bu canlıların Skeleti onların elastikliklərinin təmin olumasına uyğun formalaşmışdır. Onurğa 50–51 fəqərədən ibarətdir. Bunun 7-si boyun, 14-ü döş, 6 bel, 3 oma sümüyü və 20–21 quyruq fəqərələrini təşkil edir. Bel fəqərələri istiqamətlənmiş formaya malikdir ki, bunlar canlıya elastiklik gətirir. Sinə qəfəsi 14 cüt qabırğadan ibarətdir. On cüt qabırğa sinə hissədə sıx şəkildə birləşir. Yaxşı inkişaf etmiş çanaq güclüdür, böyük çanaq sümüyü qalın, kiçik çanaq sümüyü isə olduqca nazikdir. Əl sümükləri yastıdır. Ümumilikdə götürdükdə bu növ samurların sümükləri susamurunun sümüklərinə nisbətdə daha geniş olur. Bəzən bu canlıların sümükləri müəyyən müddətdən sonra tədricən ağ-bənövşəyi rəng alır. Bu isə onların qida rasionunda dəniz kirpilərinin çox olması ilə izah edilir.[6]
Dəniz samurlarının kəlləsi qısalmış quruluşa malik olaraq, ön hissədən kəsilmiş formadadır. Alt çənə isə güclü və uzundur. Burun dəliklərində yerləşən qığırdaqlar olduqca geniş və mürəkkəb quruluşa sahibdir. Bu isə onların üzərkən nəfəs almaları ilə əlaqədardır.[33]
Daxili orqanlar
Bu canlıların daxili orqanları onların həyat tərzinə uyğun şəkildə formalaşmışdır. Bir çox orqanlar digər məməlilərə nisbətdə (bədənin çəkisinə olan nisbəti) böyükdür. Mədələri olduqca böyük olub və divarlarında çoxlu sayda ehtiyat yerlərə sahibdir. Bağırsaqlar olduqca uzundur və bədənin uzunluğunu 10 dəfə üstələyir. Mədə-bağırsaq traktatının çəkisi ümumi bədən çəkisinin 15,5 % təşkil edir. Qaraciyər 5–6 qatdan ibarət olur və öd kisəsi ilə təmin olunmuşdur. Bu orqan bədən çəkisinin 8 % təşkil edir. Mədəaltı vəzi böyük və bir neçə qatdan ibarətdir. Həzm sistemi orqanları ətyeyənlərdən[31] daha çox hər şey yeyənlərə bənzəyir. Dəniz samurunun böyrəkləri də həmçinin iri olur (ümumi bədən kütləsinin 2,8 %). Onların stukturu samurlara dəniz suyunu[29] içməyə imkan yaradır. Dəniz samurlarının ağciyərləri pərayaqlılar sinfinə daxil olan heyvanlardakından 2–4 dəfə iridir. Bu isə onların suyun daha dərinliklərinə üzməyə və su altında daha çox qalmağa imkan yaradır (Arximed qanununa əsasən). Ağciyərlər daha çox havanı saxlamağa imkan verir. Ağciyərlər ümumi kütlənin 6 % bərabər olur. Ancaq digər bir çox canlılardan fərqli olaraq diafraqma pərdəsi elə quruluşa sahibdir ki, canlının döş qəfəsinin axra hissəsi də genişlənə bilir. Ürək adi quruluşdadır (ümumi çəkinin 1 %). Güclü ürək mədəciyinə sahib olsa da, sidik kisəsi elə də böyük deyildir. Dəniz samurlarında ərazini müəyyənləşdirmək və ya etiketləmək üçün hazırlanmış tər vəzləri yoxdur.
Struktur
Dəniz samurlarının xəzi olduqca sıxdır. Onun sıxlığı hər sm² 45 min tük düşür.[34][35] Xəz bir hava qatının mövcudluğunu təmin edir və heyvanı soyuqdan qoruyur.[31] Samurlar digər dəniz məməlilərindən fərli olaraq (məsələn: Suitilər və Balinakimilər) dəri altı piy qatına sahib deyillər. Bu səbəbdən onlar ancaq xəzin hesabına temperaturu sabit saxlaya bilirlər.[34] Xəz canlının bədəninə sərbəst şəkildə oturur. Üstəlik xəzin bədənə oturuşu sayəsində müəyyən boşluqlar əmələ gəlir. Samurun qolları altında olan bu boşluqlar sayəsində canlı üzərkən ovladığı şikarı saxlaya bilir.
Dəniz samurunun kürkü lələkvari (ümumi sayının 1% -dən az) və sıx astar tüklərdən ibarətdir. Samurlar hər zaman xəzlərinin təmizliyinə diqqət yetirir. Bu isə onların quru qalmasını təmin edir.[36] Bu canlılarda dəri altında böyük miqdarda skvalen ifraz edən piy vəzləri vardır ki, onlarda xəzin su keçirməzliyini təmin edir. Lələkvari tüklər düz olur. Onlar 15 – 45 mm uzunluğa, 40–175 mk qalınlığa sahibdirlər. Sıx astar tüklər qısa olur. Əsasən 8 – 30 mm uzunluğa, 5–19 mk[31] qalınlığa sahibdir.
Kürkün sıxlığı yaz və qışda bir qədər dəyişir, lakin dəniz samurları parlaq tük tökmə dövrü keçirmirlər. Tük dəyişdirilməsi bütün il boyu həyata keçirilir. Yaz-yay mövsümündə sadəcə bir az intensivlik artır. Bundan əlavə bu canlıların qarın nahiyyəsində tük örtüyü bədənin digər hissələrinə nisbətdə daha sıx olur. Bunu daha çox cavan fərdlərdə müşahidə etmək olar. Bu isə onların yaşlı fərdlərdən fərqli olaraq su altı daşlara az sürtünməsi ilə əlaqədardır. Dişi fərdlərin xəzi erkəklərdən azda olsa yumşaqlığın görə seçilir.[6]
Heyvanın xəzi müstəsna sıxlığa sahib olmasından dolayı xəz geyimlərinin istehsalı üçün çox yüksək qiymətləndirilmişdir. Bu isə öz növbəsində XVIII–XIX əsrlərdə bu canlıların kütləvi ovuna yol açmışdır.
Rəngi
Dəniz samurlarına məxsus tünd qonur fərdlər arasında kürən çalarlardan tutmuş qara çalara qədər rənglər müşahidə edilir. Ancaq yaşdan asılı olaraq bədənin bəzi hissələri ağarır. Xüsusən baş nahiyə bu baxımdan seçilir. Nadir hallarda bütünlüklə ağ rəngdə olan albinoslar müşahidə edilir.[5][27] Bəzi fərdlər isə tam olaraq qara rəngdə olur.[31] Ümumi olaraq isə yaş artdıqca bədəndə bütünlüklə ağarma müşahidə edilmir. Bədən əsasən yaş artdıqca kürən ləpələrdən tutmuş qara olmaqla tündləşmə artır. Alimlər cinsindən asılı olaraq rəng fərqi müşahidə etməmişlər. Adi dəniz samuru yarım cinsində yay ayları günəşin təsiri ilə xəzin kürənləşməsi müşahidə etmişlər.
