Dəniz respublikaları
Dəniz respublikaları (it. Repubbliche marinare) — İtaliyada Orta əsrlərdə yaranmış və inkişaf etməyə başlamış şəhər dövlətlərinə verilən ümumi ad. Şəhər dövlətlərindən ən tanınmışları Piza, Genuya və Venesiya şəhər dövlətləri olmuşdur. Bu dövlətlər bir-biri ilə istər iqtisadi istərsədə siyasi baxımdan rəqabət aparır və biri-digərini özündən aslı vəziyyətə salmağa çalışırdı. X-XIII əsrlərdə İtaliya şəhər dövlətləri Aralıq dənizində yerləşən ticarət yollarına nəzarət etmək və ərazidə daha da güclənmək üçün öz hərbi donanmalarını formalaşdırmağa başlamışdılar. Bu baxımdan şəhər dövlətlərinin donanmaları Səlib yürüşlərində iştirak edən hərbi birliklərə çox kömək etmişdir. Səlibçilərin dənizdən dəstəyini Venesiya şəhər dövləti başda olmaqla digər şəhər dövlətləri qarşılayırdı. Dəniz respublikaları öz mövcudluqlarını qoruyub saxlaya bilmək üçün müxtəlif zamanlarda böyük imperiyalar ilə vassal müqavilələri imzalamış və ya bir-birlərinə qarşı aparılan döyüşlərdə müttəfiqlərini hərbi donanma ilə təmin etmişdilər.
İtaliya tarixi |
Qədim dövr
Orta əsrlər
Yeni dövr
XX əsr
Xüsusi mövzular
|
Ümumi mənzərə
Dəniz respublikaları şəhər dövlətləri idi. Əsasən müstəqil dövlət olaraq formalaşmış və daxili-xarici siyasətdə müstəqil qərarlar qəbul etməkdə sərbəst idilər. Dəniz respublikalarınını əraziləri Bizans imperiyasının torpaqları üzərində yerləşirdi. Hər bir respublikanın özünə məxsus idarə etmə sistemi olsa da hər birinin ortaq cəhətlərindən biri kimi tacir sinifinin daha güclü nüfuza sahib olmasını göstərmək mümkündür. Hərbi donanma sahəsində peşəkarlaşmış bu şəhər dövlətləri dəniz donanması olmayan dövlətlərlə tez-tez müttəfiq razılıqlar əldə edir və ya öz müstəqillikləri üçün təhlükəli hesab etdikləri dövlətərə qarşı mübarizə aparan dövlətləri hərbi donanma ilə təmin edirdilər.
Bu baxımdan Dəniz respublikalarının əsas dəstəyi Səlib yürüşləri zamanı özünü göstərmişdir. Müqəddəs torpaqları xilas etmək adı altında təşkil edilən yürüşlərdə səlibçilərin demək olar ki, heç bir dəniz gücü yox idi. Yaxın Şərqdən əldə edilən qənimətin hesabına öz nüfuzunu və iqtisadi gücünü daha da gücləndirən Dəniz respublikaları öz mövcudluğunu bir necə əsrlik sığortalamağı bacarmışdır. Xüsusi ilə Dördüncü səlib yürüşü zamanı Qüds şəhərini xilas etmək adı ilə yola çıxmış Venesiya Respublikası Doçu Enriko Dandolo yürüşü şəxsi məqsədləri üçün istifadə edərək Konstantinopol şəhərini yağmalamış nəticədə Bizans imperiyasının əvəzinə uzun ömürlü olmayan Latın imperiyası yaradılmışdır.
Hər bir Dəniz respublikasının öz mövcud ərazilərindən uzaqda yerləşən kiçik adaları və özünə xas ticarət üsulları mövcud idi. Həmin dövrdə Aralıq dənizində yerləşən Sardiniya, Korsika, Adriatik dənizi sahilində yerləşən şəhərlər, Egey dənizi və Qara dəniz sahilləri, Krım torpağı və Şimali Afrika sahilləri Dəniz respublikarının nəzarətində olan ərazilər idi. Bu baxımdan Yunanıstan və Kipr adasını uzun müddət əlində saxlamış Venesiya Respublikası daha çox əraziyə sahib olmuşdur.
