Dəmir Qübbə

Dəmir Qübbə (ivr. כִּפַּת בַּרְזֶל, kippat barzel) — İsrail tərəfindən istehsal olunmuş istənilən hava şəraitində işləməyi bacaran qısa məsafəli hava hücumundan müdafiə sistemidir.[4] Bu sistem istənilən ərazini 4 kilometrdən 70 kilometrə qədər məsafədən atılan qısa-məsafəli raketlərdən və ya artilleriya atəşindən qorumaq imkanına malikdir.[5] İsrail gələcəkdə bu sistemlərin maksimum atəş məsafəsini 70 kilometrdən 250 kilometrə qədər artırmağı planlaşdırır.[6]

Dəmir Qübbə
Tipi qısa mənzilli hava hücumunda müdafiə sistemi
Ölkə
İstismar tarixçəsi
İstismar illəri 2011-hal-hazırda
İstismara başlanması 2005
İstismar edənlər  İsrail
İstifadə edilən döyüşlər Qəzzə-İsrail münaqişəsi
Müdafiə sütunu əməliyyatı
Qoruyucu Sərhəd əməliyyatı
İstehsal tarixçəsi
Konstruktor Rafael Advanced Defense Systemsİsrail Aerokosmik Sənayesi
Konstruksiya tarixi 2005 – hal-hazırda
İstehsalçı Rafael Advanced Defense Systemsİsrail Aerokosmik Sənayesi
İstehsal illəri 2011 – hal-hazırda
İstehsal sayı 10 batareya[1]
Vahidinin qiyməti 1 batareya 50 milyon ABŞ dolları[2]
1 raket 40 min ABŞ dolları[3]
Xüsusiyyətləri
Ağırlığı 90 kq
Uzunluğu
  • 3 m
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Dəmir Qübbə sistemində istifadə olunan EL/M-2084 radarı

İsrail Dəmir Qübbə sistemini ilk dəfə 27 mart 2011-ci ildə Beer-Şeva şəhərində yerləşdirmişdir.[7] Bu sistem ilk dəfə 7 aprel 2011-ci ildə Qəzzədan atılan Qrad raketlərini məhv etmişdir.[8] 10 mart 2012-ci ildə ''Yerusəlim Post''da yer alan məlumata əsasən Dəmir Qübbə Qəzzə zolağından əhalinin sıx məskunlaşdığı ərazilərə atılan raketlərin 90%-ni zərərsizləşdirə bilmişdir. 2012-ci ilin noyabrında verilən rəsmi məlumata görə, sistem 4 gün ərzində Qəzzə ərazisindən buraxılan 400-dən çox raketi zərərsizləşdirməyə müvəffəq olmuşdur.[9]

Həmçinin, İsrail gələcəkdə açıq dənizdə yerləşən qaz platformalarının mühafizəsini gücləndirmək məqsədi ilə Dəmir Qübbə sistemlərinin Barak 8 ZRK ilə birlikdə işləyəcək dəniz variantını hazırlamağı da planlaşdırır.[10]

Arxa plan

Livanda yerləşən Hizbullah təşkilatının 1990-cı illərdən etibarən İsrailin şimalında yerləşən yaşayış məntəqələrini raket atəşinə tutması İsrail Müdafiə Qüvvələrinin və əhalinin təhlükəsizliyini sual altında saxlayırdı. Bu səbəbə görə İsrail öz qısa məsafəli hava hücumundan müdafiə sistemini yaratmaq fikrinə düşdü, lakin ABŞ-nin müdafiə sahəsi üzrə mütəxəssisləri bu cəhdin uğursuzluqla nəticələnəcəyini bildirirdi.[11]

2004-cü ildə briqada generalı Daniel Qoldun İsrail Silahlı Qüvvələrinin tədqiqat və inkişaf bürosunun rəisi vəzifəsinə təyin olunması nəticəsində bu ideyada mühüm irəliləyiş əldə olundu. Qold yeni raket əleyhinə müdafiə sisteminin yaradılması planının tərəfdarı idi. O, həmçinin ölkənin mühüm siyasi xadimlərinin də bu layihəyə dəstək verməsinə səbəb olmuşdu.[11]

2006-cı ildə baş vermiş Livan müharibəsi ərzində Hizbullah tərəfindən İsrailin şimal ərazilərinə təqribən 4000 raket (əksəriyyəti Katyuşa raketi idi) atılmışdı ki, bunların da əksər hissəsi ölkənin üçüncü ən böyük şəhəri olan Hayfanı hədəf almışdı. Bu hücumlar nəticəsində 44 İsrail vətəndaşı həlak olmuş, təqribən 250,000 nəfər vətəndaş İsrailin müxtəlif yerlərinə təxliyə olunmuş, 1 milyon nəfər isə müharibə ərzində bomba sığınacaqlarında yerləşmişdir.[12][13]

2007-ci ilin fevralında Müdafiə naziri Amir Peretz ölkənin yeni hava hücumundan müdafiə sistemi olaraq məhz Dəmir Qübbəni seçmişdir.[14] Həmin vaxtdan etibarən Silahlı Qüvvələrlə "Rafael Advanced Defense Systems" şirkətinin birgə fəaliyyəti nəticəsində yeni sistemin yaradılması işlərinə başlanılmışdır.[15]

Xüsusiyyətləri

Bu sistem 70 km-dək məsafədə əsasən qısa mənzilli raket və 155 mm çaplı artilleriya mərmilərinin zərərsizləşdirilməsi məqsədi daşıyır. İstehsalçı şirkətin verdiyi məlumata görə Dəmir Qübbə gündüz və gecə, müxtəlif hava şəraitlərində bir neçə təhlükəyə eyni anda cavab vermək qabiliyyətinə sahibdir.