Yayılması
Tarixi areal
XVIII–XIX əsr səyyahlarının[5][27][37][38] səfərlərindən əldə edilən məlumatlara əsasən araşdırmaçılar dəniz samurlarının Şimali sakit okean sahilləri boyunca yayıldığını ehtimal edirlər: Aşağı Kaliforniyanın şimalından tutmuş (təxmini 27° ş. e.) ABŞ və Kanadanın qərb sahilləri boyunca, buradan isə 60° ş. e başlayaraq Alyaskanın cənub sahillərindən Aleut və Komandor adalarının zəncirvari xətti boyunca Kamçatka sahillərinə, buradan isə yarımadanın şərq sahilləri boyunca Kuril adaları ilə Yaponiyanın şimalında yerləşən Honşu adasına qədər (təqribi 40° ş. e.).[6][39]
Dəniz samurlarının yayıldığı tarixi arealda bir çox coğrafi obyektlər onların say baxımdan çox olması əlaqədar adlandırılmışdır. Məsələn: Kamçatka sahillərində yerləşən Kronos körfəzi əvvəllər "Qunduz dənizi", Kamçatka çayı isə "Kalanka" adlanırdı. Mednı adası ətrafında yerləşən rif "Qunduz dirəkləri" adlanır. Kuril adalarına daxil olan iri adalardan biri olan Urup adasının yaponca əvvəlki adı "Rakkoshima" olmuşdur ki, bu isə "dəniz samuru adası"[6] mənasını verir. Dəniz samurlarının mütləvi ovu XVIII əsrin ortalarından XX əsrin əvvəllərinə kimi davam etmişdir. Nəticədə geniş zolaq şəklində uzanan areal talalar şəklində olan kiçik sahələrlə əvəzlənir. Üstəlik bu o ərazilər olur ki, həmin ərazilərə insan gəlişi olduqca çətin idi. Hesablamalara görə kütləvi ov dönəminin başlamasına qədər dünyada sayları bir necə yüz mindən 1 milyon arasında dəyişdiyi təqdirdə XX əsrin əvvəllərində sayları cəmi 2000 baş olaraq qiymətləndirilirdi.[32][40]
Çağdaş areal
Hazırda dəniz samurlarının sayı ovuna qoyulan qadağa ilə əlaqədar olaraq XX əsrin əvvələri ilə müqayisədə artmışdır. Üstəlik 1950–60-cı illərdə SSRİ, ABŞ və Kanadada dəniz samurlarının əvvəlki arealına qaytarılması layihələri işlənmişdir. Bu görülən tədbirlər tam məqsədinə çatmamışdır, yalnız müəyyən ərazilərdə uğurlar əldə edilmişdir. Hazırda da arealın tam bərpası baş verməmişdir. Bununla belə dəniz samurları əsasən Uzaq Şərqdə, Alyaska və Kaliforniya sahillərində öz mövcudluğunu saxlayır. 2006-cı il məlumatına görə Rusiyada 15 min, Alyaska, Britaniya Kolumbiyası və Vaşinqton ştatı ərazisində 70 min, Kaliforniya sahillərində 2,5 min baş samur müşahidə edilmişdir. Yaponiya sahillərində isə onlarla samurun müşahidəsi olmuşdur.[39][41] Bununla da dəniz samurlarının dünyada sayının 88 min olmasını demək olar ki, bu da XVIII əsrin əvvəllərinə nisbətdə 20 %-dən də azdır.
Dəniz samurlarının qapalı şəraitdə saxlanılması
XX əsrin əvvələrindən SSRİ tərəfindən dəniz samurlarının qapalı şəraitdə saxlanmasına cəhd göstərilmişdir. Hədəf isə onların qiymətli dərilərinin əldə edilməsi olmuşdur. İlk illərdə aparılan cəhdlər nəticəsiz olur. Səbəb isə qida rasionunun pozulması, təmiz şəraitdə saxlanılmamaq və s. Bu isə öz növbəsində müxtəlif xəstəliklərin yaranmasına səbəb olmuşdur — müstəlif infeksiyalardan tutmuş sətəlcəmə qədər.[6]
XX əsrin 40-cı illərində nəhayət alimlər dəniz suyu təmizliyini təmin etməklə yanaşı həm də düzgün qida rasionunu tərtib etməklə məqsədə çatırlar.[42][43] 1938–1941-ci illərdə bu tip volyerlərdə bir necə samur sağ qalır. Ancaq Böyük Vətən müharibəsinin başlaması ilə bu volyerlər ləğv edilir və dəniz samurları isə təbiətə buraxılır. Bununla məlum olur ki, qapalı şəraitdə dəniz samurlarının saxlanılması üçün kifayət qədər vəsait və çoxlu vaxt lazım gəlir. Bu isə onlara sərf olunanların ödənilməsini mümkünsüz edir. Hazırda dəniz samurları qapalı şəraitdə ancaq təcrübə məqsədi ilə və Zooparklarda (akvarium) saxlanılır. Onlar əsasən Avropa, Şimali Amerika və Yaponiyaın zoorparklarında saxlanılır. Onları Sietl, Çikaqo, Vankuver, Nyuport, Monterey, Nyu-York, Lissabon, Osaka, Antverpen və digər şəhərlərin zooparklarında müşahidə etmək mümkündür.
Davranışı
Həyat tərzi
Dəniz samurları əsasən gündüz həyatı sürür. Günlərinin isə böyük qismini suda keçirirlər. Böyük ehtimal ki, dəniz samurları XVIII əsrdə kütləvi ovlanmağa məruz qalmamışdan öncə sahilə daha tez-tez baş çəkirdilər nəyinki indi. İnsanın əli çatmayan bölgələrdə bu gün də samurlar sahilə tez-tez baş çəkirlər. Mednı adasında yayılmış samurlar gecəni sahildən 10–15 m aralıda keçirirlər. Bu həmcinin fırtınalı günlərdə də müşahidə edilir. Səbəb isə onların fırtınaya tab gətirə bilməməsidir. Şimali dəniz samurlarının dişiləri bir qayda olaraq sahildən bir az aralıda və ya su səthinə çıxmış qayaların üzərində balalayırlar. Digər tərəfdən insanların gur yaşadığı ərazilərdə dəniz samurları nadir hallarda sudan çıxırlar. Bu canlılar suyun üzərində asanlıqla yata bilirlər. Buna səbəb onların ağ ciyərlərinin yastı formaya malik olmasıdır. Ağciyərlərini hava ilə dolduran canlı suyun üzərində sərbəst şəkildə qala bilir. Belə desək su mühiti dəniz samurları üçün daha təbii və təhlükəsizdir. Onların bədən quruluşu daha çox suya uyğunlaşmışdır nəyinki quruya. Onlar qidalarını da suda əldə edirlər. Sakit havada onlar sahildən 25 km məsafəyə qədər aralana bilirlər. Fırtınalar zamanı isə dayazlıqlara üz tuturlar. Dəniz samurlarının təcrübə məqsədi ilə tutan alimlər, onların dənizə olan yolunda maneə olduqda geri qayıtdıqları müddətcə böyük pisixoloji travma aldıqlarını müəyyən etmişlər.[31] Dəniz samurları nadir hallarda qurunun 15–20 metr dərinliyinə gedirlər.
Dəniz samurları — istər öz fərdlərinə istərsə digər heyvanlara qarşı olduqca mülayim münasibət bəsləyirlər. Bircə öz qida rasionuna daxil olan canlılar istisnadır. Hətta Şimal dəniz şiri, suiti və digər qulaqlı suitilərə daxil canlılarla sakit şəkildə qonşuluq edirlər. Bəzən hətta bir yatağı paylaşırlar.[6] Bu canlılar arasında münaqişələr nadir hallarda olur. Münaqişə əsasən erkəklərin əraziyə sahib olması uğrunda gedir və simbolik xarakter daşıyır. İlk əvvəllər dəniz samurları insanlara qarşı dostcasına və inamlı şəkildə yanaşırdılar. Bu isə onların kütləvi asan ova çevrilməsinə səbəb olurdu. XVIII–XIX əsrlərdə insan dəniz samurlarına yaxınlaşarkən sahildə dururdu, bu isə onlar da heç bir təşviş yaratmırdı.[5][29] Dəniz samurlarının sülh sevərliyi alimlərin fikrinə görə onunla əlaqədardır ki, bu canlıların kiçik bir zədə alması böyük fəsadlara səbəb olur. Xəzlərinin zədələnməsi isə bu canlıların ölümünə belə gətirib çıxara bilir.[31]
Dəniz samurları bəzən tənha yaşayırlar. Ancaq qrup bir növ adətdir. Bununla belə bu qruplarda tabelilik xüsusiyyəti yoxdur. Ancaq əvvəllər araşdırmaçılar bunun əksini iddia edirdilər.[5] Hazırda alimlər onun üzərində dayanırlar ki, quruplarda başçılar yoxdur.[31] Bəzən istənilən fərd qrupu tərk edir və ya digər qrupa daxil olur. Maraqlı cəhət isə onların digər məməli növlərindən fərqli olaraq qrupa daxil olanları xoş münasibətlə qarşılamalarıdır. Bu qruplar bir qayda olaraq erkəklər, tənha dişilər və balalı dişilərdən ibarət olurlar. Bu qrupların hərəkətində sistemlik müşahidə edilmir. Gün ərzində samurlar 5,5 km² ərazidə üzürlər. Ayrı fərdlər isə nadir hallarda gün ərzində 2 km məsafədən uzağa üzür. Dəniz samurları arasında mövsümü miqrasiya mövcud deyildir.[29][31] Əraziyə sahib erməklərdən fərqli olaraq dişilər müəyyən əraziyə az bağlılığı ilə seçilir. Qruplar əsasən istirahət sahələrində qurulur. Bu düşərgələr bir qayda olaraq yosun cəngəlliklərində salınır. Tənha erkəklər olduqca böyük məsafə qət edə bilirlər. Onların ərazilərini işarələmələri bilinmir.
Samurların sutkalıq gündəmi 6 mərhələdən ibarətdir:[29]
- Günün çıxışı ilə onlar qida arxasınca yollanır və ovladıqları ilə qidalanırlar. Həmçinin xəzin təmizlənməsi də həyata keçirilir. Bu dövr günün 11–12 radələrinə qədər davam edir.
