Dəliçay

DəliçayZəngəzurun Sisian mahalının Ərəfsə (keçmiş Qarakilsə rayonunda) kəndində (eyniadlı kənd Naxçıvan MR-in Culfa rayonunda da olduğuna görə və bunların qarışdırılmaması üçün Sisian rayonundakı Ərəfsə kəndinin adı yazıldıqdan sonra mötərizədə rayonun əvvəlki adı — "Qarakilsə" sözü yazılır) çay.

Dəliçay

Çayın kəndin təsərrüfat həyatında rolu o qədər də böyük deyildir. Dağlardan sürətlə axan bu çay tez-tez daşar, nadir hallarda isə son dərəcə güclü sel gələrdi. Sel az qala ev boyda qayaları, kökündən çıxarıdığı çoxillik ağacları qabağına qatıb gətirər, böyük hay-küyə səbəb olardı. Bu səbəbdən də ona babalarımız tərəfindən Dəliçay adı verilmişdir.[1]

Görkəmli şairimiz Məmməd Araz bu çayın şəninə şeir yazmışdır. Həmin şeirə yazılmış mahnını isə sevimli müğənnimiz Arif Babayev oxuyur (Salvartıya, Dəliçaya haray salıb, O qəhrəman, o qəhrəman).

Başlanğıcını Qırxlar dağlarından götürür və Ərəfsə kəndinin aşağı məhəlləsinin ortalığında SalvartıçayTaxtakörpüçay (Abuzər) çayları ilə qovuşur. Aşağı axarlarda Bazarçay, daha sonra isə Bərgüşad çayı ilə qovuşub, Araza tökülür.[2]

Dəliçay Ermənistanın rəsmi xəritəsində göstərilmir.

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.