Dəmir Qübbə üç əsas komponentdən ibarətdir:[16]

  • Aşkarlama və təqib radarı: radar sistemi Elta şirkəti tərəfindən istehsal olunub.
  • Döyüş idarəetmə və komanda məntəqəsi: mPrest Systems tərəfindən Rafael şirkəti üçün hazırlanıb.
  • Raket atəş vahidi: atıcı qurğu elektro-optik sensorlara, yüksək manevrlik qabiliyyətinə sahib olan Tamir "yer-hava" tipli raketlərlə təchiz olunub. Raketlər də "Rafael" şirkəti tərəfindən istehsal olunur.[17]

Sistemin radarı EL/M-2084 adlanır. Bu radar raketin hədəf aldığı yeri və onun hərəkət trayektoriyasını müəyyənləşdirir. Döyüşü idarəetmə məntəqəsi radar vasitəsilə əldə olunmuş məlumatlar sayəsində hədəfin müəyyən olunmuş ərazi üçün təhdid yaradıb-yaratmadığını müəyyənləşdirir. Yalnız bu təhdid aşkar olunduqdan sonra Tamir raketi ilə hədəf müəyyən olunmuş əraziyə çatmadan məhv edilir.[16]

Tipik divizionlarla müqayisə

Tipik hava hücumundan müdafiə divizionlarında radar, raket idarəetmə məntəqəsi və bir neçə atıcı qurğu hamısı eyni ərazidə yerləşir.

Bunun əksinə olaraq, Dəmir Qübbə divizionunda bu komponentlər səpələnmiş halda yerləşir. Hər bir atıcı qurğu 20 raketdən ibarət olur.[18] Bəzi məlumatlara görə bir Dəmir Qübbə divizionu təqribən 150 kvadrat kilometr böyüklüyündə ərazinin hava hücumundan müdafiəsini təşkil etməyə qadirdir.[19]

Həmçinin bax

İstinadlar

  1. Lappin, Yaakov. "Tenth Iron Dome battery deployed to protect Israel from rockets". The Jerusalem Post. 18 April 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 August 2014.
  2. "The secret of the wonder weapon that Israel will show off to Obama". Time. 19 March 2013. 15 July 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 April 2017..
  3. "Israel's Missile Defense System". June 2016. 2022-05-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-11..
  4. "Iron Dome Air Defense Missile System, Israel". Army technology. 2018-05-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 fevral 2018.
  5. Sharp, Jeremy M. "U.S. Foreign Aid to Israel" (PDF). Congressional Research Service. 16 sentyabr 2010. 31 iyul 2015 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 11 fevral 2018.
  6. "Arxivlənmiş surət". 2022-08-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-29.
  7. "Israel deploys 'Iron Dome' rocket shield". Al Jazeera English. 27 mart 2011. 2011-08-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 fevral 2018.
  8. "Arxivlənmiş surət". 2017-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-29.
  9. "Arxivlənmiş surət". 2013-04-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-29.
  10. "Arxivlənmiş surət". 2022-08-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-29.
  11. Levinson, Charles; Adam Entous. "Israel's Iron Dome Defense Battled to Get Off the Ground". The Wall Street Journal. 26 noyabr 2012. 2014-10-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 fevral 2018.
  12. "Israel-Hizbullah conflict: Victims of rocket attacks and IDF casualties". Israeli Ministry of Foreign Affairs. 2009-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 fevral 2018.
  13. Rubin, Uzi. "The Rocket Campaign against Israel during the 2006 Lebanon War" (PDF). The Begin-Sadat Center for Strategic Studies. 2007. 2 fevral 2012 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 11 fevral 2018.
  14. "Defense Minister selects Rafael anti-missile defense system". Haaretz. 4 fevral 2007. 2009-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 fevral 2018.
  15. "Israel successfully tests "Iron Dome" rocket & artillery shell defence system". defpro.com. 27 mart 2009. 11 mart 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 11 fevral 2018.
  16. "Iron Dome: Defense System Against Short Range Artillery Rockets" (PDF). Rafael Advanced Defense Systems. 2013-01-11 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 12 fevral 2018.
  17. "Archived copy". 21 yanvar 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 fevral 2018.
  18. "Ballistic Missile Defense: Effectiveness of Israel's Iron Dome System". Mostlymissiledefense.com. 19 iyul 2012. 2012-11-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 fevral 2018.
  19. Yaakov, Katz. "IAF deploys third Iron Dome battery outside Ashdod". The Jerusalem Post. 31 avqust 2011. 2012-10-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 fevral 2018. (#apostrophe_markup)

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.