- İlk gündüz yuxusu (30–45 dəqiqə çəkir).
- Növbəti aktiv dövr qida arxasında suya dalışdan və xəzə qulluqdan ibarətdir. Bundan əlavə məhs bu mərhələdə samurlar müxtəlif oyunlar oynanırlar[44] (o cümlədən seksual oyunlar). Bu mərhələ günün saat 15–16 radələrində baş verir.
- İkinci dündüz yuxusu adətən bir saatdan çox davam edə bilir.
- Günün sonuncu aktiv mərhələsi digər aktiv dövlərdən fərqlənmir: qidalanma, xəzə qulluq, seksual oyunlar.
- Dərin yuxu mərhələsi günün qürübündan sübh çağına qədər davam edir. Bu dövrü samurlar quruda keçirirlər. Bununla belə bir çox fərdlər bu perioduda suda keçirir.
Dəniz samurlarınımn lələkvarı tükləri daim təmizləməsi onlarının xəzinin təmiz vəziyyətdə saxlanması üçün mütləq lazımlıdır. Bu tüklərin kirlənməsi suyun bir-başa dəriyə təmasına yol açar və bədənin soyumasına gətirib çıxarar.[34]
Ön ətraflarını birləşdirərək yatmış dəniz samurları[45] | Yosunlara bürünmüş dəniz samuru |
Belə bir fikir vardır ki, dəniz samurları ön ətrafları ilə bir-birinə bağlanaraq və ya yosunlara bürünərək suyun onları açıq dənizə aparmasını (və ya dalğaların onları sahilə atmasını)[29] əngəlləyirlər. |
Əslində dəniz samurları gündüz canlıları olsalar da, alimlər ay işığı ilə aydınlanan gecələrdə gecə həyat tərzi keçirmələrini müşahidə etmişlər. Bununla belə gecə həyat tərzi samurlar üçün nadir görülən haldır.[31]
Hərəkət
Dəniz samurlarının quruda və suda hərəkət tərzi arasında təəccüblü bir fərq var. Quruda onun hərəkətinə nəzər saldıqda elə düşünülür ki, canlıya burada hərəkət etmək olduqca çətindir. Suda isə sanki öz doğma məkanındadır. Asanlıqla üzür, sürətli və zövqlə hərəkət edir. Sanki oynayır.[5][6]
Samurlar quruda iki tərz üsulla hərəkət edirlər. Onlardan biri heyvanın sanki həvəssiz sürünməsinə bənzəyir. Bu zaman samurun qarın nahiyəsi yerə sürtünür. Bu hərəkət üsulu olduqca yavaşdır və bu üsulla heyvan torpaqda bir yarım dairə cızığı yaradır, lakin sürətli hərəkət etməyə ehtiyac duyduqda ikinci üsuldan istifadə edir. Bu zaman canlı belini yığır, arxa və ön ətraflarını bir-birinə yaxınlaşdıraraq iti sürətlə hərəkət edir. Faktiki olaraq qaçır. Dəniz samurları bu üsuldan təhlükə anında dənizə tez şəkildə qayıtmaq məqsədi ilə istifadə edirlər. Ancaq bu üsulla hərəkət heyvanı tez əldən salır. Samurlar belə üsulla bir dəqiqədən artıq hərəkət edə bilmirlər.[31]
Dəniz samurları suda özünü əmin hiss edir. Suda cəld üzürlər. Qida axtarışı zamanı onların sürəti 5–6 km/s olsa da mksimal sürət 12–16 km/s[46] bərabərdir. rahat şəkildə suyun 50 metr[39] dərinliyinə üzə bilirlər. Ancaq ehtimal edilir ki, maksimal dərinlik daha çoxdur.[47] Bir qayda olaraq bu canlılar qida arxansınca dayazlıqlara üz tuturlar. Bu zaman su altında 40 saniyə qalırlar. Ac olduqları təqdirdə və təhlükə anında dalış 5–8 dəqiqə çəkə bilir. Onlar həm sinə, həm də belləri üzərində üzə bilir. Gündüz heyvanlar suda olduqca mobildir və müntəzəm dalışlar həyata keçirirlər.
Əslində dəniz samurları üçün balıqlar əsas qida sayılmasa da, bəzən onlarla qidalanırlar. Bu əsasən yay aylarına təsadüf edir. Onlar balıq ovuna daha çox alışmış susamurundan fərqli ov strategiyasına sahibdirlər. Səbəb isə onların fərqli bədən quruluşuna sahib olmalarıdır. Dəniz samurlarının görmə strukturu digər samurlardan fərqləndirən cəhət onların düz deyil aşağı və yanlara yönəlməsidir. Bu səbəbdən dəniz samuru balığı tutmaq ərəfəsində beli üzərinə fırlanır və sürətini yavaşlatmalı olur.[31] Bu canlılar üçün balığı tutub saxlamaq heç də asan iş deyildir. Onlar bu məqsədlə həm hər iki əlini həm də dişlərini işə salmalı olurlar.
Suda olan dəniz samurları yırtıcıların gəlməsi (məsələn: qatil balina) anında bir qayda olaraq hərəkətsiz qalaraq, nəzərə çarpmamağa çalışırlar. Bu alınmadıqda isə dərhal sahilə üzürlər. Qatil balinaların bu canlıları ovlamaq üçün sahilə atılmaları belə dəfələrlə müşahidə edilmişdir.[6]
Hissiyyat orqanları
Dəniz samurları elə də yaxşı inkişaf etməmiş eşitmə və zəif qoxu bilmə xüsusiyyətlərinə sahibdirlər. Bu səbəbdən onlar daha çox görmə və hiss etmə orqanlarına arxalanırılar. Hiss etmə bu canlılarda o qədər güclüdür ki, kor olmuş fərdlər belə qidalanaraq həyatlarını sürdürə bilirlər. Bu əsasən ön pəncələrində olan döşəkçiklər hesabına olur. Onlar şikarı lamisə orqanı olan bığcıqları vastəsi ilə analiz edə bilirlər.[31] Bununla belə hissiyyat orqanları quru sahələr üçün heç də ideal deyil. Quruda onlar ancaq öz ətraflarını görə bilir. Eşitmə və hiss etmə isə quruya uyğun inkişaf etməmişdir.
Səs siqnalları
Dəniz samurları müxtəlif səslər çıxardırlar. Onların əksəriyyəti cırıltıya bənzər səslərdir. Samurlar bu səsləri bir-birlərini təhlükə haqqında xəbərdar etmək, seksual oyunlar və nəslini yetişdirərkən istifadə edirlər. Təhlükəni birdirmək üçün əsasən hırıltı və tısıltı tipli səslərdən istifadə edirlər.
Qidalanma
Dəniz samurları gündüz həyat tərzi keçirirlər. Üstəlik ömürlərinin böyük hissəsini suda keçirdiklərindən bədən temperaturunu (38 °C) sabit saxlamaq üçün çoxlu enerji sərf edirlər. Bu səbəbdən onlar bədən kütləsinin 20–25 % qədər qida qəbul etmək məcburiyyətindədirlər. Bu canlılarda maddələr mübadiləsi quruda yaşayan və eyni ölçüyə malik canlılardan 8 dəfə yüksəkdir. Bununla da samurlar tez-tez və çox yeyirlər.
Samurların qida rasionu yaşadıqları ərazidən asılı olaraq dəyişə də, dəniz kipiləri, molyusklar və yengəclər ən sevimli qidalarını təşkil edir. Bu canlılar şikar arxasınca adədən dayazlıqlara üzürlər. Ovlanmış şikarı kürklərində olan boşluqlarda (ciblərdə) saxlayırlar. Bu adətən sağ ön ətrafın altında olan boşluq olur (Sol ətrafın altında da boşluq olmasına baxmayaraq qidanı burada saxlamırlar. Müşahidələr göstərir ki, bu canlılarda solaxay olmur).[31] Samurlar ciblərində bir necə şikarı saxlaya bilir. Yemək zamanı isə beli üzərində üzərək bu ciblərdən qidanı tək-tək çıxarır və onlarla qidalanır. Vaxt aşırı samur qarın nahiyəsinə toplanmış qida qalıqlarını təmizləmək üçün suda 360°Fırlanır. Bununla belə bu hərəkəti edərkən ciblər açılmır. Bu əməliyyat xəzin təmiz qalmasını təmin edir.
