Dəniz məməliləri
Dəniz məməliləri — bütün ömürlərini və ya ömürlərinin bir hissəsini suda keçirən məməlilərdən ibarət olan heyvan növləri. Bəzi dəstələr bütünlüklə su həyatı keçirirlər: sirenlər, balinakimilər, pərayaqlılar — qulaqlı suitilər, əsl suitilər, morjlar. Bundan əlavə Dələlər (dəniz samuru və pişik susamuru) və ayıkimilərə (ağ ayı)[1] aid bir necə növ daxildir. Ümumilikdə isə məməlilərin 2,7 % (128 növ) bu qəbildəndir.

Qozbel balina (Megaptera novaeangliae), Balinakimilər

Dəniz bəbiri (Hydrurga leptonyx), Əsl suitilər

Amerika lamantini (Trichechus manatus), Sirenlər

Dəniz samuru (Enhydra lutris), Dələlər
Dəniz məməliləri əsasən yırtıcılardır və balıq, dəniz məhsulları ilə qidalanırlar.
Dəniz məmnəlilərinin sistemləşdirilməsi
Hal-hazırda ənənəvi olaraq aşağıda sadalanan beş qrupa bölünən dəniz məməlilərinin 128 növü vardır[1][2].
- Dəstə Sirenia: Sirenlər
- Fəsilə Trichechidae: Lamantinlər (3 növ)
- Fəsilə Dugongidae: Dyoqonlar (1 növ)
- Dəstə Cetacea: Balinakimilər
- Alt dəstə Mysticeti: Bığlı balinalar (14 və ya 15 növ)
- Alt dəstə Odontoceti: Dişli balinalar (73 növ)
- Dəstə Carnivora: yırtıcılar
- Pərayaqlılar
- Fəsilə Phocidae: Əsl suitilər (20 növ)
- Fəsilə Otariidae: Qulaqlı suitilər (16 növ)
- Fəsilə Odobenidae: Morjlar (1 növ)
- Fəsilə Mustelidae: Dələlər
- Dəniz samuru (Enhydra lutris)
- Pişik susamuru (Lontra felina)
- Fəsilə Ursidae: Ayılar
- Ağ ayı (Ursus maritimus)
- Pərayaqlılar
Əvvəllər Pərayaqlılar müstəqil Pinnipedia dəstəsinə daxil edilirdi.
İstinadlar
- Jefferson T.A., Leatherwood S., Webber M. A. (1993): FAO species identification guide. Marine mammals of the world. Arxivləşdirilib 2013-09-23 at the Wayback Machine Rome, FAO. 1993. 320 p. 587 figs.
- Hoelzel, A. R. (Ed.) 2002. Marine mammal biology: an evolutionary approach. Oxford: Blackwell Publishing. ISBN 0632-05232-5
Mənbə
- Dəniz məməlilərini araşdırma cəmiyyəti
- Dəniz məməliləri üzrə birlik Arxivləşdirilib 2020-08-06 at the Wayback Machine
- Dəniz məməlilərini milli araşdırma laboratoriyası Arxivləşdirilib 2007-08-03 at the Wayback Machine
- Rusiyanın Uzaq Şərq regionunun dəniz məməliləri
- Dəniz məməlilərinin bərpa mərkəzi Arxivləşdirilib 2019-06-30 at the Wayback Machine
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.