Dəmirçilik
Dəmirçilik — orta əsrlərdə əsas əmək alətləri və silahlar dəmirdən düzəldilirdi. Dəmir həm də tikintidə, təsərrüfatda və məişətdə geniş tətbiq olunurdu. Tədqiqatlar dəmirçiliyin həm şəhər, həm də kəndlərdə mövcudluğunu təsdiqləyir.[1]
Azərbaycanda dəmirçiliyin inkişafı
Azərbaycanın zəngin dəmir fılizi yataqları qədim zamanlardan başlayaraq yerli xammal əsasında dəmirçilik sənətinin meydana gəlməsində mühüm rol oynamışdır. Dəmirçiliklə bağlı istehsalat komplekslərinin qalıqları arxeoloji qazıntılarla Şamaxı, Beyləqan, Qəbələ və Şabran şəhər yerlərində üzə çıxarılmışdır.[2].
Dəmirçiliyin tarixi
Qarabağda bəsit istehsal texnikasına əsaslanan filizəritmə işində, əsasən, körüklü kürələrdən istifadə olunmuşdur. Bunun üçün fıliz parçaları kömür ilə birlikdə kürənin odluğuna yığılırdı. Qoşa körük vasitəsilə yaradılmış yüksək hərarət nəticəsində filiz əridikcə kürənin odluğunda qaynar metal ərintisi kütləsinə çevrilirdi. Ərintidə əmələ gələn pasa mütəmadi əlaraq qədgir vasitəsi ilə çıxarılıb təmizlənirdi. Lakin sırf dəmir əldə etmək üçün bu kifayət etmirdi. Ona görə də ərinti yumşalıb saf dəmir halına düşünədək zindan üzərində döyülürdü. İstidöymə proscsində ərintinin tərkibindəki pasa qalığı qəlpələnib tamam çıxır, dəmirin məğzi saflaşırdı.
Qarabağ ərazisində yanacaq israfı və metal çıxan baxımından iqtisadi cəhətdən az sərfəli olmasımı baxmayaraq, əritmə-döymə üsulu ilə yüksək keyfiyyətli dəmir əldə olunurdu. Ona görə də yerli dəmir ərintisindən hazırlanmış məmulat çox möhkəm və davamlı olmağı ilə fərqlənirdi. Bununla belə, kənardan gətirilmə “zavod dəmiri” ucuz başagəldiyindən kııstar üsulla hazırlanan yerli dəmir istehsalını tədricən tənəzzülə uğratrmşdır
XIX əsrin II yansmdan etibarən Qarabağda kustar metal məmulatı dükanlarının xammal ilə təchizatında Bakı şəhəri görkəmli rol oynamağa başlamişdı, Kapitalist Bakısına mctal idxalının güclənməsində burada neft sənayesinin inkişafı ilə əlaqədar mexaniki təmir emalatxanalarının sayının artması və onların bir çoxunun tezliklə böyüyüb iri təmir müəssisələrinə çevrilməsinin mühüm rolu olmuşdııı, Bakı sərmayədarlarının köməyi ilə Qarabağlı dəmir ustaları kifayət qədər xam və işlənmiş (köhnə) metal ehtiyatı ilə təmin olunurdular. İşlənmiş dəmir ucuz başa gəlməkdən əlavə, xam dəmirə nisbətən daha etibarlı olduğundan, yerli dəmirçilər onun tədarükünə üstünlük vcrirdilər. Belə ki, xam dəmir bəzən yaxşı əridilmədiyindən qəlp çıxırdı. “Şər” adlanan qəlp dəmir isə istehsal baxımından yararsız sayılırdı. Köhnə dəmir iki yolla, ya korlanıb istifadədən çıxmış məişət və təsərrüfat alətləri hesabına, ya da kənardan satınalma yolu ilə tədarük olunurdu. XIX əsrin ikimi yarısında Qarabağda satınalma dəmiri ən çox Bakı sərmayədarlarmdan, qismən isə dəmir yolu stansiyalarındakı təmir emalatxanalanndan əldə edirdilər.
Keçmişdə Qarabağda polad qıtlığı daha çox hiss olunurdu. Xüsusilə xas polad çətinliklə əldə olunduğundan qənaətlə işlədilirdi. Soyuq silah (xəncər, qəmə, qəddarə, qılınc) istehsalı dəbdə olan dövrlərdə poladın kasadlığı daha çəx nəzərə çarpırdı.