Kaliforniya dəniz samurları inanılmaz bir qabiliyyətə sahibdirlər. Onlar bərk molyuskların açılması üçün daşdan (3,5 kq qədər) istifadə edirlər. Daşı qarın nahiyyəsinə qoyan samur molyusku saniyəyə üç zərbə olmaqla daşa çırpır. Bu proses istənilən nəticə əldə edilənə qədər davam etdirilir. Onlar eyni daşdan dəfələrlə istifadə edə bilərlər. Bəzən isə daş sağ qolun altında olan cibə qoyulur. Bu xüsusiyyət onları dələkimilər arasında yeganə alətdən istifadə edən növ edir. Üstəlik onlar primat olmayan və alətdən istifadə etməyi bacaran nadir canlılardandır.[3] Uzun zaman belə düşünülürdü ki, dəniz məməliləri arasında onlar silahdan istifadə edən tək canlılardır.[3] Ancaq müşahidələr zamanı məlum olmuşdur ki, afalinlər öz şikarlarını tapmaq üçün süngərlərdən[48] istifadə edirlər. Təbiətdə molyuskların sərt qabıqlarının sındırılması üçün daşlardan ancaq Kaliforniya dəniz samurları istifadə etsələr də, digər yarımnövlər bu xüsusiyyəti asanlıqla mənimsəyə bilirlər. Buna misal olaraq Vankuver zooparkında şimal dəniz samurunun 3 gün ərzində kaliforniya dəniz samuru ilə birgə yaşayışı nəticəsində, bu vərdişə yiyələnməsini göstərmək mümkün olmuşdur.[3][49] Bu canlıların mükəmməl mədə-bağırsaq sistemi onların rəngarəng qida rasionunun olmasına imkan verir. Həqiqətdir ki, aclıq çəkən dəniz samurları bəzən hətta sahil quşları və onları müşahidə edən ovçuların üzərinə hüçüm çəkirlər.[5] Onlar ölmüş heyvanların leşləri ilə qidalana bilirlər (əsasən qütb tülküləri).
Dəniz samurları dəniz suyu içirlər. Üstəlik digər dəniz məməlilərindən daha çox içmələri ilə seçilir. Ehtimal edilir ki, bu onların zülallara ehtiyac duymaları ilə əlaqədardır.
Əgər dəniz samuru iri bir dəniz canlısını ovlayıbsa (məsələn iri bir yengəci) və bir oturuşa onu yeyib bitirə bilmirsə, o zaman qidanı (qalıqlarıda həmçinin) qarnı üzərində saxlayaraq yuxuya gedir. Yuxudan ayıldıqdan sonra isə yeməyini bitirir. Dəniz samurlarının qida rasionuna ümumilikdə 40 növ dəniz canlısı daxildir — dəniz kirpiləri və yengəclər, başıayaqlılar və ilbizlər, ikitaylılar, dəniz qulağı, zirehli molyusklar, bir neçə balıq növü.[50] Xüsusilə şimal dəniz samurları kiçik osminoqlarla qidalana bilir, lakin onların başlarını yeməkdən çəkinirlər.
Çoxalma
Dəniz samurlarında çütləşmənin müəyyən bir vaxtı olmadığından balaların doğulması ilin istənilən vaxtı baş verə bilir. Bununla belə bəzi alimlər çütləşmənin bir sıra rayonlarda yazda baş verməsini qeyd edir.
Cütləşmə
Erkək samurlar yektiklik dövrünə 5–6 (ömürlərinin sonlarına qədər nəsil artırma qabiliyyətinə malik olurlar), dişilər 4, bəzənsə 2–3 yaşlarında qədəm qoyurlar. Çütlüyün görüşləri adətən şən və qıvraq keçir. Dişi və erkək bir-birinin ardınca üzür və birgə suya dalırlar. Bu proses çütləşmə anına qədər davam edir. Cütləşmə bir qayda olaraq suda baş verir. Yayılma arealı və cütləşmə formalarından asılı olmayaraq erkəklər hər zaman dişləri ilə dişinin burnundan yapışır. Çütləşmənin son anında isə dişini güclü şəkildə dişləyir. Bununla əlaqədar olaraq cütləşmə təsrübəsi çox olan dişilərin burun nahiyyəsində dərin çapıqlar olur. İstər birgə gəzindi zamanı, istərsə cütləşmə anında erkək üzüquylu olur. Dişiləri suyun altında saxlamağa cəhd göstərir (dişi adətən müqavimət göstərir). Bununla bağlı olaraq bəzi hallarda cütləşmə dişləmələr və ya suda boğulmalar səbəbindən dişi üçün ölümçül ola bilər. 2000–2003-cü illər ərzində aparılan araşdırmalar göstərmişdir ki, ölüm hallarının 11 % çütləşmə zamanı olan dişləmələrdən qaynaqlanır. Onların suiti balalarını zorlaması faktı belə məlumdur. Bu sonucda suiti balalarının ölümünə səbəb ola bilir. Bir çox hallarda samurlar suitilərin cəsədləri ilə bir neçə gün onun ölümündən sonra cütləşməyə davam etdirlər.[51] "Ailə" bu növ samurlarda poliqamdır. Yəni erkək eyni anda bir neçə dişi ilə maraqlana bilir. Erkəklər dişiləri bu ərəfədə 3–5 gün ərzində digər erkəklərdən qoruyur. Bununla belə dişilər səbəbindən erkəklər heç zaman dalaşmırlar. Məsələ hədə-qorxu səviyyəsindən oyana keçmir.
Boğazlıq dövrü və doğuş
Boğazlıq dəniz samurlarında gecikmə ilə baş verir. Embrion gizli mərhələdən keçir. Bu mərhələ 2–3 ay davam edir. Bu müddətcə embrion uşaqlıq divarına yağışmır. Bu hal məməlilərə aid 100 növdə müşahidə edilir. Boğazlıq dövrü dəniz samurlarında 6 ay davam edir (şimal populyasiyasında isə 7–8 ay).
Doğuş yarımnövlərdən asılı olaraq ya su səthinə çıxmış qayaların ya da sahildə baş tutur. 99 % olaraq dişilər bir bala doğur. Nadir hallarda isə iki balanın doğulması müşahidə edilir. Bununla belə ekiz balalardan yalnız biri sağ qalır. Balalar qəhvəyi-sarımtıl rəngə və 1,5 kq çəkiyə malik olurlar. Dəniz samurlarında digərlərinin balalarını bəsləmə xüsusiyyəti vardır. Bu səbəbdən əgər hansısa dişinin balası ölərsə o digərinin ekiz balalarından birini saxlaya bilər. Bu halda ekiz balaların hər ikisi sağ qalır.
Balaların bəslənməsi
Yeni doğulan balalar bir necə ay müddətində sərbəst yaşaya bilmədiklərindən tamamən analarından asılı olurlar. Erkəklər balaların bəslənməsində iştirak etmirlər. Onlar çütləşmədən bir necə gün sonra dişini tərk edir. Ana bir necə ay müddətində balanı qarnı üzərində saxlayır. Elə belə vəziyyətdə də onu yalayır və süd verir. Ana yalnız qidalanmaq məqsədi ilə balanı müvəqqəti ya daşların üzərinə ya da suya qoyaraq onu tərk edir. Bu zaman bala dəniz samuru həyəcanlı şəkildə müxtəlif səslər çıxararaq anasının gəlməsini gözləyir. Bala samur suda beli üzərində durur ancaq o nə üzə nə də ovlama imkanına malik olmur. Balalar analarından 5 aydan 15 aya qədər asılı olurlar (ortalama 6 ay). Dəniz samurları arasında uşaq ölümü yüksəkdir. Bir ilinə çatmadan ölən dəniz samurlarının sayı ümumi doğulanların 30 % təşkil edir.
İlk ay ərazində ana balasını ancaq südlə bəsləyir. Onların südünün tərkibi digər dələkimilərdən fərqlənir. Daha çox digər dəniz məməlilərin südünə bənzəyir. Südünün 23 % yağ, 13 % zülal və yalnız 1 % laktozadan təşkil olumuşdur. Bir müddət sonra ana artıq balanı "Böyüklərin yeməklərinə" alışdırır. Tədricən ana balanı müxtəlif ov taktikalarına, düzgün qidalanmağa və digər yeniliklərə alışdırır.
