Dədə Katib
Əbdürrəhman Təyyar Quluncu (Dədə Katib)(1925[1]-2008[2][3][4]), Dədə Katib təxəllüsü[5][6] ilə 1925-ci ildə Urmiyanın Quluncu kəndində anadan olubdur. Qulunculu Dədə Katib adıyla da məşhurdur.[7] Şairin məzarı Quluncu kəndindədir. Onun hecayi şeirləri daha çox qoşmalar və gəraylılardan ibarətdir.[8]. O, şair kimi Balovlu Meskin və Dullu Mustafadan təsirlənmişdir. Dədə Katib, Qərbi Azərbaycan ostanı və Türkiyənin şərqindəki aşıqlar və ozanlar arasında (xüsusən sərhəddin hər iki tərəf kürəsünniləri arasında) çox məşhurdur. Dədə Katib, həm də Güney Azərbaycanda yaşayan Hənəfi sünni türklərin dini alimi kimi də tanınmışdır. O, əksər şeirlərin Azərbaycan dilində yazıb, ancaq türk dilində də şeirləri var.[9]
Dədə Katib | |
---|---|
Doğum adı | Əbdürrəhman Təyyar Quluncu |
Təxəllüsü | Dədə Katib |
Doğum tarixi | 1925 |
Doğum yeri | |
Vəfat tarixi | 2008 |
Vəfat yeri | |
Vətəndaşlığı | |
Milliyyəti | azərbaycanlı |
Fəaliyyəti | şair |
Əsərlərinin dili | Azərbaycan dili, türk dili |
Çap olunmuş əsərləri
- İncili sədəf
- Urmu gölü
- Günümüz aydın
Həmçinin bax
İstinadlar
- "Kürəsünnilə saytı". 2008-10-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-12-24.
- "Ayna News". 2009-03-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-12-24.
- Həftəiçi qəzeti
- "Açıq söz". 2010-06-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-12-24.
- "quqel videosu". 2011-07-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-12-24.
- کتاب اینجیلی صدف (دده کاتیب-ین شعرلری)/ نشر ۱۳۸۳ انتشارات یاز ارومیه/ مقدمه
- کتاب (قصاب اوغلو حسین) بالوولو میسکین، شعرلر/نشر ۱۳۷۹ ارومیه، توسط گرد آورندگان/گردآورندگان، شافعی — حمید، آیریملو — جمال/ مقدمه
- کتاب اينجيلي صدف (دده کاتيب-ين شعرلری)/ نشر ۱۳۸۳ انتشارات یاز ارومیه
- کتاب اینجیلی صدف (دده کاتیب-ین شعرلری)/ نشر ۱۳۸۳ انتشارات یاز ارومیه
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.