Dəməşq qızılgülü
Dəməşq qızılgülü (lat. Rosa damascena) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü.
Dəməşq qızılgülü | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Streptophyta Klad: Embryophytes Klad: Polysporangiophytes Klad: Tracheophytes Klad: Klad: Klad: Eudicots Klad: Core eudicots Klad: Superrosids Klad: Klad: Fabids Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Roseae Cins: Növ: Dəməşq qızılgülü |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Təbii yayılması
Hündürlüyü 1,5 m-ə qədər olan koldur. Budaqları möhkəm, qarmaqvarı, yanlardan basıq, qaidəsi enliləşmiş, adətən, qırmızı qopartikanlarla və qılvarı qopartikancıqlarla örtülüdür. İyun və iyul aylarında çiçəkləyir. Çiçəkləri çəhrayı və ya açıq qırmızı rəngli, ətirlidir. Çoxçiçəkli, qalxanvarı çiçək qrupuna toplanmışdır. Çiçək saplağı 3-5 sm uzunluqda olub, vəzili tükcüklərlə örtülüdür. Meyvəsi adətən hamar, armudvarı və ya uzunsovdur, rəngi qırmızıdır.
Ekologiyası
Soyuğa, rütubətə, işığa davamlıdır. Münbit torpaqlarda daha yaxşı inkişaf edir.
Azərbaycanda yayılması
Böyük Qafqaz və Naxçıvan MR-da təbii halda rast gəlinir.
İstifadəsi
Çox gözəl dekorativ bitkidir. Parklarda dekorativ güllərlə birlikdə kompozisiyaların yaradılması üçün istifadə oluna bilər.