Silahsazlar arasında uzun müddət Dəməşq və Xorasan poladı üstün tutıılarmış. Bununla yanaşı, qarabağlı silah ustaları özləri də xüsusi üsulla xas polad əldə edirmişlər. Lakin soyuq silah istehsalının aradan çıxması, habelə xalis əritmə yolu ilə əldə edilən ucuz rus və Avropa poladı idxalının artması ilə əlaqədar olaraq, yerli xas polad hazırlanma texnologiyasının sirləri tədricən unudulub aradan çıxmışdır. Qarabağ ərazisindəki dəmirçixanalarda ən çox polad qarışıq dəmir işlənirdi. Bunun üçün xassə etibarilə bir-birindən fərqlənən dəmir və poladı qızdırıb istidöymə yolu ilə qaynaq edirdilər. Qaynaq nəticəsində asanlıqla əyilən yumşaq dəmirdən və tez sınan sərt poladdan daha keyfıyyətli yeni bir metal-poladqanşıq dəmir əldə edilirdi. Qarabağda digər sənət dükanları kimi, dəmirçixanalar da, əsasən, bazar və ya karvansaralarda yerləşirdi. Dəmirçixana bir qayda olaraq, həm istehsal emalatxanası, həm də satış dükanı vəzifəsini yerinə yetirməklə ikili səciyyə daşıyırdı.
Qarabağda məişət və təsərrüfat alətlərinin xeyli hissəsi, xüsusilə kəsici alətlər (balta, nacaq, dəhrə, məngəl, dəryaz, əraq, cin, qırxılıq, kərki, qiyməkeş, bıçaq, qazan və s.) bir qayda olaraq poladqarışıq dəmirdən hazırlamrdı. Bu məqsədlə, əsasən, qaynaq üsulundan istifadə əlunmuşdur. Kəsici alətləri düzəltmək üçün əvvəlcə poladqarışıq dəmir hazırlanırdı. Xassə etibarilə xas poladdan və dəmirdən fərqlənən polad-qarışıq dəmir çox vaxt “qaynaq dəmiri” adlanırdı.
Qarabağlı dəmirçilər qaynaq dəmiri hazırlamaq üçün lazımi ölçüdə kəsilmiş dəmir parçasını kürədə qızdırıb arasını 1,5-2 sm dərinlikdə yarmaqla “ağız” açırdılar. Sonra həmin yarığa müvafiq ölçüdə polad “işığına” kəsilirdi. Bu məqsədlə əvvəlcə polad parçası kürədə qızdırıhb “suyu alınır” və yumşaq dəmir həddinə salınırdı. Sərtlik xassəsini itirmi işığa istidöymə yolu ilə yastılanaraq lazımi formaya salınandan sonra qələm vasitəsilə müvafiq ölçüdə kəsilirdi. Poladın qıt olduğu keçmiş dövrlərdə kəsici alətin tiyəsinin “dodaq şığası” çox vaxt yararsız hala düşmüş polad alətlərdən (yeyə, törpü, dəryaz və s.) düzəldilirdi. Məmulatın növündən və şığanın qalınlığıııdan asılı olaraq, qaynaq əməliyyatı müxtəlif üsııllarla aparılırdı. Qarabağda poladqarışıq dəmirin əldə edilməsinin ən bəsit və qədim üsulu xalis qaynaq olmuşdur. Bu halda ərintinin gücləndirilməsinə və calağın möhkəm tutmasına kömək edəcək yardımçı vasitələrdən istifadə olunmurdu. Dəmirçilik sənətində nisbətən az tətbiq olunan bu üsulla, əsasən, xırda məmulatlar hazırlanırdı. Göründüyü kimi, Qarabağlı dəmir ustaları çoxəsrlik əməli təcrübə nəticəsində metalların xassələrini dərindən müşahidə edib öyrənməklə, istehsal texnologiyasının təkmilləşdirilməsinə və beləliklə də daha mükəmməl əmək alətləri hazırlamağa nail ola bilmişlər.