Məşhur Dəniz respublikaları ilə yanaşı az tanınmış və qısa ömürlü Dəniz respublikalarıda mövcud olmuşdur. Ankona, Qaeta və ya Trani şəhər dövətlərini qısa ömürlü şəhər dövlətərinə misal olaraq göstərmək olar. Dalmaçiya sahillərində yerləşmiş Raqusa Respublikasıda qısa müddətlik təsir gücünə malik olan şəhər dövlətlərindən olmuşdur.
Yaranması
XI əsrin əvvəllərindən etibarən Avropa qitəsində yerləşən ticarət karvan yolları çox təhlükəli idi. Bu səbəbdən həmin yollar daha təhlükəsiz olan dəniz yolları ilə əvəzlənmişdir. Heç bir dövlətə tabe olmayan və əsasən quldurluq yolu ilə qazanc əldə edə edən soyğunçuların ticarət karvanlarına hücum etməsi Avropada quru yolla ticarətin həyata keçirilməsini çox təhlükəli vəziyyətə gətirmişdir. Ticarət yollarının dənizlərə köçürülməsindən sonra Aralıq dənizi hövzəsində ticarət kanalları möhkəmləndirmiş və bu ticarət yollarının üzərində yerləşən şəhərlər sürətlə inkişaf etməyə başlamışdır. Bu şəhərlər tez-tez Sarazanlar adlandırlan qrupların hücumlarına məruz qalırdı. Hücumların çoxalması səbəbindən şəhər dövlətləri öz hərbi sistemlərini formalaşdırmaq zərurəti ilə qarş-qarşıya qalmışdılar. Hərbiləşdirmə sistemi Dəniz respublikalarında əsasən hərbi donanmanın yaradılması üzərində qurulurdu. Qısa zamanda Venesiya Respublikası və Piza Respublikası kimi şəhər dövlətlərinin güclü ordu yaratması şəhər dövlətlərinin müdafiə vəziyyətindən hücum vəziyyətinə keçməsi ilə nəticələnmişdir. Dəniz respublikalarının dənizlərdə əsas rəqibləri Bizans və Ərəb donanmaları idi.
İnkişaf mərhələsi
Dövlətçilik quruluşu baxımdan şəhər dövlətləri müstəqil dövlətlər olaraq formalaşmışdılar. Dəniz respublikalarında əsas kübar sinif kimi tacirlər sinifi qəbul edilirdi. Mühüm ticarət yollarının üzərində yerləşməsi səbəbindən ticarət bu dövlətlərin əsas gəlir mənbəyi hesab olunurdu. Dəniz respublikalarının tarix səhnəsində görünməsindən sonra Avropanın şərqə doğru yayılma prosesi daha da sürətlənməyə və şərq ölkələrində yeni dayaqların yaradılması yolunda mühüm addımlar atılmağa başlanılmışdı. Modern İtaliya ərazisində yerləşən Dəniz respublikaları qızıl sikkə pulları yenidən dövriyəyə daxil etmiş, parca ticarətini genişləndirmiş və eyni zamanda Avropa tarixinin ən böyük kargüzarlıq prosesini başlatmışıdlar. Bütün bunlara misal olaraq Bank və Notariat əməliyyatlarının Avropada daha əhatəli və peşəkar şəkildə Venesiya Respublikasının dönəmində aparıldığını göstərmək kifayətdir. Dənizçiliyin inkişaf etməsi eyni zamanda gəmilərdə yeni texnoloji vasitələrin istifadə edilməsinə şərait yaradırdı.