Analar balalara olduqca bağlı olurlar. Təhlükə anında ilkin olaraq balalarına qayğı göstərir. Bundan dəniz samurlarının ovu ilə məşğul olan ovçular istifadə edirdilər. Balalı samurlar ovçuların asan şikarına çevrilirdi. Bu haqda Qeorq Steller belə yazır:
Nəsilə sevgi olduqca yüksəkdir. Balalar naminə aşkar ölüm təhlükəsi ilə üz-üzə gələ bilirlər. Körpələrini itirdikdən sonra, var güçləri ilə kiçik uşaqlar kimi fəryad edirlər. O dərəcəyə gəlib çıxırlar ki, on və ya on dörd gün ərzində skelet vəziyyətinə düşür, xəstə və zəif olurlar Sahildən dənizə ayrılmaq istəmirlər. Təhlükə anında südəmər körpələri dişləri ilə tutur, böyük balaları isə qaşılarında qovurlar[5]. |
Buna bənzər xatirələri İkinci Kamçatka ekspedisiyasının ovçusu Sven Baksel söyləmişdir:
Onlar öz balalarına olduqca bağlıdırlar. Biz sahildə ana ilə balaları birdə (birdən artıq balaları olmur) gördükdə onların ikicini də öldürə bilirdik. Dişi heç zaman balasını atmır. Onu dişləri ilə tutaraq suya aparmağa çalışır. Bir dəfə bala o qədər iri idi ki, anası onu güçlə qaldırırdı. Balalar bu zaman özlərinə heç nə ilə kömək edə bilmirlər. Bu hərəkət onların sürətini azaldır. Belə demişkən onları bir başa ovçunun əllərinə təslim edir[52]. |
Dişilər balalarını incə şəkildə oxşayır. İtaətsizlik anında isə onları şapalaqla "mükafatlandırırlar". Müşahidəçilər bir mənalı olaraq dəniz samurlarında balaların tərbiyəsini insan tərəkətlərinin təcəssümü olaraq Antropomorfizm termini ilə ifadə edirlər.[6]
Ekoloji aspektlər
Təbii yayılma əraziləri, təbiətdə rolu
Dəniz samurları okean ekologiyasında mühüm paya sahibdirlər. Onlar Dəniz kirpilərinin bir növ sayını balansda saxlayırlar. Bu onurğasız canlıların nəzarətsiz çoxalması dəniz yosunlarının kütləvi məhvinə gətirir. Bu isə öz növbəsində dəniz ekosistemi üçün pilləvarı qarşısı alınmaz fəlakət doğura bilir.[28] Britaniya Kolumbiyasındakı təcrübə (vaxtı ilə məhv olmuş ərazilərə dəniz samurlarının yerləşdirilməsi) onu göstərir ki, bu sahil ekosistemi üçün müsbət effekt doğurur.[53]
Dəniz samurları bir çox iri dəniz məməliləri ilə xoş qonşuluq münasibətində yaşayır: Şimal dəniz pişiyi, Halqaşəkilli suiti, adi suiti, ləkəli suiti, Şimal dəniz şiri. Bununla belə oda məlumdur ki, dəniz samurları onlardan çəki və ölçü baxımından 2 dəfə böyük olan dəniz pişiklərini məğlub etməyi bacarırlar. Əslində onlar adi təbii şəraitdə bir-birlərinə düşmən deyillər (XVIII–XIX əsrlərdə ovçular eyni tora düşən bu canlılar arasında baş vermiş münaqişə zamanı hər zaman dəniz samurlarının qalibiyyətini müşahidə etmişlər).[6] Dəniz samurlarının təbii həyatda əsas düşmənləri: Qatil balina (ən əsas düşmənləri), Qrenlandiya köpək balığı (lat. Somniousus microcephalus Bl.)[37] və Ağ ayı[54][55] (bəzi rayonlarda). Bununla belə qütb köpək balıqları son zamanlar Sakit okeanda müşahidə edilmir.
Qidalanma baxımından rəqibləri ləkəli suitilər, ərazi baxımından isə bir çox dəniz quşları və Atlantik treskasıdır. Qağayıkimilər tez-tez dəniz samurlarının süfrəsinin artıqları ilə qidalanırlar. Əsasən bu dəniz kirpisi və yengəc qalıqları olur. Xəstə və qoca dəniz samuru sahilə çıxır. Bu səbəbdən onların leşlərinə sahildə daha çox rastlanılır. Ölmüş samurların leşlərini isə Qütb tülküsü və ayılar yeyir.[6]
XVIII–XIX əsrlərdəki kütləvi ovlanma
Rusiya imperiyası aktiv şəkildə bu canlıların xəzinin satışını təşkil edirdi. XVI əsrdə Avropa ilə ticarət əlaqələrində xəz dəri əsas yerlərdən birini tuturdu. Bu yolla imperiya büccəsi doldurulurdu. Rusiya İmperiyası bu səbəbdən xəz dərisi əhəmiyyətli olan canlıların yayıldığı əraziləri mənimsəməyə cəhd göstərirdi. XVIII əsrin ortalarında, Kamçatkanın Rusiyaya birləşdirilməsindən sonra dəniz zabitləri olan Vitus Berinq və Aleksey Çirikova Kamçatka yarımadasının şərq sahillərinin kartoqrafik xəritəsini tərtib etmək tapşırılır. Onların hədəfi Amerika və Yaponiyaya gedən yolların araşdırılması olur. ikinci Kamçatka ekspedisiyası zamanı Vitus Berinqin komandası Komandor adaları yaxınlığında gəmi qəzası keçirir. Bu səbəbdən ekspedisiya üzvləri adalardan birində qışlamaq məcburiyyətində qalır. Qışlama zamanı ekspedisiya üzvləri dəniz samurlarını ovlayırdılar. Bu dövrdə bu canlılar insana qarşı dost münasibət bəstədiyindən asanlıqla ova çevrilirdi. Ekspedisiya üzvləri Sankt-Peterburqa Beriq adasından ovlanmış 900 dəniz samurunun dərisi ilə qayıtmışdılar. Samur dərisi London hərraclarına çıxarılmışdır. Onlar dərhal alınmış və Avropada yüksək qiymətləndirilmişdir. Bundan sonra dəniz samurlarının bütün areallarında kütləvi və nəzarətsiz ovu başladılmışdır: Komandor adaları, Kamçatka sahilləri, Kuril adaları və Alyaska. 1799-cu ildə dövlət xəzinəsinə daxil olmaları artırmaq mməqsədi ilə dəniz samurlarının yayılmış arealında ov sahəsini genişləndirmək hədəfə alınaraq yarıdövlət təşkilatı olan Rus-amerika şirkəti təşkil edilir. Şirkət Aleut adalarından Kaliforniyaya qədər olan ərazilərdə dəniz samurlarına olan ov hüququ əldə etmişdir. Hətta Avrasiyanın Sakit okean sahillərində bəzi bölgələr də şirkətə həvalə edilir. Şirkət samurların bol olduğu ərazilərdə fortlar inşa edərək ovlanmış heyvan dərilərini Rusiya, Avropa və Asiya bazarlarına çatdırırdı.[56]
Digər tərəfdən Ceyms Kuk Sakit okeandan Atlantik okeana şimal yolunu axtararkən 1778-ci ildə bir neçə dəniz samurunun dərisini əldə edir. Geri qayıdarkən isə Kuk Havay adalarında ölür. Onun ekspedisiyası isə Kanton limanında bu dərilərin çinlilər tərəfindən yüksək qiymətləndirdiyinə şahid olurlar.[28] Bu məlumatın yayılmasından sonra samurların ovuna ingilis və amerikanlılar da qoşulur.
