Dəli Qurd
Dəli qurd - türk şairi, tarixçisi, yazıçısı və türk millətçiliyinin ideoloqlarından olan Hüseyn Nihal Atsızın 1958-ci ildə yazdığı romandır.[1]
Dəli qurd | |
---|---|
türk. Deli Kurt | |
Janr | Roman |
Müəllif | Hüseyn Nihal Atsız |
Orijinal dili | Türkcə |
Yazılma ili | 1946-cı ildə |
Mövzu
Roman, Osmanlı imperiyasında olan hadisədən bəhs edir. Osmanlıda çoxhakimiyyətlilik dövründə taxta namizədlərdən biri olan İsa bəy, gücünü itirməyə başlayınca xanımı Bala Xatunu adamlarından biri olan Çakıra əmanət edir və onu qaçırmasını istəyir. Çünki Osmanlı adətlərinə görə taxt uğrunda mübarizələrdə sadəcə həmin şəxsin özü yox, onun soyundan gələn hər kəs öldürülürdü və Bala Xatun da hamilə idi. Çakır uğurla Bala Xatunu qaçırır və süd anasının yanına yerləşdirir. İllər keçir, Çakır sipahi olur və süd anasının yanına gəlir. Süd anasının yanına getdiyi vaxt Bala Xatunun İsa bəyin ölümündən qısa müddət sonra öldüyünü öyrənir. Bu zaman İsa bəyin oğlu Murad böyümüşdür. At minməyi, hərəkətlərinə görə ona "Dəli qurd" ləqəbi verilmişdir. Murad, 16 yaşındakı Osmanlı ordusuna girmiş və qısa müddət sonra isə sipahi olmuşdur. Çakır onun yanından heç ayrılmır, Murad isə eyni zamanda evlənir. Murad bu dövrdə Gökcən Qız adından əfsanə eşidir və bu onun diqqətini çəkir. Lakin sonradan öyrənir ki, bu bir əfsanə deyildir. Gökcən Qızın gözləri işıq saçırdı, gözlərinə baxan isə ölürdü. Daş ilə yağış yağdırırdı. Murad bu əfsanədən təsirləndiyi kimi real olduğunu görüncə Gökcən Qızdan təsirlənir. Eyni zamanda 4 ədəd qızı olur. Ən sonunda Çakırı və döyüşlərdə həmişə çiyin-çiyinə olduğu Evrəni itirir. Sürətlə yüksəlməkdə olan Murad, Sultan II Murad ilə də yaxınlaşır. Qısa müddət sonra da İsa bəyin olduğunu, şahzadə olduğunu, Osmanoğlu olduğunu öyrənir, lakin bir şey etmir. Bir oğlu olur və ona İsa adını verir. Bir səfərə daha çıxır və geri döndüyündə nə ailəsini, nə də Gökcən Qızı tapa bilir. Çünki sel fəlakəti bütün sevdiklərini Dəli Qurddan almışdır. Dəli Qurd hər şeyi buraxır və gedir.[1]
Həmçinin bax
İstinadlar
- Atsız, Hüseyn Nihal. Deli kurt (52-ci nəşr). İstanbul: Ötükən nəşriyyatı. 2011.