Dəmirçi Aşıq Hüseyn

Dəmirçi aşıq Hüseyn (1885, Bozalqanlı1964) — Azərbaycanlı ustad aşıq.

Dəmirçi Aşıq Hüseyn
Digər adı Aşıq Hüseyn Dəmirçi
Doğum tarixi 1885
Doğum yeri
Vəfat tarixi
Vəfat yeri Tovuz,Bozalganli

Həyatı

Dəmirçi Hüseyn 1885-ci ildə Tovuzun Bozalqanlı obasında dünyaya gəlib. Bu kənddə şərq ədəbiyyatına, milli Azərbaycan xəzinəsinə bir neçə qüdrətli sənətkar bəxş edib. Şair Hüseyn Bozalqanlı, Xəyyat Mirzə, Şair Vəli. Qaçaq Kərəmin müasiri və silahdaşı Qara Tanrıverdi, Telli Əsəd, Mamoy Kalvayı Əsəd və i. və s. kimi şəxslər də buradandır

Dəmirçi Hüseynin atası Rza, Rzanın atası Rzaqulu və Rzaqulunun ata və babası Şahqulu, Səfiqulu da qüdrətli sənətkarlar olublar. Sazla, sözlə yaşayıblar. Dəmirçilik sənətinə yiyələniblər. Hər biri neçə-neçə sənətkar yetişdirib.

Dəmirçi aşıq Hüseyn Bozalqanlı şair aşıq Hüseynə 7 il şagirdlik edib. Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyov vaxtilə onun səsini dağlardan tökülən gur şəlaləyə bənzədib. Oxuduğu Koroğlu havalarına dönə-dönə qulaq asıb. "Səhnədə Qıratı əsl bu aşıq minməlidi", deyib. Onu da deyib ki, Bozalqanlı kəndi özü boyda aşıqlar filarmoniyasıdı. Oraya həmişə diqqət, qayğı göstərmək lazımdı.

  • El şairi Şəmşad Rzanın atasıdır.

Şəcərəsi

  • Səfiqulu
    • Şahqulu
      • Rzaqulu
        • Rza
          • Dəmirçi Aşıq Hüseyn
            • Şəmşad Rza

Mənbə

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.