Dəllər (Bolnisi)

Dəllər kəndiGürcüstan Respublikasının Bolnisi rayonunun tabeçiliyində kənd.

Dəllər
41°24′54″ şm. e. 44°27′47″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 750 m
Dəllər xəritədə
Dəllər
Dəllər

Coğrafi mövqeyi

Dəllər (Müşevan) kəndi Maşaver çayının sağ sahilində, rayon mərkəzindən 14 km günbatarda, dəniz səviyyəsindən 750 m hündürlükdə yerləşir.

Toponimi

Dəllər və ya Aran-Dəlləri deyilir. Türkmənşəli Tele/Tələ tayfasının adını əks etdirir.[mənbə göstərin] Bu tayfa Kolayır kəndindəki Dəllər nəsliylə genetik qohumdur.[mənbə göstərin]

Yaxında X-XI əsrlərə aid kiçik ölçülü salon formalı kilsə aşkarlanıb.

Əhalisi

1870-də 7 ailədə 47 nəfər, 1918-də 198 nəfər, 1926-da 53 ailədə 314 nəfər, 2002-də 290 ailədə 1194 nəfər, 2006-da 246 ailədə 1200 nəfər.[mənbə göstərin]

Maarif

Məktəbin tarixi 1931-ci ildən başlanır. Hal-hazırda Bir baza məktəbi (2006-da 9 sinifdə 142 şagird) fəaliyyətdədir.

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.