Dəllər (Axta)

Dəllərİrəvan quberniyasının Yeni Bəyazid qəzasında, indi Axta (Razdan) rayonunda kənd.[1]

Dəllər
Ölkə
Əhalisi
Əhalisi
  • 337 nəf. (1916)

Tarixi

Rayon mərkəzindən 13 km şimal-qərbdə Zəngiçayın qolu olan Dəllər çayının sahilində, Zincirli dağının ətəyində yerləşirdi. "İrəvan əyalətinin icmal dəftəri"ndə[2], Qafqazın 5 verstlik xəritəsində[3] qeyd edilmişdir.

Toponimikası

Toponim Hun tayfa birliyinə daxil olan tele (dəli) türk etnonimi[4] əsasında formalaşmışdır. -lər cəmlik bildirən şəkilçidir. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir.

Əhalisi

Kənddə 1831-ci ildə 181 nəfər, 1873-cü ildə 227 nəfər, 1886-cı ildə 267 nəfər, 1897-ci ildə 303 nəfər, 1908-ci ildə 385 nəfər, 1914-cü ildə 597 nəfər, 1916-cı ildə 337 nəfər azərbaycanlı yaşamışdır[5]. 1918-ci ildə azərbaycanlılar qırğınlarla öz doğma kəndlərindən qovulmuş və kəndə ermənilər yerləşdirilmişdir. Sonralar kənd xarabalığa çevrilmişdir.

İstinadlar

  1. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
  2. İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z. Bünyatov və H. Məmmədov (Qaramanlı), Bakı, "Elm", 1996. s.78
  3. Д. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскaго края, изданiя Кавказскaго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.74
  4. Qumilyev L. N. Qədim türklər (tərcümə edənlər: V. Quliyev, V. Həbiboğlu), Bakı, "Gənclik", 1993. s.21
  5. Коркотян З. Население Советской Армении за последние сто лет (1831–1931) Arxivləşdirilib 2022-03-31 at the Wayback Machine. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.16–17, 100–101
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.