Dırmıq
Dırmıq — əmək aləti.
Dırmıq (bəzi hallarda Dımrıq)ləklərdə torpağın hamarlanmasında, bağ-bostanların ot, alaq və kəsəkdən təmizlənməsində, biçilmiş ot və taxılın yığılmasında (dırmıqlanmasında) işlədilir. Dırmıq ağac sapdan, dişağacı və dişlərdən ibarətdir.
Diş taxtasının düz, yaxud oval formasına görə müxtəlif quruluşlu dırmıqlar var. Dırmıq Azərbaycanın bəzi zonalarında çəng, cılğı, dirnəvuc, darinquc, daraq, rəndə və s. adlarla da məlumdur. Naxçıvanda dırmıqdişli mala növüdür. XIX əsrin ikinci yarısından Azərbaycanda dəmir dırmıqdan da istifadə edilir.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.