Dəlibəng
Dəlibəng (lat. Datura) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinə aid bitki cinsi.
Dəlibəng | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Streptophyta Klad: Embryophytes Klad: Polysporangiophytes Klad: Tracheophytes Klad: Klad: Klad: Eudicots Klad: Core eudicots Klad: Superasterids Klad: Klad: Lamiids Dəstə: Fəsilə: Yarımfəsilə: Solanoideae Triba: Datureae Cins: Dəlibəng |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Haqqında
Dəlibəng - Qaragilə fəsiləsinə aid olan birillik bitkidir. Gövdəsinin uzunluğu 1 metrdir. Yarpaqları iri, yumurtavari formadadır. Meyvəsi tikanlı qutu formasında olub şara oxşayır, toxumu qara-qonur qəhvəyi rəngdə olub böyrəyə bənzəyir.
Dəlbəng başlı-başına buraxılmış, çürümüş torpaq və peyinlə zəngin olan torpaqda, bağça və bostanda bitir. Tərkibində atropin, hiostiamin skopalamin alkaloidləri vardır. Bitkinin bütün hissələri, xüsusilə meyvələri daha kəskin zəhərlidir. Körpə heyvanlar üçün təhlükəlidir. Üfunətli iyi olduğuna görə iri heyvanlar dəlibəngi nadir hallarda yeyir.
Azərbaycanda, demək olar ki, hər yerdə rast gəlinir. Yarpaqlarında 0.3-0.75 faiz zəhərli alkoloiəler:hiosiamin,skopolamin vardir.Eyni zamanda 0.15 faiz kökündə 0.12-0.27 faiz, toxumlarında isə 16- 25 faiz yağ, 0.22 faiz alkaloid vardır.
Toksikodinamikası
Dəlibəng, xanımotu və bat-batla zəhərlənmənin təsir mexanizmi, zəhərlənmənin əlamətləri çox oxşardır. Belə ki, bunların əsl təsir göstərən birləşmələri eyni tipli alkoloidlərdən (atropin, hiostiaminmərkəzi sinir sistemini (baş, uzunsov beyin) kəskin qıcıqlandırır. Bu maddələrin təsirindən baş beynin fəaliyyət koordinasiyası pozulur. Xüsusilə ürək və bağırsaqlarda qeyd olunan pozğunluqlar daha səciyyəvidir.
Zəhərlənmənin əlamətləri
Xəstələrdə ağız boşluğunun quruması, kəskin sinir oyanması, ürəyin tıqqıltılı vurğusu, bədən hərarətinin artması, şiddətli hirsli tutmalar, qıc əlamətləri, bəbəyin genişlənməsi, ümumi vəziyyətin pozulması, bağırsaqların peristaltikasının yavaşıması və timpaniyanın inkişafı kimi əlamətlər müşahidə olunur. Ölüm tənəffüs mərkəzinin iflicindən baş verir.
Növləri
- Datura × candida (Pers.) Saff.
- Datura ceratocaula Ortega
- Datura discolor Bernh.
- Datura dolichocarpa (Lagerh.) Saff.
- Datura ferox L.
- Zərərsiz dəlibəng (Datura innoxia Mill.)
- Datura kymatocarpa Barclay
- Datura leichhardtii Benth.
- Datura metel Hindistan dəlibəngi
- Datura quercifolia
- Datura reburra Barclay
- Adi dəlibəng (Datura stramonium L.)
- Datura wrightii Regel
İstinadlar
- Linney K. Genera plantarum eorumque characteres naturales, secundum numerum figuram, situm, & proportionem omnium fructificationis partium. 5 Stokholm: 1754. S. 83. doi:10.5962/BHL.TITLE.746
- Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 179.