Bu dövrlərə təsadüf edən Səlib yürüşləri Dəniz respublikalarının genişlənmə siyasəti ilə üst-üstə düşürdü. Avropa ölkələrindən yürüşlərə qatılan dövlətlərin silah-sursatları dənizlər vasitəsi ilə əsasən bu şəhər dövlətlərinin gəmi ilə danışınırdı. Bunun müqabilində müəyyən haqq alan dövlətlər eyni zamanda yeni zəbt edilən ərazilərdə də bəzi üstünlüklər əldə edirdilər. Bu baxımdan Dəniz respublikalarının əldə etdikəri əsas imtiyazlardan biri Şərqdə zəbt edilən yeni ərazilərdə onlar üçün xüsusi səmtlərin ayrılması və orada öz şəhər dövlətlərində olduğu qanunlarla fəaliyyət göstərmələlərinə imkan yaradılması idi.
Əraziləri və siyasi nüfuzları durmadan inkişaf edən Piza, Venesiya və Genuya kimi Respublikalar yeni müstəmləkələrin yaradılması yolunda bir-biri ilə mübarizə aparır, hər biri ticarət baxımdan daha strateji bir bölgəni ələ keçirmək istəyirdi. Bu baxımdan Konstantinopol şəhərinin tarixi Pera səmti Venesiya və Genuya şəhər dövlətləri üçün ən önəmli ticarət mərkəzlərindən biri idi. Konstantinopol 1453-cü ildə Osmanlı imperiyasının sultanı II Mehmed tərəfindən fəth edildikdən sonra şəhərin adı İstanbul olaraq dəyişdirilmiş və buna uyğun olaraq Pera səmtinin adı Beyoğlu ilə əvəzələnmişdir. Bu gözlənilməz dəyişiklikdən sonra Venesiya və Genuya özləri üçün həyati əhəmiyyət kəsb edən ticarət qapılarından birini itirmişdir.
Dəniz respublikalarının ömürləri bir-biri ilə müqayisədə müxtəlif olmuşdur. Venesiya və Genuya kimi dövlətlər Orta Əsrlər boyunca demək olar ki, öz mövcudluqlarını qoruyub saxlaya bilsə də Napoleon Bonapartın hakimiyyətə gəlməsindən sonra işğal edilmişdir. Digər dövlətlər isə əsasən İntibah dövrü boyunca müstəqilliklərini qoruya bilmişdilər. Piza Respublikası Florensiyanın ağalığını qəbul etmək məcburiyyətində qalmış, Ankona Respublikası Papa dövləti tərəfindən işğal edilmiş, Amalfi Respublikası isə Normanların işğalı ilə üzləşmişdir.
Amalfi və Ankona respublikaları
Avropa miyqasında önəmli rol oyanayan ilk Dəniz respublikası Amalfi Respublikası olmuşdur. Ərəblərin Aralıq dənizində qurduqları hakimiyyəti ələ keçirən Amalfi tacirləri X əsrdə İtaliyanın cənubunda və şərqində yeni ticarət mərkəzləri formalaşdırmağa başlamışdılar. Konstantinopol şəhərində ilk ticarət koloniyasıda Amalfi ticariləri tərəfindən salınmışdır. Amalfi tacirləri gələcəkdə onların adı ilə adlandırılacaq qanunlar toplusu hazırlayaraq dənizçilik ticarətinin etik və iş kodekslərini hazırlamış və bu qanunlar uzun illər Avropa dənizçiləri tərəfindən vahid şəkildə qəbul edilmişdir. 1039-cu ildə Amalfi Salerno Knyazlığının nəzarəti altına keçmişdir. 1073-cü ildə isə Robert Quiskard tərəfindən şəhər yağmalanmışdır. 1096-cı ildə Amalfi şəhər əhalisi kütləvi üsyanlardan sonra müstəqilliyini elan etsədə 1101-ci ildə üsyan yatırılmışdır. 1130-cu ildə də başladılan üsyan hərakatı bir ildən sonra yatırılmışdır. Amalfi şəhərinin X və XI əsr aralığında yaşadığı hadisələr nəticəsində şəhər öz gücünü itirməyə başlamışdır. Təbii fəlakətlər, xüsusilə sel daşqınları nəticəsində şəhərin əhalisi azalmağa başlamış və XI əsrin sonlarına yaxın Amalfi Respublikası öz strateji əhəmiyyətinə Napoli şəhərinə uduzmuşdur.