Ruslar, ingilislər, amerikalılar və yaponlar 180 il müddətində dəniz samurunun dərisi uğrunda apardıqları sərt mübarizənin nəticəsi olaraq geniş bir ərazi bu canlılardan təmizlənmişdir. Artıq XIX əsrin əvvəllərində bu canlıların birinə belə Kamçatka yarımadasında rast gəlmək mümkün deyildi. Artıq Samur dənizi, Kalanka çayı və digər bu canlılarla bağlı toponimlər əhəmiyyətini itirmişdi. XX əsrin əvvəllərində dəniz samurlarının sayı kifayət qədər azaldığından onları ovlamaq bir o qədər çətinləşmişdi. Yaponlar XX əsrin əvvəllərində artıq bu canlıları ovlamaq üçün yeni vastələrdən istifadə etmək məcburiyyətində qalmışdılar. Onlar suyun sahil hissələrinə neft, ağ neft və ya Kreazot tökərək bu canlıları balıqçı torlarına yönləndirirdilər. Dəniz samurları ancaq iqlim şərtlərinin pis və gəmilərin hərəkəti üçün əlverişsiz ərazilərdə qalmışdı. XX əsrin əvvəllərində ən böyük populyasiya yaşayışı olmayan qayalı sahillərə sahib, əlçatmaz Mednı adasında cəmləşmişdi.[6]
1870-ci ildən 1924-cü ilə qədər Komandor adalarında ovlanma sayı (Komandor Su Məhsulları arxivinə əsasən[6]). | 1871–1910-cu illər ərzində London hərraclarına daxil olan samur dərisinin sayı (Birja materiallarına əsasən[57]). |
130 il ərzində samurların kütləvi ovu sayəsində artıq XX əsrin əvvəllərində onların sayı bir neçə yüz mindən 2 minə qədər azalmışdır.[58] Geniş arealda kiçik qruplarla yaşamaq məcburiyyətində idilər.[32]
Dəniz samurlarının qorunması
1911-ci ildə "böyük ov" iştirakçılarına dəniz samurlarının taleyinin acınacaqlı olduğu bəlli olandan sonra onlar ovun qadağa qoyulması haqqında ilk beynəlxalq razılaşmanı imzalanır (ing. Fur Seal Treaty). 1913-cü ildə dəniz samurlarının qorunması məqsədi ilə ilk qoruq təşkil edilir (ABŞ, Aleut adaları). Dəniz samuru ovuna qadağanı SSRİ 1926, Yaponiya isə son olaraq 1946-cı ildə tətbiq edir. 1972-ci ildə qəbul olunan Beynəlxalq Dəniz məməlilərinin haqqında qanun bu məsələdə beynəlxalq hüququ daha da sərtləşdirmişdir. Bununla da bütün dünyada dəniz samurlarının ovuna qadağa qoyulmuşdur. Bu tədbirlər sayəsində artıq XX əsrin ortalarında bu canlıların sayı il ərzində 15 % artırdı və 1990-cı illərdə isə artıq əvvəlki sayın 1/5 çatır. 1990–2007-ci illərdə populyasiyalarda demək olar ki, inkişaf qeydə alınmamışdır.[39]
Müasir ekoloji problemlər
Bu canlıların ovuna qoyulan qadağaya baxmayaraq hazırda onların sayında artım yoxdur. Alimlərin fikrinə görə buna səbəb ekoloji problemdir. Dəniz samurlarının yayılma arealında insanların sayının artması texnogen riskləri artırır.
Neftlə çirklənmə
Neft sızıntıları ilə nəticələnən qəzalar əsasən tankerlərdə müşahidə edilir. Bu dəniz samuralının həyatı üçün böyük təhlükə törədə bilir. Xəzlərinə yapışmış neft samurlarda bədən temperaturunun itirilməsinə səbəb olur. Üstəlik neft qida zəhərlənməsi yaradır. Digər neqativ təsirlər isə qaraciyər və gözlərdə fəsadlar törədir.
Buna misal kimi "Exxon Valdez" neft tankerində, 1989-cu ildə Alyaska sahillərində baş vermiş qəza zamanı 4000 başdan ibarət olan böyük bir dəniz samuru populyasiyası zərər görmüşdür. İlk günlərdcə 1000 samur ölmüşdür. Yerdə qalanların xilası üçün könüllülər tərəfindən müxtəlif tədbirlər həyata keçirilməsinə (samurların neftdən təmizlənməsi, onlara vitaminlərin verilməsi) baxmayaraq dörd minlik populyasiyadan barmaqla sayılacaq sayda samur sağ qala bilmişdir. Bu qəzanın fəsadları hələ də bu region samurlarına öz mənfi təsirini göstərir.[39]
Ətraf mühitin kirlənməsi və xəstəlik
Ətraf mühitin kirlənməsi, onların yayılma arealında insan fəaliyyətinin artması nəticəsində dəniz samurları birbaşa və ya dolayı yolla zərər görür. Belə ki, kirlənmə həm də onların qıda zəncirinə daxil olan canlılarında sayına təsir göstərir. Bir özəllik isə bu canlıların cütləşmə zamanı dişilərin burun nahiyyəsində meydana gələn yaralara çirli dəniz suyundan müxtəlif infeksiyaların düşməsidir. 1992–2002-ci illər ərzində dəniz samurlarının 40 % müxtəlif infeksiyalardan məhv olmuşdur. Dənizə axıdılan suların tərkibində pişiklərdə müşahidə parazitlər üstünlük təşkil edir. Toxoplasma gondii paraziti suya daxil olduqdan sonra dəniz samurlarına böyük ziyan vura bilir. Onlar dəniz samurları üçün ölümçül olurlar.[39] ABŞ sahillərində bir şimal dəniz samurunda H1N1 virusu aşkarlanmışdır.[59] Bu bir ilk hal olmuşdur.
Genetik müxtəliflik
Dəniz samurları arasında ölüm faktının artmasına səbəblərdən biri də populyasiyalarda genetik müxtəlifliyin kəskin azalmasıdır. Bu isə öz növbəsində XVIII–XIX əsrlərdə onların kütləvi ovlanmadan doğan nəticədir. Araşdırmaçılar bu qənayətə gəlmişlər ki, müasir samurların genlərində Allellərin sayı bir neçədir, halbuki 300 il bundan öncə bu say onlarla idi.[39][60] Populyasiyalarda genetik müxtəlifliyin azalması öz növbəsində bir çox neqativ faktorlara gətirib çıxarır və immuniteti zəiflədir.
Alimlər müəyyən etmişlər ki, dəniz samurlarının bir çox populyasiyası kütləvi şəkildə ovlandığı ərazilərdə bir neçə samurun sayəsində bərpa olunmuşdur. Buna misal kimi Kaliforniya dəniz samurlarını göstərmək olar. Belə ki, artıq XIX əsrdə nəsli tükənmiş hesab edilən bu canlılar 1938-ci ildə gözlənilməz halda Kaliforniyada görünməyə başlamışlar.[61] Alimlər belə düşünürlər ki, XX əsrin əvvəllərində cəmi 2000 başdan az samur həyatını sürdürə bilmişdir.
Digər problemlər
Buna bənzər bir tədbirlər nəticə versə də, dəniz samurlarının kütləvi ovu həyata keçirilən (əsasən XX əsrin 70-ci və 80-ci illərində) tarixi ərazilərə onların qaytarılması bir çox hallarda heyvanların kütləvi məhvinə səbəb olmuşdur. Görünür ekoloqlar heyvanların köçürülməsi şərtləri və yeni ərazilərə alışqanlılıq imkanlarını düzgün dəyərləndirməmişlər.
Dəniz samurları həm də ABŞ tərəfindən Alyaskada, Amçitka adasında (Aleut adaları) keçirilən Nüvə sınaqlarından böyük zərərgörmüşlər. Sınaqlar XX əsrin 70-ci illərində 51°21′ şm. e. 178°37′ ş. u. və 51°39′ şm. e. 179°29′ ş. u. koordinatlarına həyata keçirilmişdir. Hər nüvə sınağından sonra heyvanlar arasında itki artmışdır. Nüvə sınaqları zamanı dəniz samurlarında əsasən ağciyər, ürək, beyin zərər çəkirdi.
Sayları
Bu canlılarəın yerli əhalinin təxminlərini tərtib etmək çətindir, çünki istifadə olunan metodlar elmi qruplara görə fərqlidir və müşahidə illərinin eyni deyil. Bununla belə 2007-ci ildəki təxmini hesablamalara görə bu heyvanların ümumi sayı 100,000 ilə 150,000 heyvan arasında qiymətləndirilir.
REGİON | DƏNİZ SAMURLARININ SAYI | İL | MƏNBƏ |
---|---|---|---|
ABŞ – Kaliforniya | 2 026 | 2007 | USGS, 2007[62] |
ABŞ — Vaşinqton ştatı | 814 | 2005 | Jameson et Jeffries, 2005[63] |
Kanada – Britaniya Kolumbiyası | 3 185 | 2001, 2004 | Nichol et al., 2005 |
ABŞ – Alyaska | 10 563 | 2000, 2002, 2003, 2005 | Compilation USFW, 2008[64] |
ABŞ – Alyaskanın cənubu | 15 090 | 2000, 2002, 2003 | Compilation USFW, 2008[65] |
ABŞ – Aleut adaları | 47 676 | 2000, 2001, 2002, 2004 | Compilation USFW, 2008[66]; Doroff et al., 2003[67] |
Rusiya – Komandor adaları | 5 546 | 2002 | A. Burdin[68] |
Russiya – Kamçatka yarımadası və Kuril adaları | 16 910 | 1997 | Gorbics et al., 2000[69] |
Yaponiya – Nosappu burnu | 1 | 1997 | Gorbics et al., 2000[69] |
Cəm | 101 811 | 1996–2007 |
Dəniz samuru mədəniyyətdə
Kamçadallar, Aleutlar və Aynuların dəniz samurları ilə eyni ərazidə yaşayan qəbilələrinin mədəniyyəti və folklorunda onların müəyyən yeri vardır. Belə ki onların folklorunda adədən insana aid xüsusiyyətlər dəniz samurlarında təcəssüm etdirilir. Məsələn: aleutların folklorunda iki sevgilidən bəhs edən əfsanadə onların dənizə atılması və dəniz samuruna çevrilməsi qeyd edilir. Hətta keçmişdə bu canlıların Şimal xalqlarının inanc sisteminə daxil olması belə məlumdur.[70] Alimlərin fikrin görə dəniz samurlarında olan bəzi özünəməxsusluq vardır ki, onları bir qədər insanlara bənzədır.[31] Bu canlıları araşdıran bir çox alimlər bu canlıların təsvirində sistematik olaraq Antropomorfizm terminologiyasından istifadə etmişlər.[6] Məsələn, samurlar "fleqmatikdirlər", "qolları ilə sinəsini yığırlar", "həzin civildəmək", "qaşınırlar" və s. Bu məsələdə böyük rolu dəniz samurlarının ilk əvvəllər insanlara qarşı xoş niyyətli olması oynayır.
