Dəli Kür (film)
Dəli Kür — 1969-cu ildə yazıçı İsmayıl Şıxlının eyniadlı romanı əsasında Hüseyn Seyidzadənin çəkdiyi tammetrajlı bədii filmi.[2]
Dəli Kür | |
---|---|
Janr | dram |
Rejissor | Hüseyn Seyidzadə |
Əsərin müəllifi | İsmayıl Şıxlı |
Ssenari müəllifi | İsmayıl Şıxlı |
Baş rollarda |
Ələddin Abbasov — Cahandar ağa Eldar Əliyev — Rus Əhməd Vladislav Kovalkov — Çernyayevski Məlik Dadaşov — Molla Sadıq Leyla Bədirbəyli — Zərnigar Liya Eliava — Şahnigar Zemfira Sadıqova — Mələk Məmməd Bürcəliyev — Allahyar Fikrət Əliyev — Şamxal Ceyhun Mirzəyev — Osman |
Operator | İqor Boqdanov |
Bəstəkar | Cahangir Cahangirov |
Rəssam | Nadir Zeynalov |
İstehsalçı | "Azərbaycanfilm" Kinostudiyası |
İlk baxış tarixi | 13 aprel 1969 |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 93,5 dəqiqə |
Ölkələr | Azərbaycan SSR |
Dil | azərbaycanca |
İl | 1969 |
Texniki məlumatlar |
10 hissə 2559 metr genişekranlı 35 mm |
Rəng | ağ-qara |
Çəkiliş yeri |
Qazax Şamaxı, Çuxuryurd[1] Şamaxı, Dədəgünəş kəndi Bakı (kinostudiyanın pavilyonu) Qori, Gürcüstan |
IMDb | ID1279422 |
Məzmun
Kinoromanda keçən əsrin əvvəllərində Azərbaycanın qabaqcıl ziyalılarının formalaşmasından, ilk mütərəqqi pedaqoqların fəaliyyətindən, qabaqcıl ziyalıların Zaqafqaziya xalqlarına göstərdikləri köməkdən və insanlarda azadlıq şüurunun formalaşmasından söhbət gedir.
Film haqqında
- Film aktrisa Zemfira İsmayılovanın kinoda ilk işidir.
- Film aktyor Cahangir Mehdiyevin kinoda ilk işidir.
- Film Elçin Şıxlının kinoda ilk işidir.
- Cahandar ağa İsmayıl Şıxlının babası olub.[3]
- Film yazıçı İsmayıl Şıxlının eyniadlı romanının motivləri əsasında lentə alınmışdır.
- Filmin sonluğunu rejissor Hüseyn Seyidzadə ilkin variantda belə çəkmişdi: Cahandar ağa kazak başçısını qamçıladıqdan sonra kazaklarla vuruş başlayır və kazaklar onu arxadan güllələyir. Lakin sovet kinotənqidçiləri bunu qəbul etmir və qeyd edirlər ki, necə olursa olsun bir azərbaycanlı rusu döyə bilməz. Buna görə də rejissor məcbur olur həmin səhnəni kəssin, sonda Allahyar Cahandarı öldürür, çox gözəl çəkilən filmin sonluğu bərbad hala gətirilir. Kazak başçısını oynayan məşhur aktyorumuz Yusif Vəliyevin adı titrlərdə olsa da kinoda onun obrazını görə bilmirik.
