Dəllər (Şəmkir)

DəllərAzərbaycan Respublikasının Şəmkir rayonunun inzibati-ərazi vahidində qəsəbə.

Dəllər
40°52′09″ şm. e. 46°02′17″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 341 m
Saat qurşağı
Dəllər xəritədə
Dəllər
Dəllər

Tarixi

Şəmkir rayonunun eyniadlı qəsəbə inzibati ərazi vahidində Şəhər tipli qəsəbə. Gəncə-Qazax düzənliyindədir. Keçmış adı Tərs Dəllər (Tərsçayın sahilində yerləşdiyinə görə) olmuşdur. 15 mart 1973-cü ildə Dəllərə şəhər tipli qəsəbə statusu verilmişdi.[1]

Toponimikası

Oykonim özündə qədim türk tayfalarından olan telelərin adını əks etdirir. Telelər VII-VII əsrlərdə tokuz-oğuz adı ilə də adlanmışlar. Qıpçaqların və xəzərlərin tərkibində Azərbaycana gəlmiş telelər dəlilər/dəllər variantında bir çox coğrafi adlarda öz izlərini saxlamışlar.[2]

Əhalisi

Qəsəbənin əhalisi 4.859 nəfər təşkil edir.[mənbə göstərin]

İqtisadiyyatı

Əsas təsərrüfatı heyvandarlıq və əkinçilikdir.

İstinadlar

  1. Melnikov S. A., İbrahimov Ç. H. (сост.). Azərbaycan SSR inzibati ərazi bölgüsü Arxivləşdirilib 2018-11-27 at the Wayback Machine. Azərbaycan Dövlət Nəşriyyatı. Bakı, 1979.
  2. Dəllər (Şəmkir) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. səh. 158. ISBN 978-9952-34-155-3.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.