Solda — Aleutlara aid balası ilə birlikdə təsvir edilən ana dəniz samuruna bənzər totem. Yuxarıda — aleut ovçularının dəniz samurlarını ovlama səhnəsi. Foto qədim şəklin təsviridir. Aleutlar dəniz samurlarının təsvirlərində magik xüsusiyyətlər görürdülər. Hər iki ekponat Rusiya Elmlər Akademiyasının Böyük Pyotr adına antropologiya və etnoqrafiya muzeyində[71] saxlanılır. |
Dəniz samurlarının kütəlivi ovu zamanı (XVIII–XIX əsrlərdə) insan mədəniyyətinə bu heyvanın dərisindən hazırlanan xəzlər daxil idi. Məsələn: II Yekaterinanın məşhur çiyinliyi dəniz samuru dərisindən hazırlanmışdır. Aleksandr Puşkin Yevgeni Onegin poemasındakı "Onun qunduz yaxalığını şaxtalı gümüşü toz örtmüşdü"[39] ifadəsində böyük ehtimalla dəniz samurunun dərisinə eyham vurur. XX əsrin ortalarında xüsusən qərb mədəniyyətində dəniz samurları çoxsaylı uşaq ədəbiyyatında əsas qəhrəmana çevrilmişdir.
İstinadlar
- Integrated Taxonomic Information System (ing.). 1996.
- Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0
- Hall K., Schaller G. Tool-using behaviour of the Californian sea otter // Journal of Mammalogy, № 45, 1964
- "U.S. Department of the Interior" (PDF). 2009-05-10 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2016-11-25.
- Georg Wilhelm Steller De Bestiis Marinis, 1751 Elektron variant Arxivləşdirilib 2007-03-14 at the Wayback Machine (ing.)
- Барабаш-Никифоров Н. И. Калан (Enhydra lutris L.) его биология и вопросы хозяйства // "Калан", Издательство Главного управления по заповедникам при Совете Министров РСФСР, Москва, 1947
- Erxleben, Johann Christian Polycarp Systema regni animalis per classes, ordines, genera, species, varietates: cvm synonymia et historia animalivm: Classis I. Mammalia, Impensis Weygandianis, Leipzig, 1777
- Linné C. Systema naturae, ed. X, Stockholm, 1758 Elektron variant
- Peter Simon Pallas Zoographia rosso-asiatica, sistens omnium animalium in extenso Imperio rossico, et adjacentibus maribus observatorum recensionem, domicilia, mores et descriptiones, anatomen atque icones plurimorum; Petropoli, in officina Caes. academiae scientiarum impress., 1811–1831.
- John Fleming. The philosophy of zoology; A general view of the structure, functions, and classification of animals. A. Constable, Edinburgh, 1822.
- Beddard F. E. Mammalia, Macmillan and co., London — New York, 1902
- Pohle H. Die Unterfamilie der Lutrinae, Archiv fr Naturgeschichte, Bd. 85, 1919
- Oken, Lorenz Lehrbuch der Naturgeschichte. Zoologie. August Schmid und Comp., Jena, Germany, 1916
- Constantin W. L. Gloger Bemerkungen über ein paar Schlesische Säugthierarten // Nova Acta Academiae Caesareae Leopoldino Carolinae Germanicae Naturae curiosorum, 1827
- Stejneger, Leonhard The fur seals and fur-seal islands of the North Pacific ocean, Govt. Printing Office, Washington, 1898–99 Elektron variant (eng.)
- Lesson, R. P. Manuel de Mammalogie, Roret, Paris, 1827
- Lichtenstein, Hinrich Darstellung neuer oder wenig bekannter Säugethiere in Abbildungen und Beschreibungen von fünf und sechzig Arten auf fünfzig colorirten Steindrucktafeln nach den Originalen des Zoologischen, Museums der Universität zu Berlin, Berlin, 1827–1834
- Peter Morrison, Mario Rosenmann, James A. Estes Metabolism and Thermoregulation in the Sea Otter // Physiological Zoology. — Chicago: The University of Chicago Press, 1974. — Вып. 47. — № 4. — С. 218–229.
- James A. Estes Enhydra lutris // Mammalian Species. — American Society of Mammalogists, 1980. — Вып. 133. — С. 1–8.
- Radinsky L. B. Evolution of somatic sensory specialization in otter brains // The Journal of Comparative Neurology, vol. 134, Issue 4, 2004
- van Zyll de Jong A phylogenetic study of the Lutrinae (Carnivora; Mustelidae) using morphological data. Canadian Journal of Zoology, № 65, 1987
- Wilson, Don E.; Bogan, M. A.; və b. "Geographic Variation in Sea Otters, Enhydra lutris". Journal of Mammalogy. 72 (1). February 1991: 22–36. doi:10.2307/1381977. JSTOR 1381977.
- Merriam, C. H. A new sea otter from southern California // Proceedings of the Biological Society of Washington № 17, 1904
- Фишер Д., Саймон Н., Винсент Д. Красная книга. Дикая природа в опасности / пер. с англ., под ред. А. Г. Банникова. — М.: Прогресс, 1976. — С. 103–105. — 478 с.
- Sea otter researcher Karl W. Kenyon, after whom the subspecies is named, was never convinced that E. l. kenyoni was a distinct subspecies."Soundings: The Newsletter of the Monterey Bay Chapter of ACS" (PDF). American Cetacean Society Monterey Bay Chapter. June 2007. 2009-09-05 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2008-01-22.
- Wilson, D. E., M. A. Bogan, R. L. Brownell, Jr., A. M. Burdin, and M. K. Maminov Geographic variation in sea otters, Enhydra lutris. //Journal of Mammalogy, № 72, 1991
- Лех С. Некоторые наблюдения о морском бобре, водящемся у о. Медного Командорских островов // Записки Общество изучения Амурского края, Х, 1907
- "Enhydra Lutis". Animal Diversity Web. University of Michigan Museum of Zoology. 2011-08-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2007-11-24.
- Кусто Ж. И., Паккале И. Лососи, бобры, каланы, Гидрометеоиздат, Ленинград, 1983
- The Oxford English dictionary. 2nd edition, Oxford University Press, New York, 1989 ISBN 0-19-861186-2
- Барабаш-Никифоров И. И., Мараков С. В., Николаев А. М. Калан (морская выдра), Издательство "Наука", Ленинград, 1968
- "Sea Otter, Enhydra lutris at MarineBio.org". 2011-08-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2007-11-23.
- Нгуен Ню Хиен Биолого-морфологический анализ особенностей черепа хищных млекопитающих семейства куньих. Автореферат кандидатской диссертации, Москва, 1964
- Dəniz samurunun xəzi
- "YARADILIŞ MÖCÜZƏSİ, Dəniz samurunun xəzi". 2023-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-08.
- "Suda yaşayıb islanmayan bir canlı: Dəniz samuru". 2017-01-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-02-08.
- Snow H. I. In forbidden seas; recollection of Sea-Otter Hunting in the Kurils. London, 1910
- Степан Петрович Крашенинников Описание земли Камчатки, Санкт-Петербург, 1786
- Марголина А. Куда исчезают каланы? Arxivləşdirilib 2007-12-28 at the Wayback Machine // Наука и жизнь, № 8, 2007
- "Sea Otter, Enhydra lutris at Defenders of Wildlife". 2011-08-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2007-12-01.
- "Sea Otter". Defenders of Wildlife. 2011-08-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2007-11-23.
- Решеткин В. В. Шидловская Н. Н.Акклиматизация морской выдры или калана // "Калан", Издательство Главного управления по заповедникам при Совете Министров РСФСР, Москва, 1947
- Шидловская Н. Н. Инструкция по кормлению самца калана и уходу за ним // "Калан", Издательство Главного управления по заповедникам при Совете Министров РСФСР, Москва, 1947
- Basketbol oynayan dəniz samuru izlənmə rekordu qırdı — VİDEO
- "Bu heyvanlar çox romantikdir – İNANILMAZ FAKTLAR". 2017-12-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-02-07.
