Dədəqışlaq
Dədəqışlaq — Ermənistan Respublikasının Kotayk mərzində kənd. Tarixən İrəvan quberniyasının Yeni Bəyazid qəzasına, 1995-ci ilədək isə Axta (Razdan) rayonuna tabe olmuşdur.[1]
Kənd | |
Dədəqışlaq | |
---|---|
40°36′49″ şm. e. 44°35′39″ ş. u. | |
Ölkə | Ermənistan |
Region | Dərəçiçək mahalı |
Rayon | Axta rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.850 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi | 925 (1979) nəfər |
Rəsmi dili | |
|
Tarixi
Axta şəhərindən mərkəzindən 20 km şimal-qərbdə Misxana (Mərmərik) çayının sahilində yerləşir.
Qafqazın 5 verstlik xəritəsində[2] qeyd edilmişdir.
Toponim təkə türk tayfasının bir tirəsi olan "dədə" etnoniminə[3] qışlaq sözünün birləşməsindən əmələ gəlib "dədə tayfasına məxsus qışlaq" deməkdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 4 may 1939-cu il fərmanı ilə kəndin adı dəyişdirilib "Axundov" qoyulmuşdur. Ermənistan Parlamentinin 4 may 2006-cı il tarixli qərarı ilə kəndin adı yenidən dəyişdirilərək "Pyunik" qoyulmuşdur.
Əhalisi
Kənddə 1831-ci ildə 23 nəfər, 1873-cü ildə 196 nəfər, 1886-cı ildə 278 nəfər, 1897-ci ildə 341 nəfər, 1908-ci ildə 428 nəfər, 1914-cü ildə 541 nəfər, 1916-cı ildə 442 nəfər yalnız azərbaycanlı yaşamışdır[4].
1918-ci ildə azərbaycanlılar qırğınlarla ermənilər tərəfindən qovulmuşdur. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra kəndin sakinlərindən sağ qalanlar öz doğma evlərinə qayıda bilmişlər. 1922-ci ildə kənddə 186 nəfər, 1926-cı ildə 237 nəfər, 1931-ci 305 nəfər[5], 1939-cu ildə 401 nəfər, 1959-cu ildə 455 nəfər, 1970-ci ildə 814 nəfər 1979-cu ildə 925 nəfər[6] azərbaycanlı yaşamışdır.
1988-ci ilin noyabr ayının axırlarında kəndin sakinləri azərbaycanlılar Ermənistan dövləti tərəfindən zorla və qırğınlarla qovulmuşlar. İndi yalnız ermənilər yaşayır.
İstinadlar
- PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
- Д. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскaго края, изданiя Кавказскaго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.73
- Атаниязов С. Словарь туркменских этнонимов, Ашхабад, "Ылым", 1988. s.65
- erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831–1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831–1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s. 16–17, 100–101
- erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831–1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831–1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.17, 101
- Hakopyan T. X., MəlikBaxşyan St. T., Barseğyan O. X. Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti, (erməni dilində). I c., AD, İrəvan, "İrəvan Universiteti", 1986. s.124