Dəmir Hacıyev

Hacıyev Dəmir Vahid oğlu (29 yanvar 1929, İlisu20 iyun 1999, Bakı) — biologiya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü, Əməkdar Elm Xadimi, zoologiya, paleontologiya, stratiqrafiya, tibbi biologiya sahəsində tanınmış alim.

Dəmir Hacıyev
Dəmir Vahid oğlu Hacıyev
Doğum tarixi
Doğum yeri İlisu, Qax, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (70 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Elm sahəsi Bioloq
Elmi dərəcəsi biologiya elmləri doktoru
Elmi adı professor AMEA-nın müxbir üzvü
Mükafatları

Həyatı

Dəmir Vahid oğlu Hacıyev 29 yanvar 1929-cu ildə Qax rayonunun İlisu kəndində ziyalı ailəsində anadan olmuşdur. Onun atası alim-paleontoloq Hacıyev Vahid Hüseynəli oğlu respublikanın müxtəlif ali təhsil müəssisələrində, eləcə də elmi sovet və partiya idarələrində çalışmışdır. Anası – N.Nərimanovun qardaşı qızı Xanım Salman qızı Nərimanova müəllimə olmuşdur. Dəmir Hacıyev 1946-cı ildə məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olub, 1952-ci ildə İnstitutu bitirib uşaq cərrahı ixtisasına yiyələnmişdir.

Elmi fəaliyyəti

Dəmir Hacıyev 1961-ci ildə “Eldar bozqırı­mın üst sar­mat hipparion faunası” mövzu­sun­da nami­zəd­lik dissertasiyasını müdafiə etmiş və bu işinə görə o, biolo­giya üzrə elm­lər doktoru elmi dərəcəsinə layiq görülmüş­dür. 1963-cü ildə Azərbay­can Dövlət Univer­sitetinin Onurğalılar zoologiyası kafedra­sında professor vəzifə­sinə seçilmiş, 1964-cü ildə professor elmi adını almış­dır.

Dəmir Hacıyev 1964-cü ildən əmək fəaliyyətini Azərbaycan Dövlət Tibb İnstitutunda davam etdirmiş və “Ümumi biologiya və genetikanın əsasları” kafedrasının müdiri vəzifəsinə seçilmişdir. 1965-ci ildən 1969-cu ilədək kafedraya rəhbərliklə yanaşı, ADTİ-nin elmi işlər üzrə prorektoru olaraq da çalışmışdır. 1967-1968-ci illərdə D.Hacıyev Səhiyyə Nazirliyinin Elmi Şurasının sədri, 1968-1970-ci illərdə Azərbaycan EA Geologiya İnstitutunun Paleobiologiya şöbəsinin müdiri olmuşdur. Qeyri-adi tədqiqat və təşkilati keyfiyyətlərə malik olan Dəmir Hacıyev Azərbaycan EA Geologiya İnstitutunun təkamül paleontologiyası laboratoriyasının rəhbərliyi ona həvalə olunmuş, eyni zamanda Azərbaycan EA-nın Biologiya şöbəsinin akademik-katibinin müavini, həmçinin biologiya üzrə Ali Attestasiya Komissiyasının ekspert komitəsinin sədri vəzifələrində çalışmışdı. 1971-1974-cü illərdə isə Azərbaycan Dövlət Tibb İnstitutunun təhsil və elmi işlər üzrə prorektoru olmuşdur. 1972-ci ildə Azərbaycan Elmlər Akade­mi­yasının müxbir üzvü seçilmişdir[1].

Dəmir Hacıyevin elmi nailiyyətləri beynəlxalq səviyyədə tanınmışdır. 12 monoqrafiya və 120 elmi məqalənin müəllifidir, xaricdə peşəkar dairələrdə tanınmışdı. 1958-ci ildən o, İllinois Elmlər Akademiyasının (ABŞ), 1996-cı ildən isə Nyu-York Elmlər Akademiyasının (ABŞ) üzvü olmuşdur.

Əsərləri

  • Qazıntı halında tapılan kərgədanların qabırğalarının travmatik zədələnməsi.
  • Qazıntı halında tapılan Binəqədi canavarlarının sümüklərində raxit zədələnmələrin əlamətləri.
  • Qazıntı halında tapılan dördüncü dövr canavarında spondilozun deformasiyası fenomeni.
  • Binəqədi ibtidai öküzünün üst çənəsinin osteomeliti.
  • Biologiya (Praktiki məşğələlər üçün dərslik), Bakı, 1991.
  • Tibbi biologiya (Dərslik), Bakı, 1993.
  • Biologiya üzrə 1000 test, Bakı, 1993.
  • Molekulyar biologiya və tibbi genetikaya aid məsələlər kitabı, Bakı, 1994.
  • Hüceyrə səviyyəsində genetik hadisələr, Bakı, 1996.
  • İnsanın xromosom və molekulyar xəstəlikləri, Bakı, 1996.
  • Hüceyrə biologiyasının molekulyar aspektləri, Bakı, 1996.
  • Molekulyar səviyyədə genetik hadisələr, Bakı, 1996.
  • Qədim Azərbaycanda kəllə trepanasiyası.
  • Yerüstü yırtıcıların beyninlərin xarici relyef strukturunun bəzi xüsusiyyətləri.
  • Nadir hallarda yarasalarda çoxdöllülük.
  • Forestye xəstəliyinin paleontologiyası və müqayisəli patologiyası.
  • Binəqədi asfalt gölündə qazıntı halında tapılan heyvan qalıqlarında amin turşuları.
  • İnsan ekologiyası və biosferin mahiyyəti, Bakı, 1994.

Mükafatları

Vəfatı

Hacıyev Dəmir Vahid oğlu 20 iyun 1999-cu ildə vəfat etmişdir[2].

İstinadlar

  1. Azərbaycan tibbinin korifeyləri. Bakı, “Elm və təhsil”, 2020. s.602
  2. ATU-nun arxivi

Xarici keçid

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.