Dədəgünəş

DədəgünəşAzərbaycan Respublikasının Şamaxı rayonunun eyniadlı inzibati ərazi vahidində kənd.[1]

Dədəgünəş
40°38′42″ şm. e. 48°38′02″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ 5614
Dədəgünəş xəritədə
Dədəgünəş
Dədəgünəş

Tarixi

Ağsu çayının sol sahilindən bir qədər aralı, dağətəyi ərazidədir. Kənd adını oradakı Dədəgünəş pirinin adından almışdır. Yerli əhali bu piri Piri-Sultan Dədəgünəş adlandırır. Dədəgünəş türbəsi 1602-1603-cu illərdə tikilmişdır. Türbənin kitabəsinə görə, orada Dədəgünəş (Əfzələddin Xəqaninin əmisinin ləqəbi) nəslindən Şeyx Dədəqulunun oğlu Şeyx Məhəmməd dəfn olunmuşdur. Rəvayətə görə, Dədəgünəş quduzluğa tutulmuş xəstələri müalicə edirmiş. Odur ki, vəfatından sonra türbəsi müqəddəsləşdirilmişdir. Zəngin təbiəti və müalicə suları ilə məşhur olan Dədəgünəş orta əsrlərdə məşhur elm mərkəzlərindən biri olmuşdur və Xaqaninin əmisi Kafiəddin Ömər Osman oğlu bu mərkəzin hörmətli alimlərindən idi[2].

Əhalisi

Məşhur şəxslər

Ağa Məsih Şirvani – XIX əsr Azərbaycan şairi və maarifpərvəri. Sultan Məcid Qənizadənin ulu babası. Kənd əhalisi 197 nəfərdir ki, onunda 85 nəfəri kişi, 112 nəfəri isə qadınlar təşkil edir.

Həmçinin bax

İstinadlar

  1. N.Bəndəliyev “Dağlıq Şirvanın toponimləri”, Bakı, “Elm”, s.119
  2. ”Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2007, səh.220
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.