Dəmirçihəsənli mahalı
Dəmirçihəsənli mahalı — Qarabağ xanlığının 25 mahalından biri.
Qısa bilgi
- Sahəsi -
- Əhalisi — Dəmirçihəsənlilər
- Yaranması — 1752-ci il
- Mərkəzi— I Təklə obası
- Sərhədləri —Qərbdən Cavanşir-Dizaq mahalı, şimaldan Vərəndə mahalı, şərqdən Şirvan xanlığı, cənubdan Ərdəbil xanlığı.
Dəmirçihəsənli mahalının tarixi
Mahal 1752-ci ildə Gürcüstandan gələn Dəmirçihəsənli eli tərəfindən yaranıb.
Dəmirçihəsənli mahalında xanlıq ləğv edilən dövrdə 8 kənddə cəmi 467 (335-ı-vergiödəyən, 138-i ödəməyən) ailə yaşayırdı və bütünlüklə azərbaycanlılardan ibarət idi. Bu mahal Əlimərdan bəy idarə edirdi. Mahalda buğda, arpa yetişdirilməsinə baxmayaraq, maldarlıq daha çox inkişaf etmişdi. Ən böyük kəndləri 134 ailənin yaşadığı Adıgözəl bəy və İmamqulu bəyin oymağı, 110 ailənin daxil olduğu Təklə oymağı idi. Xanlıq ləğv edilən dövrdə Küpara mahalında 6 kənddə cəmi 56 ailə yaşayırdı. Əhalinin əksəriyyəti xristianlar idi. Mahal məliyi Parsadan Qəqərək kəndində yaşayırdı.[1]
Dəmirçihəsənli mahalı 1840-cı ildə ləğv edildi. Yeni yaranan Şuşa qəzasının Kəbirli sahəsinə bağlandı.
Dəmirçihəsənli mahalının naibləri
Titul | Adı | Başlanığıcı | Sonu |
---|---|---|---|
Naib | Əlimərdan bəy Təklə | 1747 | ? |
İstinadlar
- "Arxivlənmiş surət". 2020-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-26.
- Ənvər Çingizoğlu, Dəmirçihəsənli mahalı, Bakı: Mütərcim, 2015, −196 səh.
Həmçinin bax
- Qarabağ xanlığı
- Dəmirçihəsənli eli