Qaynaq ənənəvi Qarabağ dəmirçilik sənətində başlıca yer tutsa da, dəmir məmulatının. Xüsusilə kəsici alətlərin hazırlanması daha bir sıra texnoloji proseslərlə bağlı idi. Məmulat növündən asılı olaraq istehsal prosesində dibçıxarma, küpaçma, sulğuc-çıxarma, dişəmə, növsalma və s. kimi bir sıra texnoloji üsullardan istifadə olunurdu. tiu əməliyyatlann çoxu spesifık səciyyə daşımaqla, müəyyən qrup alətlərin hazırlanmasında tətbiq olunurdu. Məsələn, dibçıxarma dəryaz və qırxlığın, küpaçma nacaq, balta, kərki, təxa və çəkicin, sulğucçıxarma dəhrə və qiyməkeşin, dişəmə isə çinin hazırlanmasında tətbiq edilirdi. Soyuq silahlarm (xəncər, qılınc) hazırlanmasında növsalma əməliyyatmdan istifadə olunurdu. Bunlardan fərqli olaraq tamamlama əməliyyatları (sığalçəkmə və s.) qismən ümumi səciyyə daşıyırdı. Dəmir məmulatlarının hazırlanması prosesində ”Qara iş” görülüb başa çatdırılandan sonra tamamlama əməliyyatına başlanılırdı. Bu məqsədlə ilkin formaya salınmış iş nər çəkiclə döyülüb lazımi həddə salınır, əyilmiş və ya xaşallanmış hissələri tapdanıb (döyülüb) düzəldilirdi. Döymə əməliyyatından çıxmış “iş”in üzərində isə, adətən, zərbə izləri qalırdı. Ona görə də həmin izlər törpü və yeyə vasitəsilə sürtülüb hamarlanırdı, Bir qayda olaraq, dəmir məmıılatı qaynar halda törpülənir, soyuq halda yeyələnirdi. Həmçinin, kəsici alətlərin hazırlanmasmda ən vacib əməliyyatlardan biri onlara düzgüıı suvermə idi. Məlum olduğu kimi, kəsici alətlərin tiyəsi poladqarışıq dəmirdən hazır-landığından qızdırılan zaman sərtliyni itirirdi. Poladın sərtlik xassəsi aləti yenidən qızdırıb suyatutma yolu ilə bərpa edilirdi.
Qarabağ dəmirçilik sənətində ən bəsit əməliyyatlardan biri çarxatutma idi. Müəyyən qədər peşə məharəti tələb cdən bu əməliyyata düzgün əməl etmədikdə alətin tiyəsi qızır və ağzının bir üzü çox yonulub əks tərəfə qatlanırdı. Sənət dili ilə buna”qılov” deyilirdi. Qılovlu alət kəsəndə küt və yorucu olur. Keçmişdə Qarabağlı dəmir ustaları təzə məmulat düzəltməklə yanaşı, sınıb korlanmış, yaxud kütləşmiş alətləri təmir etməklə də məşğul olurdular. Təmir işinin də özünəməxsus istehsal üsulları formalaşmışdı. Adətən, qalın kütləli məmulatlar ( balta, tapun və s.) zodlama üsulu ilə təmir olunurdu. Bu məqsədlə alətin sınığına müvafiq ölçüdə kəsilmiş şığanı məmulatla birgə qızdırıb istidöymə yolu ilə bir-birinə calayırdılar. Qarabağ dəmirçiliyində sınıq məmulatın calaq edilməsi qadaqlama üsulu ilə də görülürdü. Qadaqvurma ən çox təsərrüfat alətlərinin təmirində tətbiq olunurdu. Bunun üçün məmulatm calaq ediləcək hissələrini isti, yaxud soyuq halda sünbə ilə dcşib qadaq vasitəsilə bir-birinə bərkidirdilər. Kütləşmiş kəsici alətlər isə (balta, dəhrə, qiyməkeş və s.) ovxarlama üsulu ilə itilənib ycnidən işlək hala salınırdı. Bu məqsədlə alətin ağac dəstəyini çıxarıb tiyəsini kürədə qızdırandan sənra məngənə arasında tutııb isti-isti ycyələyirdilər. Əgər alətin künəsi çəx qalın olarsa, onu bir-iki əl istidöyme yolu ilə döyüb nazildir, sonra ovxarlayırdılar. Ovxarlama əməliyyatı əvvəlcə iri dişli, sonra xırda dişli, nəhayət, axırda narın dişli yeyə ilə görülürdü.
Dəmir memulatmın güclü istehsal mərkəzləri sırasında Cəbrayıl qəzasmın Hadrut kəndi, Şuşa qəzasının Ağdam icması xüsusilə fərqlənirdi.
Ümumilikdə, Azərbaycanda xırda əmtəə istehsalı səviyyəsinə çatmış şəhər dəmirçixanalarında məmulat növləri üzrə ixtisaslaşma daha erkən başlanmışdı. Belə ki, dəmirçixanaların sayına görə Şuşa Azərbaycan şəhərləri arasında əsas yerlərdən birini tuturdu.
Mənbə
- Azərbaycan Arxeologiyası. Altı cilddə, VI cild. Bakı,”Şərq-Qərb”, 2008, 632 səh.
- Г.М.Ахмедов, 1984, стp. 109-116