- Artıq film tamaşıçıların ixtiyarına buraxılmağa hazır idi ki, rejissor problemlə üzləşdi. Belə ki, sovetlər dönəmində "Azərbaycanfilm"in istehsalı olan bütün filmlərin ekrana buraxılması üçün Moskvanın razılığı lazım idi. Moskva isə "Dəli Kür"ün finalının dəyişdirilməsini tələb edirdi. Hüseyn Seyidzadə bununla bağlı o vaxtlar verdiyi müsahibələrindən birində deyirdi: "Dəli Kür" çəkilib qurtarandan sonra SSRİ Dövlət Kino Komitəsinə təhvil verildi. Biz filmi Moskvada göstərərkən rəhbərlik finalı dəyişdirməyi məsləhət gördü. Mənə üstü örtülü dedilər ki, əks təqdirdə film, ümumiyyətlə, ekrana buraxılmayacaq". Ümumiyyətlə, o vaxtlar haqsız hücum və tənqidlərə məruz qalan Hüseyn Seyidzadə başa düşürdü ki, əgər çəkdiyi dördüncü bədii filmin – "Dəli Kür"ün finalı dəyişdirilməsə, onun yaradıcılığında da uzun bir fasilə yarana bilərdi. Kinorejissor çox fikirləşdikdən sonra güzəştə gedir və filmin finalı dəyişdirilir. Yaxşı ki, filmdən çıxarılan epizod qorunub saxlanılmış və kinoşünas Aydın Kazımzadə tərəfindən tapılaraq Azərbaycan Dövlət Film Fonduna təhvil verilmişdir.[4] Sovetlər Birliyinin tərkibində olan bir respublikanın öz milli bayramını təmtəraqlı surətdə qeyd etməsi ağla sığan bir şey deyildi. Hüseyn Seyidzadə cəsarətlə "Dəli Kür"də Novruz bayramını çox gözəl bir təmtəraqla çəkərək təqdim etdi. Filmdəki rus ziyalısının yumurta döyüşünü xatırlayın. Görün nə gözəl səhnədir. Sonralar həmin səhnəni tənqid edənlər də çox oldu. Ancaq əsas olan o idi ki, Hüseyn milli bayramın bütün gözəlliklərini təsvir edə bilmişdi…"[5]
Filmin heyəti
Film üzərində işləyənlər
- Ssenari müəllifi: İsmayıl Şıxlı
- Quruluşçu rejissor: Hüseyn Seyidzadə
- Quruluşçu operator: İqor Boqdanov
- Quruluşçu rəssam: Nadir Zeynalov
- Bəstəkar: Cahangir Cahangirov
- Səs operatoru: Akif Nuriyev
- Rejissor: Ramiz Əliyev, Əbdül Mahmudov
- Redaktor: İsa Hüseynov
- Geyim rəssamı: Bədurə Əfqanlı
- Qrim rəssamı: V. Arapov
- Dekor rəssamı: T. Abdullazadə
- Montaj edən: Y. Fomina
- Quraşdırılmış səhnələrin operatoru: N. Xarbikov
- Quraşdırılmış səhnələrin rəssamı: Eduard Abdullayev
- Rejissor assistenti: Əşrəf Mamayev, M. Tağıyev
- Operator assistenti: Yuri Varnovski
- Mahnıların Mətninin Müəllifi: Rəfiq Zəka Xəndan (Rəfiq Zəka kimi), Tələt Əyyubov
- Kamançada Çalır: Habil Əliyev
- Filmin direktoru: Davud Zöhrabov
- Xoreoqrafiya Müəllifi: Əlibaba Abdullayev (titrlərdə yoxdur)
- Mahnı ifa edən: Gülağa Məmmədov (titrlərdə yoxdur)
Rollarda
- Ələddin Abbasov — Cahandar ağa[6]
- Eldar Əliyev — Rus Əhməd
- Vladislav Kovalkov — Çernyayevski
- Məlik Dadaşov — Molla Sadıq
- Leyla Bədirbəyli — Zərnigar
- Liya Eliava — Şahnigar
- Zemfira Sadıqova — Mələk[7]
- Məmməd Bürcəliyev — Allahyar
- Fikrət Əliyev — Şamxal
- Ceyhun Mirzəyev — Osman
- Reyhan Müslümova — Salatın
- Zemfira İsmayılova — Pakizə
- İsmayıl Osmanlı — Məmmədəli
- Müxlis Cənizadə — Kipiani
- Vladimir Belokurov — Semyonov
- Vadim Qraçov — Polis rəisi
- Ənvər Həsənov — Luka
- Məmməd Əlili — Molla Səfi
- Mirzə Babayev — Kəndli kişi
- Nəsibə Zeynalova — Kəndli qadın
- Muxtar Avşarov — Allahyarın dostu
- Əhməd Əhmədov — Allahyarın dostu
- Aleksandr Lebedev - Petrov
