Dəmyələr nekropolu

Dəmyələr nekropoluNaxçıvan Muxtar Respublikasının Ordubad rayonunda Tivi-Ağdərə torpaq yolunun alt tərəfində, yaşayış yerinin yaxınlığında arxeoloji abidə.

Dəmyələr nekropolu
Ölkə  Azərbaycan
Şəhər Naxçıvan
Yerləşir Ordubad rayonu
Üslubu Naxçıvan memarlıq məktəbi
Vəziyyəti fəaliyyət göstərir
ƏhəmiyyətiYerli əhəmiyyətli
Dəmyələr nekropolu (Azərbaycan)
Dəmyələr nekropolu

Nekropol yaxınlıqdakı yaşayış yerindən dərin dərə ilə ayrılmışdır. Nekropol dağın yamacında yerləşdiyindən təbii aşınma nəticəsində qəbirlərin torpaq örtüyü və yan daşları dağılmışdır. Buradakı qəbirlər daş qutu tiplidir. Onların bəzilərinin üst daşları saxlanmasa da, ətrafa dağılmış iri sal daşlar qəbirlərin bu tip daşlarla örtüldüyünü göstərir.[1]

Aparılmış tədqiqatlar zamanı nekropolda dörd qəbir abidəsi öyrənilmiş, bu abidələrdən insan skeletinə aid qalıqlar və zəngin maddi-mədəniyyət nümunələri aşkar olunmuşdur. Dəfnlər kollektivdir. Aşkar olunan arxeoloji materiallar keramika məmulatı və bəzək əşyalarından ibarətdir. Aşkar edilmiş maddi-mədəniyyət nümunələri Tunc dövründən Dəmir dövrünə keçidi izləməyə imkan verir. Bu baxımdan bimetallik fibula və dəmir məftildən hazırlan mış, əqiq muncuqlar keçirilmiş boyunbağı, aqat muncuqlar keçirilmiş, üzəri gəzli tunc üzüklər xüsusilə diqqəti cəlb edir. Qəbir avadanlığı arasında şüşə muncuqların olması da bu dövrün yeniliklərindəndir. Çünki Naxçıvanın Son Tunc və Erkən Dəmir dövrü abidələrində şüşə muncuqlara heç təsadüf edilməmişdir. Dəmyələr nekropolundan aşkar edilmiş maddi-mədəniyyət nümunələri Naxçıvanda məskunlaşan qədim tayfaların Azərbaycanın şimalında və cənubunda məskən salan tayfalarla, habelə Yaxın Şərq ölkələri ilə iqtisadi, mədəni əlaqələrinin öyrənilməsi baxımından olduqca əhəmiyyətlidir. Yeni aşkar edilmiş abidələrin Gəmi qayanın yaxınlığında yerləşməsi qaya təsvirlərinin meydana gəlməsində bu tayfaların müəyyən rol oynadığını deməyə imkan verir. Müqayisəli araşdırmalara əsaslanaraq yeni aşkar olunmuş maddi-mədəniyyət nümunələrini e.ə. birinci minilliyin əvvəllərinə aid etmək olar.[1]

İstinadlar

  1. Naxçıvan abidələri ensiklopediyası Arxivləşdirilib 2019-02-09 at the Wayback Machine. Naxçıvan: 2008, səh. 81  (az.)

Ədəbiyyat

  • Baxşəliyev V. Dəmyələr nekropolu Erkən Dəmir dövrünün yeni abidəsidir. AMEA Naxçıvan bölməsinin "Xəbərləri", 2006, № 4;
  • Xəlilov T. Dəmyələr nekropolundan aşkar olunmuş şüşə muncuqlar. AMEA Naxçıvan bölməsinin "Xəbərləri", 2007, №3.

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.