Dəmirçilər (Tərtər)
Dəmirçilər — Azərbaycan Respublikasının Tərtər rayonunun Dəmirçilər kənd inzibati ərazi vahidində kənd.[1]
Dəmirçilər | |
---|---|
Ölkə | Azərbaycan |
Rayon | Tərtər rayonu |
Tarixi
Dəmirçilər Tərtər rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Qarabağ düzündədir. Yaşayış məntəqəsini 1918-ci ildə baş vermış erməniazərbaycanlı qırğını ilə əlaqədar olaraq indiki Xocalı rayonunun Dəmirçilər kəndindən köçüb gəlmiş ailələr salmışdılar. Yaşayış məntəqələri dəmirçilər nəslinə mənsub ailələrin məskunlaşması nəticəsində yaranmışdır. XVI əsrdə qızılbaş tayfaları sırasında adları çəkilən dəmirçilər sonralar qazax tayfa birliyinin ən qüdrətli tirələrindən biri olmuşdur[2].
"Xan arxı" adlanan məşhur arx Dəmirçilər kəndini iki hissəyə bölür - rəmə məhəlləsi və aşağı məhəllə. Deyilənə görə bu arxı Qarabağ xanı İbrahimxəlil xan çəkdirib. Kəndi Tərtər-Goranboy magistral yolundan 5 km-lik məsafə ayırır. Dəmirçilər kəndi düzən ərazidə yerləşir, lakin buradan Murovdağın zirvəsi açıq-aydın görünür. Kənddə tarixi qəbirlər, əşyalar və s. aşkar edilmişdir. Kəndin yuxarısı ilə çəkilmiş "böyük kanal"ın əkinçilikdə böyük rolu var. Kənddə 2000-dən çox əhali yaşayır, əsas məşğuliyyətləri əkinçilik və maldarlıqdı.
1993-1995-ci illərdə ermənilər bu kəndi dəfələrlə atəşə tutmuşlar, lakin işğal edə bilməmişlər. Kəndin əksər evlərinin divar və darvazalarında erməni güllələrinin izi hələ də qalmaqdadır.
Həmçinin bax
İstinadlar
- Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
- ”Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2007, səh. 225.