774-cü ildən etibarən Papa dövlətinin tərkibində yer alan Ankona, Müqəddəs Roma imperiyasının təsirlərinə məruz qasada XII əsrə doğru öz müstəqilliyini əldə etmişdir. Dəniz sahillərində yerləşən əraziləri əsasən Venesiya Respublikasının nəzarəti altında qalmasına baxmayaraq Müqəddəs Roma imperiyası ilə yaratmış olduqları ticarət və iqtisadi münasibətlər nəticəsində şəhərin daxili inkişafına nail olunmuşdur. Ankonanı digər şəhər dövlətlərindən fərqləndirən əsas cəhətlərdən biri də diplomatik münasibətlərə daha çox üstünlük verməsi idi. Belə ki, Ankona Respublikasının Müqəddəs Roma imperiyası ilə yanaşı Osmanlı imperiyası ilə də gözəl diplomatik münasibətləri vardı. Bu münsibətlər nəticəsində türk diplomat və dənizçilər üçün Avropa səfərləri daha təsirli formada təşkil edilirdi. Ankonanın müstəqil dövlət olması qonşu şəhər dövlətləri üçün daim təhlükəli olsada Ankona mövcud olduğu müddət ərzində heç bir qonşu şəhər dövlətinin ərazisinə hücum etməmişdir. 1532-ci ildə müstəqilliyin itirən Ankona Roma Papası VII Klement tərəfindən Papa dövlətinin tərkibinə qatılmışdır.
Xronologiya
Ədəbiyyat
- Dəniz respublikaları
- Adolf Schaube, Storia del commercio dei popoli latini del Mediterraneo sino alla fine delle Crociate, Unione tipografico-editrice Torinese, 1915
- Armando Lodolini, Le repubbliche del mare, edizioni Biblioteca di storia patria, (Ente per la diffusione e l'educazione storica), Rome 1967
- G. Benvenuti – Le Repubbliche Marinare. Amalfi, Pisa, Genova, Venezia – Newton & Compton editori, Roma 1989.
- Marc'Antonio Bragadin, Storia delle Repubbliche marinare, Odoya, Bologna 2010, 240 pp., ISBN 978-88-6288-082-4.
- Umberto Moretti, La prima repubblica marinara d'Italia: Amalfi : con uno studio critico sulla scoperta della bussola nautica, A. Forni, 1998
- Aldo Padovano; Felice Volpe, La grande storia di Genova, Artemisia Progetti Editoriali, 2008, Vol. 2, p. 84, 91
- .Carlo Varese, Storia della repubblica di Genova: dalla sua origine sino al 1814, Tipografia d'Y. Gravier, 1836
- Gino Benvenuti, Storia della Repubblica di Pisa: le quattro stagioni di una meravigliosa avventura, Giardini, 1961
- M. Chiaverini, Repubblica imperiale pisana. La vittoria navale su Genova del 1241: alcuni aspetti, antefatti vicini e lontani, misteri e coincidenze, Pisa Offset Grafica, 1999.
- M. Chiaverini, Il ‘Porto Pisano’ alla foce del Don tra il XIII e XIV secolo, Pisa, MARICH Studio storico editoriale, 2000.
- M. Chiaverini, La battaglia di Saint-Gilles nel 1165 tra Pisa e Genova. Le lotte di predominio, tra misteri ed intrighi, nella Francia meridionale dei secoli XI-XII, Pisa, MARICH Studio storico editoriale, 2004.
- Alvise Zorzi, La repubblica del leone: Storia di Venezia, Bompiani 2002
- Samuele Romanin, Storia documentata di Venezia editore Naratovich 1854
- Various authors, Ancona repubblica marinara, Federico Barbarossa e le Marche; Arti grafiche Città di Castello, 1972
- Raqusa Respublikası
- Sergio Anselmi e Antonio Di Vittorio Ragusa e il Mediterraneo: ruolo e funzioni di una repubblica marinara tra Medioevo ed età Moderna, Cacucci, 1990