- Гептнер В. Г., Наумов Н. П., Юргенсон П. Б., Слудский А. А., Чиркова А. Ф., Банников А. Г. Млекопитающие Советского Союза. В 3 т. Т.2, Ч.1. Морские коровы и хищные. М.: Высшая школа, 1967, С.901.
- Кусто Ж. И., Паккале И. Лососи, бобры, каланы. — Л.: Гидрометеоиздат, 1983, С.216.
- R. Smolker, A. Richards, R. Connor, J. Mann, P. Berggren Sponge carrying by dolphins (Delphinidae, Tursiops sp.): A foraging specialization involving tool use? // Ethology. — Berlin, Hamburg, 1997. — Вып. 103. — № 6. — С. 454–465.
- "Vancouver Aquarium's oldest sea otter, Nyac, passes". 2008-11-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-02-07.
- "Arxivlənmiş surət". 2017-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-07.
- "The Other Side of Otters : Discovery News". 2013-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-04-23.
- Савелий Лаврентьевич Ваксель Вторая Камчатская экспедиция Витуса Беринга, Издательство «Главсевморпуть», Москва, 1940
- "Aquatic Species at Risk - Species Profile - Sea Otter". Fisheries and Oceans Canada. 2004-09-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2007-11-29.
- Корнев С. И., Бурканов В. Н., Бедных А. М. Хищничество бурых медведей на лежбищах каланов // Тезисы докладов IX Всесоюзного совещания по изучению, охране и рациональному использованию морских млекопитающих. Архангельск, 1986
- Корнев С. И. Хищничество бурых медведей на лежбищах каланов // Современное состояние, перспективы изучения, охраны и хозяйственного использования популяции калана Камчатской области. Материалы I зонального совещания, Петропавловск-Камчатский, 1987
- Тихменев П. Исторический обзор Российско-Американской компании и действия её до настоящего времени, Санкт-Петербург, 1861–1863
- Brass E. Aus dem Reiche der Pelze, Bd III, Berlin, 1911
- Riedman, M.L. and James A. Estes. "The sea otter (Enhydra lutris): behavior, ecology, and natural history". U.S. Fish and Wildlife Service Biological Report. Washington, D.C. 1990. 126. 2011-07-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-09-27.
- Rogall, Gail Moede. "Sea Otters Can Get the Flu, Too". U.S. Department of the Interior, U.S. Geological Survey. 2014-04-08. 2014-04-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 April 2014.
- Long J. A., Larson S. E., Wasser S. K. Safeguarding Diversity: Challenges in Developing a Genome Resource Bank for the California Sea Otter // Endangered Species Updated, Vol. 13, No 12, 1996 Elektron variant (eng.) Arxivləşdirilib 2008-01-02 at the Wayback Machine
- Fischer E. M. Habits of the southern sea otter // Journal of Mammalogy v. 20, 1939
- USGS 2007. Spring 2007 California Sea Otter Surveys, United States Geological Survey. Site Web : http://www.werc.usgs.gov/otters/ca-surveyspr2005.htm Arxivləşdirilib 2016-03-03 at the Wayback Machine. (consulté en octobre 2007).
- R. J. Jameson et S. Jeffries, 2005, Results of the 2005 survey of the reintroduced sea otter population in Washington State, Rapport non publié, 6 pages, cité par le " Programme de rétablissement de la loutre de mer (Enhydra lutris) au Canada " de 2007.
- United States Fish and Wildlife Service, 2008, Stock Assessment Report: Sea otters (Enhydra lutris): Southeast Alaska stock, 5 pages, Site web : http://alaska.fws.gov/fisheries/mmm/stock/southeast_sar_2008.pdf%5B%5D (consulté en avril 2008).
- United States Fish and Wildlife Service, 2008, Stock Assessment Report: Sea otters (Enhydra lutris): Southcentral Alaska stock, 5 pages, site web : http://alaska.fws.gov/fisheries/mmm/stock/southcentral_sar_2008.pdf%5B%5D (consulté en avril 2008).
- United States Fish and Wildlife Service, 2008, Stock Assessment Report: Sea otters (Enhydra lutris): Southwest Alaska stock, 6 pages, site web : http://alaska.fws.gov/fisheries/mmm/stock/southwest_sar_2008.pdf%5B%5D (consulté en avril 2008).
- " Sea otter population declines in the Aleutian archipelago ", A. M. Doroff, J. A. Estes, M. T. Tinker, D. M. Burn et T. J. Evans, Journal of Mammalogy, 2003, N°84, pages 55–64.
- A. Burdin, communication personnelle, 2003, cité par le " Programme de rétablissement de la loutre de mer (Enhydra lutris) au Canada " de 2007.
- Sea otter conservation, rapport du sixième atelier conjoint États-Unis – Russie sur la loutre de mer, par C. S. Gorbics, G. R. VanBlaricom, B. E. Ballachey, N. J. Thomas et M. M. Staedler, novembre 1997, publié en 2000, Forks, Washington, 61 pages.
- Murie O. Notes on the sea otter // Journal of Mammalogy, vol. 21, № 2, 1940
- Ляпунова Р. Г. Музейные материалы по алеутам. // Сборник Музея антропологии и этнографии АН СССР, том XXI, 1963
Ədəbiyyat
- Heptner, V. G.; Sludskii, A. A. Mammals of the Soviet Union. Vol. II, part 1b, Carnivores (Mustelidae and Procyonidae). Washington, D.C. : Smithsonian Institution Libraries and National Science Foundation. 2002. ISBN 90-04-08876-8.
- Kenyon, Karl W. The Sea Otter in the Eastern Pacific Ocean. Washington, D.C.: U.S. Bureau of Sport Fisheries and Wildlife. 1969. ISBN 0-486-21346-3.
- Love, John A. Sea Otters. Golden, Colorado: Fulcrum Publishing. 1992. ISBN 1-55591-123-4. OCLC 25747993.
- Nickerson, Roy. Sea Otters, a Natural History and Guide. San Francisco, CA: Chronicle Books. 1989. ISBN 0-87701-567-8. OCLC 18414247.
- Silverstein, Alvin; Silverstein, Virginia and Robert. The Sea Otter. Brookfield, Connecticut: The Millbrook Press, Inc. 1995. ISBN 1-56294-418-5. OCLC 30436543.
- Middleton, John. Maritime Activities And Their Perception Today. California Academy of Science's Member Newsletter October/November 2001. San Francisco,California: California Academy of Science. 2001. ISSN 1531-2224.
- Farris, Glenn. Mains'l Haul, a Journal of Pacific Maritime History, Vol 43. San Diego, California: Maritime Museum of San Diego. 2007. ISSN 1540-3386.
- Mathes, Michael. The Russian-Mexican Frontier. Jenner, California: Fort Ross Interpretive Association, Inc. 2008. ISBN 978-1-60643-951-7.
- VanBlaricom, Glenn R. Sea Otters. Stillwater, MN: Voyageur Press Inc. 2001. ISBN 0-89658-562-X. OCLC 46393741.
- Жизнь животных. Том 6. Млекопитающие или звери. Под редакцией С. П. Наумова и А. П. Кузякина. — М.: "Просвещение", 1971.
- Барабаш-Никифоров И. И. Калан (Enhydra lutris L.), его биология и вопросы хозяйства // Калан. — М.: Изд-во Главного управления по заповедникам при Совмине РСФСР, 1947.
- Барабаш-Никифоров И. И., Мараков С. В., Николаев А. М. Калан (морская выдра). — Л.: "Наука", 1968.
- Кусто Ж. И., Паккале И. Лососи, бобры, каланы. — Л.: Гидрометеоиздат, 1983.
- Дёжкин В. В., Мараков С. В. Каланы возвращаются на берег. — М.: "Мысль", 1968.
Mənbə
- Live HD Web Cam of Sea Otters in the wild.
- The Otter Project – Nonprofit organization
- Friends of the Sea Otter — Nonprofit organization
- Otter 501 – Sənədli film
- Field notes by Georg Wilhelm Steller, 1742 (PDF)
- Live sea otter webcam – Monterey Bay Aquarium
- Live sea otter webcam – Vancouver Aquarium
- Otters holding hands – The popular YouTube video
- Precipice of Survival: The Southern Sea Otter Arxivləşdirilib 2008-04-22 at the Wayback Machine (video)
- Smithsonian Institution – North American Mammals: Enhydra lutris
- Позвоночные животные России: Калан Arxivləşdirilib 2018-07-21 at the Wayback Machine
- Dəniz samurlarının təsviri Ferret. Ru saytında Arxivləşdirilib 2017-11-09 at the Wayback Machine