- Sona İbrahimova
- Q. Əsgəri
- Yusif Vəliyev — Məlik
- D. Yolçiyev
- H. Atabalayev
- Stanislav Kovtun
- Sergey Yakuşev
- Əliağa Ağayev — Kənd sakini
- Məmməd Sadıqov — Kənd sakini
- Ömür Nağıyev — Tələbə
- Kamil Qubuşov — Kənd sakini
- Cabbar Əliyev — Kənd sakini
- Cahangir Mehdiyev — Papaq atan
- Qorxmaz Əlilicanzadə — Mollaxana şagirdi
- Elçin Şıxlı — Mollaxana şagirdi
Filmi səsləndirənlər
- Həsənağa Salayev — Cahandar Ağa (Ələddin Abbasov) (titrlərdə yoxdur)
- Şahmar Ələkbərov — Rus Əhməd (Eldar Əliyev)
- Həsənağa Turabov — Çernyayevski (Vladislav Kovalkov) (titrlərdə yoxdur)
- Rəhilə Məlikova— Mələk (Zemfira Sadıqova) (titrlərdə yoxdur)
- Sadıq Hüseynov — Allahyar (Məmməd Bürcəliyev) (titrlərdə yoxdur)
- Elxan Ağahüseynoğlu — Mollaxana şagirdi (Cahangir Novruzov) (titrlərdə yoxdur)
- Hüseynağa Sadıqov — Petrov (Aleksandr Lebedev )(titrlərdə yoxdur)
- Səməndər Rzayev — Polis rəisi (Vadim Qraçov) (titrlərdə yoxdur)
- Həsən Əbluc — Kipiani (Müxlis Cənizadə) (titrlərdə yoxdur)
- Həsən Məmmədov — Rus (titrlərdə yoxdur)
- Kamil Qubuşov — Semyonov (Vladimir Belokurov) (titrlərdə yoxdur)
- Rafiq Əzimov — Luka (Ənvər Həsənov) (titrlərdə yoxdur)
- Ramiz Məlikov — Şamxal (Fikrət Əliyev) (titrlərdə yoxdur)
İstinadlar
- Ənvər Həsənovun müsahibəsi. Aydın Kazımzadə. “Kinosalnamə” [Hüseyn Seyidzadənin "Dəli Kür" filminin çəkilişləri haqqında] //Mədəniyyət TV.- 2016.- 26 mart.
- “Dəli Kür”də Moskvanı narahat edən epizod: Əbdül Mahmudov filmin pərdəarxası məqamlarından danışır //Azadlıq.- 2014.- 3 noyabr.- S.14.
- Cəfərli, A. Cahandar ağa İsmayıl Şıxlının babası idi: [İsmayıl Şıxlının öz romanı olan “Dəli Kür” də bəzi məqamlara toxunması haqqında] //Ədalət.- 2012.- 4 oktyabr.- S. 8.
- Aqşin Babayev, Aydın Kazımov. Azərbaycan kino sənətində ədəbi əsərlərin təcəssümü. Bakı, 2000, səh. 126.
- "Dəli Kür: Adil İsgəndərov ata minmək istəmədi və Cahandar ağadan imtina etdi", Ekspress qəzeti, 17.04.2003, Ulduzə Qaraqızı.
- Kinomuzun Cahandar ağası əbədiyyətə qovuşdu: Gəncədə Xalq artisti Ələddin Abbasovla vida mərasimi keçirilib: [Gəncə Dövlət Dram Teatrının mərhum aktyoru] //Mədəniyyət.- 2014.- 16 iyul.- S.7.
- Azəri, L. “Dəli Kür”ün Mələyi: Zemfira Sadıqovanın 75 illiyi qeyd olundu: [Cəfər Cabbarlı adına “Azərbaycanfilim” kinostudiyasında] //Mədəniyyət.- 2014.- 16 iyul.-S.4.
Mənbə
- “Qara gözlərin sorağında” [İ. Şıxlının "Dəli Kür" romanının ekranlaşdırılması haqqında] //Bakı.- 1968.- 24 avqust.
- Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13.
- Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 383; 511.
- İmanova, S. "Dəli Kür"də millilik amili" //Mədəniyyət.- 1999.- fevral.
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 143; 162-164.
- İsmayılova, P. “Dəli Kür”də səhvlər var: Ələddin Abbasov: “Bu yaşda oturaq bir rol olsa, oynayardım”: [Kino-aktyor Ələddin Aslan oğlu Abbasov haqqında] //Həftə içi.- 2011.- 6 yanvar.- S. 6.
- Hacımusalı, O. "Dəli Kür"də Cahandar ağa obrazı: [Xalq artisti Ələddin Abbasovun canlandırdığı obraz haqqında] //Xalq cəbhəsi.- 2011.- 12 oktyabr.- S. 13.
Xarici keçidlər
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.