Dırnaq

Dırnaq — insanların (bir çox onurğalıların) ayaq və əllərinin uclarında mövcud olan bərk lövhəciklər. Qaşıma, soyma, cızma kimi funksiyaları var. Ayaq dırnaqları əl dırnaqlarına nisbətən daha ləng uzanır. Dırnaqların uzunma sürəti şəxsin orqanizmdən və yaşından asılı olaraq fərqlənə bilər. Uzanmış dırnaqların altında bakteriyaların inkişafı üçün əlverişli mühit yaranır.

Əl dırnaqları
Ayaq dırnaqları

ABŞ-nin Florida ştatındakı Klivlend klinikasının dermatoloqu Tamar Lior öz araşdırmaları nəticəsində belə bir nəticəyə gəlmişdir ki, insanın dırnaqlarının rəngi vasitəsi ilə bəzi xəstəlikləri aşkarlamaq mümkündür.

O dırnaqlardakı rəng dəyişikliklərinin bədəndəki hər hansı bir sağlamlıq problemi ilə əlaqədar olduğunu bildirmiş və rənglərə görə xəstəlikləri aşağıdakı kimi sıralamışır:

  • Dırnaqlarda ağ rəng - Qara ciyərdə hepatit.
  • Sarımtıl rəng - Ağciyərdə emfizema.
  • Sarımtıl və azca qızartılı rəng - Diabet.
  • Yarı ağ, yarı çəhrayı - Böyrək xəstəlikləri.
  • Dırnaq diblərində qırmızı rəng - Ürək xəstəliyi.
  • Solğun ağ rəng - Anemiya.
  • Dırnaq altında görünən pərakəndə qırmızı xətlər - Dəri xəstəliyindən xəbər verir.

Mənbə

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.