Dələver çayı
Dələver çayı - Borçalı bölgəsinin Bolnisi rayonu ərazisində kiçik dağ çayı. Maşavera çayının sağ qollarından biridir. Uzunluğu təqribən 30 km.-dir. Mənbəyini dəniz səviyyəsindən təqribən 1400 m. yüksəklikdə yerləşən Bejanazan adlı yerdən götürür və 390 m. hündürlükdə Maşaveraya qovuşur. Çayın düşməsi təqribən 1000 metrə, orta meylliyi 1,9°-yə bərabərdir. Yaz və payız aylarında sel və daşqınların səciyyəvi olduğu çayın aşağı axarları quraqlıq dövrlərdə quruyur.
Rayonun Faxralı və İmirhəsən kəndləri bu çayın üzərində yerləşir. Suyundan əkinçilik və bağçılıqda istisadə olunur.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.